Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > DGK şefi YENİ KOMANDA İLƏ YOLA GETMİR...

DGK şefi YENİ KOMANDA İLƏ YOLA GETMİR...


17-04-2023, 15:41
DGK şefi YENİ KOMANDA İLƏ YOLA GETMİR...
DİA.AZ: - Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin sədri təyin edilib. Buna qədərsə o, bir müddət sədr əvəzi funksiyasını həyata keçirdi.

DİA.AZ bildirir ki, bu ilin 14 fevralında sədr postuna təsdiqlənə Şahin Bağılrovun vəziyyəti heç də ürəkaçan deyil və onun artıq hakimiyyətin yeni komandası ilə müəyyən maraq toqquşmaları müşahidə olunmaqdadır. Bu barədə danışan hökumətdəki mənbə iddia edir ki, Şahin Bağırov yaxın vaxtlarda postunu itirə bilər: "Yəni vəziyyət bu qəıdər ciddidir..."

Mənbə məsələnin mahiyyəti ilə bağlı əlavə bilgi verməyib. DİA.AZ olaraq məsələni diqqətdə saxlayırıq, bizi izləyin...

***

Qeyd edək ki, Ş.Bağırov 1965-ci ildə Bakıda anadan olub. 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. İkinci təhsil kimi 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işinin təşkili” fakültəsindən məzun olub.

2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

Əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan Respublikasında Aqrar Sənayə Kompleksi sistemində ixtisasına uyğun olaraq fəaliyyətə başlayıb.

1992-ci ildən gömrük sistemində inspektor vəzifəsində fəaliyyətə başlayıb, gömrük sistemində müxtəlif vəzifələrdə çalışıb və Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə qədər yüksəlib.

2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

2014-ci ildə gömrük xidməti general-leytenantı rütbəsi verilib.

2022-ci ilin iyulun 18-də Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.

Ailəlidir, 2 (iki) övladı var.

***

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt