Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Balakəndə Şəhid qardaşına İŞ TAPILMIR?

Balakəndə Şəhid qardaşına İŞ TAPILMIR?


7-04-2023, 11:39
Balakəndə Şəhid qardaşına İŞ TAPILMIR?
DİA.AZ: - Balakən rayonu, Şərif kənd sakinləri, habelə Şəhid valideynləri - Sarkayev Əli Nəcməddin oğlu və Sarkayeva Tinay Bilal qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a ünvanlanan müraciətdə deyilir:

"Çox hörmətli Ali Baş Komandan, Müzəffər Ali Baş Komandan olaraq Sizin rəhbərliyiniz altında torpaqlarımız qısa müddət ərzində işğaldan azad edilmişdir. Bu zəfər tarixini öz qanı ilə yazanlardan biri də şəhid oğlum Nəcməddin Sarkayev olmuşdur. O, Agdərə, Tərtər, Suqovuşan istiqamətlərində göstərdiyi igidliklərə görə medallarla təltif edilmişdir. Elə ailəmizin hər iki oğlu olan şəhid Nəcməddin də, Abdulla da Vətəninə, dövlətinə, elinə-obasına bağlı bir övlad kimi böyümüş və fəaliyyət göstərmişdir. Biz valideynləri ağrıdan ən pis vəziyyət o olmuşdur ki, 2-4 ildir ki, hər ikimiz ağır ürək əməliyyatları keçirməyə məcbur olduq. Evimizdə olanları, malı-qaranı hər şeyimizi satıb sağ qalmağımıza sərf etdik. İki oğul övladlarımız da çoxlu borca düşdülər. Hər ikisi normal iş tapa bilmədiklərindən adi mühafizə işində işləyirdilər. Tale elə gətirdi ki, biz valideynlər həyatda sağ qalsaq da, 22 yaşlı oğlumuz Nəcməddinə şəhidlik qismət oldu. Hazırda Abdulla oğlum Bakı şəhərində məcbur kirayədə yaşayaraq 12 ildir ki, mühafizə işindən aldığı 400 manat məvaciblə 3 azyaşlı övladını birtəhər dolandırdı. Hazırda isə Biz valideynlər hazırda yaşadığımız rayonda xəstə və köməksiz vəziyyətdə qaldığımıza görə Abdulla yanımıza gəlib köməklik etmək istəyir.

Çox hörmətli, cənab Ali Baş Komandan və prezident İlham Əliyev, Sizdən çox xahiş edirik ki, oğlum Abdullanın sağlam və idmançı potensialını, Vətən sevgisini nəzərə alaraq onun yaşadığımız Balakən rayonun Şərif kəndindəki evimizin qabağındakı 5 sot ərazidə məşğul olmaq üçün bir istixana təşkil edilməsi üçün lazımi orqanlara və ya imkanlı iş adamlarına tapşırıq verəsiniz. Biz, valideynlər də həmişə təsərrüfatla məşğul olub dirrik məhsulları yetişdirmişik. Hazırda isə bizim belə bir istixana hazırlamağa maddi imkanımız yoxdur. Xahiş edirik nəzərə alasınız və köməkliyinizi əsirgəməyəsiniz.

QEYD: Xatırladaq ki, 19 noyabr 2021-ci il tarixində biz valideynlər yeganə oğlumuz Abdulla Sarkayevin adi bir işlə təmin olunması barədə müraciət etsək də, bizə yerli məmurlar “yola Verdi” cavabı verib başdan etdilər".

Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt