Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əlixanov qardaşları Qubada MEYDAN SULAYIR...
Əlixanov qardaşları Qubada MEYDAN SULAYIR...1-03-2023, 16:46 |
DİA.AZ: - “Hörmətli cənab Prezident və Birinci vitse-prezident, Sizlərə açıq müraciətimizin səbəbi illərdir Quba rayonunun Yerfi kəndində baş verən özbaşınalıqlarla bağlıdır. Sizin, Birinci vitse-prezidenti Mehriban Əliyevanın son illər ölkədə orta məktəblərin yenidən qurulmasına, tikilməsinə xüsusi diqqət göstərdiyiniz bir vaxtda Yerfi kəndində məktəb binasının böyük bir hissəsi hazırda istefada olan ədliyyə general-mayoru, son vəzifəsi Penitensiar Xidmətin rəis müavini olan Əlixanov Hüseynağa Ənvər oğlu tərəfindən mənimsənilib və buradakı 2 mərtəbəli bina yerlə-yeksan edilib". DİA.AZ bildirir ki, bu barədə Hörmətlə, Quba rayon, Yerfi kəndinin sakinləri adından ölkə rəhbərliyinə üdilən müraciətdə deyilir. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə daha sonra qeyd olunur: "Hüseynağa Əlixanov qardaşı, bir müddət kənddə icra nümayəndəsi işləmiş Nazim Əlixanovun vasitəsilə məktəb ərazisindəki 2 mərtəbəli binanı sökdürdükdən sonra hasarlayaraq, illərdir buradan öz şəxsi məsqsədləri üçün istifadə etməyə başlayıblar. Həmin bina keçmiş SSRİ vaxtında bir müddət internat məktəb kimi fəaliyyət göstərib. Eyni zamanda, binanın bir hissəsi idman zalllarından ibarət olub. Bu binanın rayondan 60 km aralıda olan bir kənd üçün dəyəri ölşüyəgəlməz idi. Hazırda belə bir yerdə məhz elə bir binanın tikintisi üçün bəlkə də mükünsüzdür. Əlixanov qardaşlarının bu ağılalmaz özbaşınalığı onsuz da infrastuktur baxımından çətinliklərlə üzləşən ucqar dağ kəndinin məktəbinin tədricən dağılmasınmda, orta məktəbin natamam orta məktəbə keçməsində xüsusi rol oynayıb. Hörmətli cənab Prezident və Birinci vitse-prezident! Bu azmış kimi kənd əhalisini hədə-qorxu altında saxlayan Əlixanov qardaşları kənddə əhalinin pay torpaqlarından istifadəsinə də imkan vermirlər. Daha doğrusu, orta məktəbin ərazisini belə mənimsəmək cürətini özündə tapan Əlixanov qardaşları əhalinin əlində olan pay torpaqlarının bir qismini qeyri-qanuni olaraq ələ keçiriblər. Bu o torpaqlardır ki, istifadə üçün daha əlverişli yerdə yerləşir. Bir sözlə, faktiki əhali əllərində torpaq aktları olmasına rəğmən, bu torpaqlara yaxın düşə bilmirlər. Dəfələrlə kənd sakinləri tərəfindən edilən şikayətlərə Quba rayonunun rəhbərliyinin yetərli reaksiyası ortada olmayıb. Həmçinin, Prezident Aparatının o vaxtkı rəhbəri Ramiz Mehdiyevə edilən müraciətlər də cavabsız qalıb. Əksinə, bu adamlara “gözün üstə qaşın var”- deyən tapılmayıb. Quba rayonunun yeni icra başçısı Ziyəddin Əliyev ilk vaxtlar Nazim Əlixanova qarşı sərt mövqe nümayiş etdirsə də, sonradan onun bu kənddə atdığı qeyri-qanuni, cinayət xarakterli addımlara qarşı heç bir kəsərli tədbir görmədi və susmağa üstünlük verdi. Və illərdir bu qardaşlar çox adamı susdurmağı bacarıblar. Son vaxtlar ölkədə harınlamış məmurlara qarşı görülən qəti tədbirlər biz kənd sakinlərini media vasitəsilə Sizlərə açıq müracətə və bu müraciətin nəticəsinin olacağına ümidləndirir. Sizlərdən xahiş edirik ki, bu kəndə müvafiq qurumlar tərəfindən nümayəndələr göndərilsin və orta məktəb ərazisi, o cümlədən məhz dövlətin verdiyi torpaq aktlarına uyğun torpaqlar əhaliyə qaytarılsın. İnanırıq ki, Əlixanov qardaşlarının heç bir ölçüyə sığmayan özbaşınalıqları ilə bağlı nəhayət ki, ciddi tədbir görüləcək. Bu qardaşlar görünür qeyd olunan özbaşınılıqları həm də arxalarında duran adamlara güvənərək edirlər. Hüseynağa Əlixanov hazırda Ali Məhkəmənin sədri olan Ramiz Rzayevlə qohumluq əlaqələrinə malik olduğu bildirilir. Bundan başqa, Əlixanovun həyat yoldaşı Sona Salmanova Konstitusiya Məhkəməsinin sədr müavinidir”. İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Fotoda Quba rayonu Yerfi kənd orta məktəbinin əvvəl və sonrakı vəziyyəti aydın əks olunub. Şəkildən də göründüyü kimi artıq 2 mərtəbəli bina tam yerlə-yeksan edilib. Geri qayıt |