Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Binası əyilən Ağalar Vəliyev Azərbaycanın BİNƏSİNİ NECƏ ƏYİR...

Binası əyilən Ağalar Vəliyev Azərbaycanın BİNƏSİNİ NECƏ ƏYİR...


7-04-2023, 16:09
Binası əyilən Ağalar Vəliyev Azərbaycanın BİNƏSİNİ NECƏ ƏYİR...
DİA.AZ: - Adı müxtəlif qalmaqallarda hallanan və son günlər daha da aktivləşmiş kimi görünən deputat Ağalar Vəliyevin şübhəli biznesi və bu işdə ayrı-ayrı dövlət qurumlarının yaxından iştirakı hər zaman yerli KİV-in diqqət mərkəzində olub. DİA.AZ bildirir ki, bu barədə dəfələrlə araşdırma materialları da təqdim olunub. Amma nədənsə hörmətli Ağalar müəllim və onun mətbu işini həyata keçirən səlahiyyətliləri bu barədə susmağa üstünlük verirlər...

Qeyd edək ki, bir neçə gün əvvəl Ağalar Vəliyevin tikdiyi bina əyildi, uçma təhlükəsi yaşadı... Əvəzində nə baş verdi? Deputatın şirkəti olanları qırmızı-qırmızı inkar edib, yamama işləri gördü. Yəni insanlarımızın həyatı hələdə təhlükədə hesab olunur...

***

DİA.AZ xatırladır ki, bu günlərdə daha bir şok məlumat ölkə gündəminə düşdü. Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin xaricdə daha bir biznesi aşkarlanması faktı yerli KİV-də rezonans yaratdı.

Binası əyilən Ağalar Vəliyev Azərbaycanın BİNƏSİNİ NECƏ ƏYİR...

DİA.AZ xəbər verir ki, həmin dönəmdə, təzminən 1 ay əvvəl sözügedən məlumatı araşdırmçı jurnalist Cavanşir Həsənli yaymışdı. Məlumatda deyilirdi ki, deputatın oğluna məxsus olan dörd mərtəbəli, dörd ulduzlu otel Türkiyənin İstanbul şəhərinin Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşir.

Otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur.

Binası əyilən Ağalar Vəliyev Azərbaycanın BİNƏSİNİ NECƏ ƏYİR...

Qeyd edək ki, Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.

Binası əyilən Ağalar Vəliyev Azərbaycanın BİNƏSİNİ NECƏ ƏYİR...

Xatırladaq ki, deputat Ağalar Vəliyev "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.

Ağalar Vəliyev eyni zamanda Bakı, Sumqayıt və Abşeronda yaşayış binalarının tikintisi ilə məşğul olan "Kristal Abşeron" MTK-nın da sahibidir.

DİA.AZ xatırladır ki, hələ də deputat yayılan bu xəbərə mövqe bildirməyib. Və bu barədə aparıdğımız araşdırmalar da bunu təsdiqlədi. Yəni hansısa təkzib xəbərinə rats gəlmədik və əksinə, belə məlum oldu ki, sözügedən fakt haqlı olaraq deputatın ölkədən maliyyə çıxarması kimi təqdim olundu.

Və ortaya belə bir sual da atılıb: Ağalar Vəliyevin maliyyə fəaliyyətinə NƏZARƏT OLUNURMU? Hər halda maraqlı sualdır və cavabı kifayət qədər hüquqi çalar daşıya bilər...
DİA.AZ bildirir ki, əslində Ağalar Vəliyev özünü özbaşna hiss edənlərdə biridir. Hər halda LAYİQ OLMADIĞIN ŞƏRAİTDƏ belə bir cah-calala nəzarət etmək... HƏR OĞULUN İŞİ DEYİL! Eləcə də Ağalar Vəliyevin işi olmamalıdır. Amma var və bu gün Ağalar Vəliyevin şirkətinin ORANI TİKİRƏM... BURANI TİKİRƏM elanları əslində millətə GÖZDAĞIDIR... Yəni bu, o deməkdir ki, NƏ İSTƏSƏNİZ DƏ, MƏNİM İSTƏDİYİM OLACAQ...

Maləsəf... bu gün də belədir. Ağalar Vəliyevin istədikləri olur. Bir qrup adam da ONA NÖKƏRÇİLİK EDİR... Bir qarın çörəyə görə... Ağrıdanı da budur...

Məsələ ilə əlaqədar diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt