Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ağalar Vəliyevin mandatı nədən qanuni deyil...
Ağalar Vəliyevin mandatı nədən qanuni deyil...26-12-2022, 12:27 |
DİA.AZ: - Hər zaman özünün sahibkar, bir iş adamı olmasını gizlədən və yaxud da gizlətməyə çalışan deputat Ağalar Vəliyevin əslində bunu nədən etməsi, daha dəqiqi, belə bir maraqda nədən bulunması aydındır. Çünki normalda hörmətli Ağalar müəllim ya mandatını bir kənara qoymalıdır, ya da biznesini... Çünki dövlətimizin qanunları diqtə edir ki, bu ikisindən birinə aid olmaq olar və eyni zamanda həm deputat olub, həm də biznes yürütmək qəti qadağandır. DİA.AZ bildirir ki, təbii ki belə bir qanunun olması sırf olaraq ədalət prinsipləri baxımından vacibdir. Yəni kimsə özünün hansısa biznes maraları naminə deputat mandatından istifadə edə bilməsin... Göründüyü kimi, Azərbaycanda belə deyil... Ən azından Ağalar Vəliyev üçün. Biz də öz növbəmizdə DİA.AZ olaraq Ağalar Vəliyevin sərvətini, biznes fəaliyyətini araşdırmaq qərarına gəldik. O səbəbə görə ki, gərəkən qurumlara bir daha A.Vəliyev və onun ziddiyyətli deputat mandatı ilə bağlı bir xatırlatma edək... Qeyd edək ki, yerli KİV-də Ağalar Vəliyevin Azərbaycan biznesi ilə bağlı yetərincə informasiyalar yayılıb. Biz izə onun Gürcüstandakı biznesini araşdırdıq. Xatırladaq ki, Ağalar Vəliyevin Gürcüstanda da biznesinin olması ilə bağlı xəbərlər ilk yayıldığında deputatın köməkçisi İlham Musayev o zaman yerli KİV-ə demişdi ki, nə deputatın özü, nə də oğlu Pərviz Vəliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Əvvəla Ağalar Vəliyevin özündən başlayaq. Cənab deputat “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədridir. "Azəraqrartikinti" ASC 1998-ci ildə eyni adlı dövlət şirkətinin bazasında təsis edilib. Səhmdar Cəmiyyət qeydiyyatdan keçirilərkən, ümumi sayı 461.470 ədəd olan səhmlərinin dəyəri 11.229.400 manat təşkil edib. 1998-ci ildə dolların kursunun 4000 manat civarında olduğunu nəzərə alsaq, təxminən 31000 dollar! Səhmlərin 51 faizi deputat Ağalar Vəliyevə məxsusdur. O, Gürcüstana oğlu Pərviz Vəliyevdən əvvəl ayaq açıb. 2015-ci ildən Ağalar Vəliyev ASC-nin Gürcüstanda da törəmə təsis edib. Törəmə şirkət "AS-AQRARŞMENİ" adı ilə Tiflis şəhərində qeydiyyata alınıb. Gürcüstandakı törəmə şirkətin qanuni təmsilçilik hüququ İmran Verdiyevə həvalə olunub. Bu da sənədlər və sübutlar... Növbəti yazımızda daha yeni faktları təqdim edəcəyik... Bizi izləməyə davam edin. Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |