Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Fuad Muradovun sırımağa çalışdığı YALANLAR...

Fuad Muradovun sırımağa çalışdığı YALANLAR...


28-11-2022, 11:18
Fuad Muradovun sırımağa çalışdığı YALANLAR...
DİA.AZ: - "Əvvəlcə Diasporla iş üzrə Dövlə Komitəsinin yaradılmasının məqsədləri haqqında qısa məlumat verək. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.
2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdir.
Ötən dövrün ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur.
Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da, məhz bu zərurətdən irəli gəlmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir. Bu mənada Azərbaycan Respublikası Prezidentinin «Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Sərəncamı Azərbaycan Respublikasının diaspor quruculuğu işinə verdiyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməlidir.
Diasporla iş üzrə Dövlət Komitəsinin indiki sədri Fuad Muradov isə Komitənin bu məqsədlərini öz məkrli fəaliyyəti ilə demək olar ki sıfıra endirmişdir, sanki Komitə babası Bazirqaudan ona miras qalan bir əmlakdır.
Beləliklə, gələk əsas məqsədimizə. Noyabr ayının 21 Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb.
Düşünürük ki bu müraciət Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun fiaskoya uğrayan fəaliyyətinin üstünü örtmək üçün dünya azərbaycanlilari üzərindən Azərbaycan rəhbərliyinə böyük işlər gördüyünü əsaslandırmağa hesablanan yalanlardan ibarətdir.
Fuad Muradovun müraciətdə qeyd etdiyi: “Qətnamə layihəsi Senatda müzakirə olunan gün diaspor üzvləri Senatın binası qarşısında icazəli piket keçiriblər”. Fikri ilə mübahisə etmirik, ola bilər. Amma fikri yanlışdır.



Əgər Fuad Muradovun bu fikri ilə razılaşsaq, bəs onda piketin bu versiyasını necə başa düşək?



Bu isə Fuad Muradovun yalanını ifşa edən bir faktdır.

Çəkinin ölçü vahidi var. Sürətin var. Hündürlüyün var və sairə. Amma insanın saflığının, səmimiliyinin, dürüstlüyünün, mədəniyyətinin yaxşı və pis cəhətini ölçən cihaz yoxdur. Ona görə rüşvətxor. cinayətkar, xəyanətkar, pozğun, əli əyri, yalançı kefiyyətsiz insanlar çoxalıb. Belələrinin isə qarşısını almaq çox çətindir.
Diasporla iş üzrə Dovlət Komitəsinin yaydığı müracətin bu iddiası tam yalandır: “Aparılan sistemli və ardıcıl işin nəticəsidir ki, xaricdəki Azərbaycan icmaları vətənpərvərlik adı ilə manipulyasiya edən təsadüfi adamlardan təmizlənir, dövlətçilik maraq və mənafelərini hər şeydən üstün tutan insanların güc birliyinə çevrilir”.
Əvvəlcə mən rəhbəri olduğum fond haqqında Fuad Muradova qısa və tutarlı cavab vermək istəyirəm. Xaricdə olan yeganə təşkilatdır ki iki dövlətin Prezidenti öz çıxışlarında fondun fəaliyyətinə yüksək qiymət verib. Fuad Muradov isə bizi gözümçıxdıya salıb.



Qırğızıstan Prezidenti Sadır Japarovun dediyi: Hörmətli İlham Heydər oğlu, bizim ölkədə Heydər Əlirza oğlu Əliyevin olduqca çox pərəstişkarı var. Bu, boş sözlər deyil. Bu, sübutdur – mən əlimdə “Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyev barədə xatirə” albomunu tutmuşam. Bu albomu onun pərəstişkarları hazırlayıblar və məndən xahiş ediblər ki, onu Sizə çatdırım. İcazənizlə Sizə təqdim edirəm”. Bu albom bizə aiddir...
Azərbaycan Prezident cənab İlham Əliyevin bu sözləri isə: “Hörmətli Sadır Nurqojoyeviç. Belə xatirə hədiyyəsinə görə sağ olun. Biz burada videokadrlarda Heydər Əlirza oğlunun “Manas”ın minilliyi təntənələrində iştirakını gördük və bizim nümayəndə heyətimizin bütün üzvləri, - mən onların hisslərinə şərikəm, - eyni hissləri, fəxarət hisslərini, onun Azərbaycan və Qırğız xalqlarının qardaşlıq yolunu davam etdirdiyimizlə bağlı hissləri keçirdik. Lakin Siz mənə hələ bir kitab da bağışlamısınız” Bu isə Azərbaycanın Prezidenti cənab İlham Əliyevin bizim əməyimizə verilən yüksək qiymətdir. Çünki həmin görüntülər bizim sifarişimizlə lentə alınan “İki Dahi Şəxsiyyət…” filmindən idi

Özünü kar, kor, görməməzliyə vuranlar üçün ip ucu verim: Prezidentlərin çıxışlarındakı dedikləri və Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycan prezidenti İlham Əliyevə təqdim etdiyi albom, kitab da bizə aiddir.

Kitab tərcüməsi və nəşri böyük hadisədir. Karlar, korlar isə bizim nəşr etdirdiyimiz kitablar haqqında verdiyimiz məlumatları görmürdülər. Kitabın nəşr edildiyi haqda məlumati Diasporla iş üzrə Dövlət komitəsinin email ünvanına göndərirdim. Orta Asiya üzrə şöbənin əməkdaşı Elmira Hacıyeva bizim göndərdiyimiz məlumatı görmədiyini deyirdi. Mən də həmin məlumatı birbaşa onun vatsapına göndərirdim. Yenə də “görmürdü”, məndən məlumat gələn kimi gözləri kor, qulaqları isə kar olurdu. Amma dillərində tutuquşu kimi əzbərlədikləri vətənpərvərlik sözləri var idi. Bizim gördüyümüz 10 işdən birini saytlarında işıqlandırırdılar, qalanları isə görmürdülər".

DAVAMI VAR...

Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt