Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Kompleks Qazma İşləri Trestinin rəhbərliyi üçün İŞÇİ HAQQI YOXDUR...

Kompleks Qazma İşləri Trestinin rəhbərliyi üçün İŞÇİ HAQQI YOXDUR...


3-05-2022, 08:13
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi üçün İŞÇİ HAQQI YOXDUR...
DİA.AZ: - SOCAR Kompleks Qazma İşləri Tresti ilə bağlı tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı növbəti maraqlı faktı açıqlayıb. DİA.AZ bildirir ki, hüquü müdafiəçisi bu barədə özünün "facebook" səhifəsində sözügedən qurumun işçilərindən birinə istinadən yazıb.

Onu da qeyd edək ki, az qala hər gün sözügedən qurumla bağlı daha bir neçə fakt açıqlansa da, sözügedən iddialara rəsmi izahat hələ də verilməyib. Sonuncu yazı burada: Dövlətin pullarına DÜŞMƏN MÜNASİBƏT

diaaz.space-ın məlumatına görə, tanınmış hüquq-müdafiəçisi bu dəfə KQİT əməkdaşına istinadən qeyd edir:

"İşçilər düşünürlər ki, onların əmək haqqlarının müxtəlif bəhanələrlə aşağı salınmasına, boşdayanma hallarının əmələ gəlməsinə səbəb idarəetmədə peşakarlığın aşağı səviyyədə olmasıdır. Və soruşurlar ,vəzifə sahibləri də " biliklərin yoxlanması üzrə xüsusi əməliyyata" cəlb olunurlar? Diqqətinizə! Təşkilatımıza yazıblar:

- Hal hazırda artıq 5 gündür ki , SOCAR Kompleks Qazma İşləri Tresti (KQİT )Abşeron istehsalat bölümü Zağlı Zeyvə sahəsindəki 1866 saylı buruqda 58 ədəd boru qırılaraq qazma quyusunun içərisində qalıb.Bulla sahəsində 122 saylı buruqda isə alət ilişib quyunun içərisində qalıb Buruq dənizdədir.Baş mühəndisin səlahiyyətlərini müvəqqəti icra edən Ramiz Aslanov da oradadır. Neft Daşları1887 saylı quyuda eyni vəziyyət yenidən yaranmışdı. Hal hazırda1887 saylı buruqda problem aradan qalxıb.Lakin Zağlı Zeyvədə hələ də problem qalmaqdadır...

- "KQİT" "Neft Daşları-Günəşli" İstehsalat bölümünün rəis müavini Elvin Vəliyev göstəriş verib ki, SDÖ-2585 saylı özüldə qazmanın işçilərinin hamısı çıxsın qırağa, cəmi 3-4 nəfər adam qalsın nəzarətçi( gözətçi) kimi. Qalan camaat bilinmir necə olacaq. Allah bilir.Rahatçılıqnan deyir. Heç belə Allahdan qorxmuyan kimi. İşçilərində hamısının əhval ruhiyyəsi "0" səviyyədə.Helə bil dədələrinin iş yeridi..Hal hazırda onsuzda adam sayı azdı yəni az adam göndəriblər 9 -nəfər fəhlə sinifi, 4-nəfər MTİ-di, cəmi13 nəfər:
Bu halda əmək haqqı boşdayanma kimi ödəniləcək.Yəni əmək haqqının 2/3 hissəsi qədər.

Qeyd: SOCAR Baş ofisində vəzifəli şəxslərin sayını artıranlar! Vaxtınız olanda struktur bölmələrinə, ən əsası da DDÖ,dəniz Platformaları,estakadalar ,mədənlərə və s.gedin ki, neftin necə hasil olunduğunu, neftin iyini də hiss edib,orda çalışan ağır zəhmət adamlarının sosial problemləri ilə də tanış olasınız..."

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt