Əsas Səhifə > Güney Press, Üst manşet > Dövlətin pullarına DÜŞMƏN MÜNASİBƏT
Dövlətin pullarına DÜŞMƏN MÜNASİBƏT2-05-2022, 08:07 |
DİA.AZ: - SOCAR Kompleks Qazma İşləri Tresti ilə bağlı tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı növbəti maraqlı faktı açıqlayıb. DİA.AZ bildirir ki, hüquü müdafiəçisi bu barədə özünün "facebook" səhifəsində sözügedən qurumun işçilərindən birinə istinadən yazıb. Onu da qeyd edən ki, ötən günlərdə sözügedən qurumla bağlı daha bir fakt açıqlansa da, sözügedən iddialara rəsmi izahat hələ də verilməyib: Qazma İşləri Tresti hansı qanunla işləyir? - İLGİNC FAKT diaaz.space bildirir ki, tanınmış hüquq-müdafiəçisi bu dəfə KQİT əməkdaşına istinadən bildirir: "Son zamanlar kəşfiyyat qazma quyularında bir sıra qəza hallarının baş verməsi nəticəsində SOCAR KQİT ziyanla işləmək məcburiyyətindədir. Məlum olduğu kimi, Neft Daşlarında 1887 saylı buruğunda 2021-ci ilin sentyabr ayında qəza baş vermişdi . Bir neçə ay öncə tamamlanmaqda olan qazma qurğusunda quyudibi mühərriklə bərabər qazma baltasının da açılıb quyunun içərisinə düşməsi nəticəsində həmən quyunu sementleyib , heç nə olmamış kimi digər quyunu qazmağa başladılar. Nəticədə KQİT külli miqdarda ziyana düşdü. Daha sonra Neft Daşlarındaki 331 saylı qazma meydançasında(mart 2022) Geofizika MWD MMC -nin avadanlığının , qırılaraq tamamlanmaqda olan qazma qurğusunun içərisində qalması nəticəsində KQİT həmən firmaya külli miqdarda vəsait ödəmək məcburiyyətində qaldi .Deyəsən KQİT i- rəhbərliyi dəymiş ziyanın hansı yolla qaytarılmasının yollarını axtarıb tapıb!? Qeyd:Neft Daslari 1887 saylı meydançada baş vermiş qəza ilə əlaqədar , KQİT - nin baş mühəndisi Aydın Sayılov vəzifəsindən kənarlaşdırılaraq , KQİT rəisinin müşaviri təyin edildi. Onun yerinə müvəqqəti olaraq , Bulla bölümünün rəisi Ramiz Aslanov təyin edildi .Ramiz Aslanov baş mühəndisin səlahiyyətlərini icra etdiyi zaman , Neft Daşları 331 saylı meydançada məlum qəza baş verdi Bununla əlaqədar olaraq , günahkar cəzalandırılmayıb Yəqin ki hələ axtarisdadirlar) Ramiz Aslanovun təqdimatı ARDNŞ - ə göndərilsə də , əmri nədənsə ləngidilir Yəqin Neft daşları 331 saylı buruqda baş vermiş qəza ilə əlaqədardır) Sonda işçi soruşur ki, belə çıxır ki,səriştəsiz işbazların səhvi ucbatından, KQİT - nə dəymiş ziyanı bağlamaq üçün bizlərin əmək haqqını davamlı olaraq müxtəlif bəhanələrlə azaltmaqla davam ediləcək?!" İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri diaaz.space olaraq dinləməyə hazılrıq... Geri qayıt |