Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Fuad Muradovdan Prezidentə ŞİKAYƏT OLUNDU

Fuad Muradovdan Prezidentə ŞİKAYƏT OLUNDU


13-04-2022, 10:54
Fuad Muradovdan Prezidentə ŞİKAYƏT OLUNDU
DİA.AZ: - Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident!
Əvvəlcə Sizdən keçirəcəyim bu etiraz aksiyasına görə üzr istəyirəm. Gərək məni bağışlayasınız. Mən Ulu Öndər Heydər Əliyevin ruhuna, Sizin apardığınız siyasətə xəyanət etməmişəm və etməyəcəyəm.
Artıq 10 ildir mənə verilən zülümlərə daha tab gətirə bilmirəm. Yazdığımız müraciətləri sizə çatdırmırlar. Ətrafınızda olan xainlər müraciətlərimizi gizlədirlər. İnsana nə qədər ömür verilib ki onun da 10 ilini yaramazlarla vuruşasan?! Mənə edilən bu zülümlərin arxasında duran, illər uzunu Sizin tövsiyələrinizə əməl edərək, Azərbaycan həqiqətlərini, apardığınız siyasəti, Ulu Öndərimizin müqəddəs həyat və fəaliyyətini dünya ictimaiyyətinə çatdırmaqda olan işlərimizdən irəli gəlir.
Sizə, cənab Prezident təcili araşdırılıb tədbir görülməsi üçün 08.04. 2022 №36\04-22 müraciət ünvanlamışdım.
Müraciətimdə xahiş etmişdim ki həmin müraciəti araşdırılması üçün PREZİDENT YANINDA XÜSÜSİ XİDMƏT ORQANLARINA HƏVALƏ EDƏSİNİZ. ÇÜNKİ BAŞQALARININ “KİMİNSƏ XATİRİNƏ” PRİNSİPİ İLƏ İŞLƏDİKLƏRİNƏ GÖRƏ SƏMİMİYYƏTİNƏ, OBYEKTİVLİYİNƏ İNANMIM YOXDUR! ÖZ NÖVBƏMDƏ, LAZIM GƏLƏRSƏ BÜTÜN SUALLARI CAVABLANDIRMAĞA CANLA BAŞLA HAZIR OLDUĞUMU VURĞULAMIŞDIM. Çox təəssüf ki bu müraciətimə də ətrafınızdakı xainlər laqeyd yanaşdılar, heç bir araşdırma aparılmadı.
Bu dəfə şikayətim Diasporla iş üzrə Dövlət Komitəsindəndir. Ailəni başçısı qoruyar. Dünya Azərbaycanlıları diasporları bir ailədir. Komitənin sədri Fuad Muradov Dünya Azərbaycanlıları diasporları ailəsinin başçısı sayılır. Çox təəssüflər olsun ki komitənin sədri Fuad Muradov diaspor ailəsinə lazımınca qayğı göstərə bilmir, yalan vədlərlə diasporları aldadır, kimlərə isə yarınmaq üçün onların xahişi ilə komitənin keçirdiyi tədbirlərə lazımsız adamları dəvət edir və hərdən göstərişlərlə diaspora nümayəndələri ilə görüşür.

Fuad Muradovdan Prezidentə ŞİKAYƏT OLUNDU

Başıma bu dəfə gətirilən hadisələr haqqında təkrar yazmaq istəmirəm. Yuxarıda adı çəkilən müraciətimdə bu haqda ətraflı yazmışdım. Allah şahiddir ki mənə qarşı olan bu haqsızlıqda Azərbaycanın Qırğızıstandakı səfrinin rolu olduğuna inanmıram. Çünki mən təzə səfirlə görüşməmişəm, heç bir təmasda olmamışam, onunla hər hansı bir münaqişəmiz olmayıb. Məni tanımadan, bilmədən səfirin belə bir iş edəcəyi şübhə doğurur.
Diasporla iş üzrə Dövlət komitəsindən mənə demişdilər ki Səfir AR XİN üzərindən, Prezident Aparatına məktub yazıb, guya orada da mənim adımı həmin məktub əsasında siyahıdan siliblər. Buna səbəb isə Səfirin PA yazdığı məktubun mövcudluğu və həmin məktubun komitəyə daxil olduğu haqda diasporla iş üzrə Dövlət Komitəsindən mənim emailimə rəsmi məktub daxil olması idi. Əvvəlki müraciətimdə elə buna görə Səfirliyi ittiham edərək yazmışdım. Sonradan Başa düşdüm ki Diasporla iş üzrə Dövlət komitəsi məni səfirlə qarşı qarşıya qoymaq istəyir. Deyək ki belədir, səfir XİN üzərindən PA məktub ünvanlayıb, özünü diaspora ailəsinin başçısı sayan Fuad Muradov məni müdafiə etməli deyildimi?
Mən şəxs kimi kiminsə xoşuna gəlməyə də bilərəm. Amma sizin tövsiyələrinizə sadiq qalaraq - heç kəsdən bir qəpik belə almadan - gördüyümüz işlər, Dövlətdən maliyələşən Diaspora komitəsinin gördüyü işlərdən ən azı on dəfə çoxdur. Bilirəm, Diaspora komitəsi bu müraciətdən sonra yenə öz məharətinə, bacarığına uyğun, həm sizə, həm də mətbuat üçün haqqımda böhtanlar, iftiralar fikirləşəcək. Fikirləşsin. Heç umrumda deyil. Yel qayadan nə aparar?
Səsimin Sizə çatdırılması üçün qərara gəldim ki bu ağır addımı atım. Məni hamı ilə düşmən salan kitabları aprel ayının 22 də yandırım. Bu məqsədlə Qırğızıstandakı bütün diplomatik korpusları, KİV mənsublarını, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət komitəsini və sizi də kitabyandırma mərasiminə dəvət edim. Bişkek Meriyasına aksiyanı keçirmək üçün müraciət hazırlayıram. Müraciəti aprelin 14 meriyaya təqdim edəcəyəm.
Cənab Prezident Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu olaraq Fuad Muradovu “2022 İlin ən yarıtmaz komitə sədri” döş nişanına layiq görmüşük. Xahiş edirəm Dünya Azərbaycanlılarının V qurlultayında Fuad Muradovu layiq bildiyimiz “Mükafatın” sərəncamını elan edəsiniz".

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Geri qayıt