Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Süleyman Mikayılov postunda hələ ÇOX OTURACAQ?

Süleyman Mikayılov postunda hələ ÇOX OTURACAQ?


1-04-2022, 10:57
Süleyman Mikayılov postunda hələ ÇOX OTURACAQ?
DİA.AZ: - "Bu gün Süleyman Mikayılov iynə üstündə oturmuş kimidir. Onun özü də bu günə kimi "sağ-salamat", toxunulmadan çıxa bilməsinə heyrətlənir. Amma az qalıb. Və yaxın vaxtlarda qərar rəsmən elan olunacaq". Xatırlayırsınızsa, hələ keçən günlərdə DİA.AZ olaraq məlumatlı mənbənin Qaradağ RİH başçısı ilə bağlı iddialarını təqdim etmişdik. Və qeyd etmişdik ki, buna qədər Bakı Baş Gömrük İdarəsinin və daha bir neçə rayonun icra başçısı postunu tutan Süleyman Mikayılov əslində, çox böyük siyasi dəllallardan biridir. Mənbənin diaaz.space-a söylədiklərini bir daha xatırladırıq:

"Süleyman Mikayılov hansı addımı necə atacağını yaxşı bilir. Ona görə də Bakının burnunun ucunda olsa belə əsas hədəf olmaqdan yayına bilib. Hazrıki paytaxt hakimiyyəti ilə də müəyyən dil tapmağa nail olub. Amma hər şey orada həll olunmur və bunu yaxşı anlayan Süleyman Mikayılovun özü də bu gün vəzifədən alınacağı, hətta həbs olunacağı günü səbirsizliklə gözləyir..."

Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalardan isə aydın olur ki, yaxın günlərdə iki rayonun icra başçıları - Qaradağ RİH rəhbəri Süleymabn Mikayılov və Füzuli RİH rəhbəri Alı Alıyev vəzifələrindən azad olunacaq. Mənbəyə görə, ən acınacaqlı durumda olanı isə Süleyman Mikayılovdur ki, onun həbsi belə gözlənilir.

Onu da qeyd edək ki, bu xəbərin paylaşımları zamanı sosial şəbəkələrdə verilən ən çox reaksiya bu şəkildə olub: "Süleyman Mikayılov postunda hələ ÇOX OTURACAQ?" Yəni görünəni odur ki, artıq cəmiyyət də "yuxarıların" gəldiyi qənaətdədir...

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt