Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Vahid Əhmədov yoldan danışır, amma İCRA BAŞÇISI BARƏDƏ SUSUR...
Vahid Əhmədov yoldan danışır, amma İCRA BAŞÇISI BARƏDƏ SUSUR...15-03-2022, 14:59 |
DİA.AZ: - “Bakı-Quba yolu çox bərbad vəziyyətdədir. Bu yolla gedib-gəlmək mümkün deyil”. DİA.AZ xatırladır ki, bunu bu gün Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib. Deputat bu yolun təmiri ilə bağlı hökumətə maliyyənin ayrılmasını təklif edib. Və elə bu da Quba sakinlərinin narazılığıan səbəb olub. Vahid Əhmədov Bununla bağlı DİA.AZ-a yazan Quba sakinləri bildirir ki, onlar rayonun icra başçısı Ziyəddin Əliyevdən daha çox, deputat Vahid Əhmədovdan narazıdırlar. Sakinlər diaaz.space-a yazır: "Vahid Əhmədov millətin dərdindən danışır. Bu gün də yol problemindən danışıb. Hamı də bəh-bəh deyir.ı.. Bəs niyə bu günə kimi bir dəfə də olsun icra başçısı Ziyəddin Əliyevin adını dilə gətirməyib? Nədən Vahid Əhmədov Qubada torpaq sahələrinin icra başçısı tərəfindən satılmasından bir kəlmə də danışmayıb? Nədən Vahid Əhmədov Ziyəddin Əliyevin qarşısında aciz görünür? Ziyəddin Əliyev Qubada baş kəsir, meydan sulayrı... jurnalıist həbs etdirir... amma Vahid Əhmədov susur..." Sakinlər diaaz.space-a bildirir ki, əslində, Vahid Əhmədov yaxşı yol seçib: "Ümumi problemlərdən danışır, konkret problemlərin yanından keçir... BELƏ YAŞAMAĞA NƏ VAR Kİ..." İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq... Geri qayıt |