Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ağsunun icra başçısı İŞƏ ÇIXMIR?

Ağsunun icra başçısı İŞƏ ÇIXMIR?


25-02-2022, 12:30
Ağsunun icra başçısı İŞƏ ÇIXMIR?
DİA.AZ: - Ağsu sakinləri adından DİA.AZ-a göndərilən müraciətdən aydın olur ki, son iki həftədir rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun qəbuluna düşmək əməlli-başlı problemə çevrilib.

Sakinlərin müraciətini təqdim edirik: "Nə zaman icra hakimiyyətinə gedirik, deyirlər ki, Rövşən Bağırov ya yerində deyil, guya ərazidədir, ya da vətəndaşlarıın qəbulunu pandemiyaya görə dayandırıb. Biz başa düşə bilmirik, əgər, pandemiyadırsa, yerlərə necə gedə bilir? Yəni özünü təcrid edibsə, o zaman ərazilərə də gedə bilməməlidir.

Yox əgər pandemiya qorxusu yoxdursa, o zaman sakinləri niyə qəbul etmir?

Biz belə görürük ki, bizim icra başçısının əsas qorxusu pandemiya yox, çətin vəziyyətə saldığı vətəndaşlar, onların dilindən səslənən şikayətlərdir".

Sakinlər diaaz.space-a müraciətlərində iddia edirlər ki, iki həftədir ümumiyyətlə Ağsu RİH başçısı Rövşən Bağırovu uzaqdan da görən olmayıb...

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt