Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əvəz Qocayev SALEH MƏMMƏDOVU DEVİRİR...

Əvəz Qocayev SALEH MƏMMƏDOVU DEVİRİR...


5-11-2021, 13:03
Əvəz Qocayev SALEH MƏMMƏDOVU DEVİRİR...
DİA.AZ: - Bir neçə gün əvvəl yerli KİV-lərdə belə bir məlumat yayıldı ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yaxın vaxtlarda yola salınacaq.

Xəbərdə deyilirdi ki, onun yerinə namizəd də irəli sürülüb. Həmin şəxsin Kamil Əliyev adlı biri olduğu iddia edilir. Onun hökumətin yeni komandasında yer alacaq gənc və bacarıqlı kadr olduğu haqda məlumatlar var. S. Məmmədovla yanaşı onun adamlarının da agentlikdəki işini itirəcəyi söylənilir. AAYDA-nın fəaliyyətinin şəffaflaşdırılması üçün kadr dəyişikliyinə gedildiyi bildirilir. Son illərdə bu quruma ayrılan vəsaitlərin korrupsiyaya uğraması, rəhbər şəxslərin barəsində müxtəlif ittihamlar, bizneslərinin, mülklərinin siyahısının üzə çıxarılması belə əsas yaradıb ki, Agentlikdə də dəyişikliyin vaxtı çatıb.

Bununla bağlı DİA.AZ-a olduqca ilginc informasiyalar daxil olub.

Belə ki, hökumətdəki qaynağın iddialarılna görə, Slaeh Məmmədovun mövqeləri kifayət qədər kövrəkdir və həqiqətən də onun gedişi planlaşdırılır: "Sadəcə olaraq, Saleh müəllimə Qarabağdakı dövlət planlarının icrası üçün müəyyən vaxt tanınıb".

Mənbə bu arada maraqlı iddia da səsləndirib. Qaynağa görə, Saleh Məmmədovun yerinəı hansısa gənc kadr deyil, onun elə öz yaxın adamı kimi qəbul etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev gəlmək fikrindədir.

Mənbənin diaaz.space-a söyulədikləri: "Əvəz Qocayev çalışır ki, Saleh Məmmədovun yerinə təyinat alsın. Ona görə, hətta xeyli müddətdir KİV-də də öz yerini rahatlamaqla məşğuldur. Bütün bunlar isə diqqətdən yayınmayıb. Amma onun bu planı baş tutacaqmı? Bax bunu yaxın vaxtlarda görəcəyik..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt