Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Yardımlı rəsmən Allahın ümidinə qalıb...

Yardımlı rəsmən Allahın ümidinə qalıb...


10-08-2021, 12:23
Yardımlı rəsmən Allahın ümidinə qalıb...
Bu günlərdə dəhşətli yanğınların baş verdiyi Yardımlı meşələrinin kütləvi şəkildə məhv edilməsi ilə bağlı AzToday.az-a şok məlumatlar daxil olub.

Həmin məlumatlarda iddia olunur ki, ən çox ağac qırıntısının olduğu Honuba kəndinin meşələri iz itirmək üçün qəsdən yandırılıb. Belə ki, son meşə yanğınlarında 100 hektardan çox meşə sahəsi tamamilə məhv olub. Amma rəsmi məlumatlarda 15 hektar ərazidə yanğının baş verdiyi bildirilib. İndi isə Yardımlı sakinlərini narahat edən əsas məsələ Ləzir kəndinin yaxınlığındakı meşənin kütləvi şəkildə qırılması ilə bağlıdır. Şikayətçilər AzToday.az-a bildirib ki, bu ilin iyun ayında sözügedən meşə sahəsində ağaclar kütləvi şəkildə qırılaraq materialı Masallı rayonunda fəaliyyət göstərən sexlərə daşınmaqdadır. Sakinlər bu meşənin də iz itirmək üçün yandırılmasından qorxduğu üçün aidiyyatı dövlət qurumlarından məsələyə təcili müdaxilə etməyi xahiş və tələb edirlər.

Yardımlı sakinləri baş verən meşə qırıntıları ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir-neçə dəfə şikayət etsələr də sözegedən meşə ərazisinə, konkret Yardımlı rayon 1 saylı meşəbəyliyinin 2 saylı dolayında heç bir yoxlama həyata keçirilməyib. Çünki meşəni qıranlar elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli işçiləridir.

Sakinlərin redaksiyamıza təqdim etdiyi görüntülərdən aydın olur ki, sıx meşəlik ərazisinə 2 kilometrlik yeni yol çəkilib və həmin ərazidə yüzlərlə ağac məhv edilib.

diaaz.space Yardımlıda baş verən meşə qırğınlarının bir hissəsini görüntülərini təqdim edir:














Geri qayıt