Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Cavid Qurbanov Ziya Məmmədovun yolunu gedir...
Cavid Qurbanov Ziya Məmmədovun yolunu gedir...11-12-2020, 11:32 |
DİA.AZ: - “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Qeyd edək ki, son günlər QSC sədri ilə bağlı yerli KİV-də olduqca ağır və həm də cavabı tələb olunan ittihamlar səslənsə də, nədənsə bu barədə daha çox susqunluq müşahidə olunur. Bu tendensiyanın özü isə yalnız bir təəssüratı yaradır: YAZILANLAR HƏQİQƏTDİR… Ən azından medianın peşə prinsipləri də qarşı tərəfin fikirlərini vacib edir, amma buna rəğmən Cavid Qurbanovun ətrafında elə bir şəbəkə toru yaradılıb ki, ya yazılanlar Cavid Qurbanovun diqqətindən kənar tutulur, ya da QSC sədrinin özü kifayət qədər arxayınçılıq mühitindədir. Hətta digər dövlət qurumlarının hazırki pandemiya dövründə belə mediaya xüsusi həssaslıq nümyiş etdirməsi faktının mövcudluğu şəraitində belə Cavid Qurbanovla bağlı mübhəmləri çözmək daha da çətinləşir. Bununla bağlı DİA.AZ-a olduqca maraqlı informasiya daxil olub. Məlumatlı mənbə iddia edir ki, Cavid Qurbanovun vəzifəyə gəldikdən sonra ASC-də uzun illərdən bəri korrupsiyanın başında gedən şəxsləri işdən çıxarmadığı, onlarla münasibətlərinu daha da istiləşdirdiyi faktdır və hazırki vəziyyətin yaranmasında da sözügedən məqam xüsusi dərəcədə əhəmiyyətə malikdir. Mənbənin diaaz.space-a söylədikləri: “Cavid Qurbanovun böyük qorunma ilə gəzdiyi, şikayətçilərin ona yaxınlaşmasına imkan verilmədiyi faktdır. Cavid Qurbanov ASC-nin binasından çıxanda ətrafında 20 nəfər olur. Həmin 20 nəfər sədri avtomobilə minənə qədər müşayiət edirlər. Buna görə də ASC-də şaiyə buraxıblar ki, guya Cavid Qurbanovun ətrafı qəsdən çoxlu şəkildə onu müşayət edirlər ki, sədrə heç kəs yaxınlaşmasın. ASC sədrinin ətrafı onu toplu şəkildə müşayət edərək hansısa şikayətçinin Cavid Qurbanova yaxınlaşmasına imkan vermirlər. Hətta hazırki pandemiya dövründə belə QSC sədrinin ətrafı kifayət qədər qələbəlikdir. Ətrafının Cavid Qurbanovu toplu şəkildə avtomobilinə qədər müşayiət etməsi əslində birbaşa ASC sədrinin öz planıdır. O, şikayətçilərlə qarşılaşmamaq üçün bu üsuldan istifadə edir. Amma Cavid Qurbanov bilməlidir ki, zamanında bu yolu Ziya Məmmədov da tutmuşdu. O Ziya Məmmədov ki, Cavid Qurbaanovu illər uzunu himayə etmişdi və Cavid Qurbanov demək olar ki onun hesabına hazırki mənsəbinə qədər yürüyə bilib. İndi Ziya Məmmədov hardadır? Cavid Qurbanov bilməlidir ki, Ziya Məmmədovun yerişini yeriyərsə, istiqaməti dərin quyuya köklənər...”. Maraqlı iddiadır və bildiririk ki, bu iddia ilə bağlı da qarşı tərəfin fikirlərini yaymağa hazırıq. Necə ki bu vaxta qədər açıq qalmış suallarımıza cavab axtarışlarındayıq… Geri qayıt |