Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Səfər Mehdiyevə İLK ZƏRBƏ GƏLİR...
Səfər Mehdiyevə İLK ZƏRBƏ GƏLİR...24-08-2020, 09:08 |
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyinə gətirldiyi ilk gündən bəri bütün ölkəni əhatə edən total islahat kampaniyası üçün yalnız və yalnız əyləc rolunu oynamış kimi görünən DGK sədri Səfər Mehdiyevə sürprizlər hazırlanır. Bu barədə DİA.AZ-a hökumtədəki mənbələrdən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə DGK sədri əsas gəlir ünvanlarından birini itirəcək, DGK-nın səlahiyyətləri azaldılacaq. Mənbənin diaaz.space-a söylədikləri: "Səfər Mehdiyev, eynilə Ziya Məmmədovla bağlı hərəkət planında olduğu kimi mövqelərini tədricən itirəcək. İlk əvvəl DGK-nın səalhiyyət arealı məhdudlaşdırılacaq. Prosesə artıq start verilib və yaxın günlərdə DGK sədri ilk itki ilə üz-üzə qalacaq". Mənbə iddia edir ki, Avtonəqliyyat Baş Gömrük İdarəsinin DGK-dan alınaraq Dövlət Yol Polisinə həvalə edilməsi gözlənilir: "DYP ilə yanaşı Avtonəqliyyat Baş Gömrük İdarəsinin bəzi səlahiyyətli ASAN Xidmətə həvalə ediləcək. Əslində bu addımın mahiyyətində illərdən bəri ölkəyə avotomobil gətirən vətəndaşların da əsas qayğıları - gömrükdə yaradılan süni əngəllər aradan qalxmış olacaq". Mənbə əlavə edir ki, Səfər Mehdiyev təkcə Avtonəqliyyat Baş Gömrük İdarəsini itirməyəcək: "Əlavə addımların da atılacağı planlaşdırılır". Bizi izləməkdə davam edin. Yeni bilgilərimiz olacaq... Geri qayıt |