Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakı İnzibati-İqtisadi Məhkəməsində 5 illik QANUN POZUNTUSU...
Bakı İnzibati-İqtisadi Məhkəməsində 5 illik QANUN POZUNTUSU...18-08-2020, 11:10 |
DİA.AZ: - "Prezidentin “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019 tarixli sərəncamı da məhkəmə, ədliyyə, hüquq mühafizə sistemindəki qanunsuzluqlara son qoymayıb . Konstitusiyaya əməl etməyənlər elə özbaşınalığa yol verirlər ki, anlamaq olmur, ölkədə Konstitusiya ən yüksək qanundur, yoxsa məmur?" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Daha sonra məqalə müəllifi yazır: "Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir; məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Di gəl, məhkəmə qərarlarının icrası onlarla illərdir gerçəkləşmir , icraedici qurumlar, nəzarətedici orqanlar isə susur. Və bu hərəkətsizliyə, susqunluğa görə qanunla müəyyən edilmiş məsuliyyət əvəzinə, çinlərindəki ulduzların sayı, yaxalarındakı orden -medallar artır, ciblər rüşvətlə dolur. Bu günlərdə rüşvətə görə görəvindən alınan Ədliyyə Nazirliyinin icra baş idarəsinin rəisi Nurəddin Mustafayev , heç demə, korrupsiya generalı (başqa ifadə tapmaq mümkün deyil) imiş. Gerçəkdə rəisin rüşvətlə icraçılıq etməsi gizlin də deyildi! Onlarla illərdir məhkəmə qərarlarının icrasından imtina edilməsi nədən qaynaqlanır ? Əlbəttə, rüşvətdən, korrupsiyadan! Başına gələn başmaqçı olar, deyiblər, bu sətirlərin yazarının 10 -cu ildir qanpulu ilə bağlı Dövlət Sığorta Kommersiya Şirkətini məhkəmə qərarı ilə borclu etməsinə baxmayaraq, hələ də nə dələduz şirkət borcunu ödəyir, nə də icra şöbələri qərarı məcburi icra etdirir. ƏMDK, Nizami RİH, Ədliyyə Nazirliyinin Nizami və Xətai icra şöbələrinin əmlakla bağlı Xətai rayon məhkəməsi tərəfindən 2 ayrı qətnamə ilə borclu edilməsindən isə 12 il keçir. Amma borclular məhkəmə qərarını icra etmək əvəzinə sözügedən əmlakı -Bəhruz Nuriyev -10A-dakı otaqları məhkəmə qərarından 2 il sonra 14 yaşlı uşağın adına saxta şəhadətnamə ilə sənədləşdiriblər. Nə polis, nə prokurorluq, nə DTX, nə Ombudsman. .. bu açıq-aşkar insan hüquqları pozuntusuna hüquqi qiymət verilməsini təmin edir. Məhkəmələrin özləri də qəbul etdikləri qərarların icrasını təmin etməyə borclu olduğu halda, borcluların sifarişi ilə Konstitusiyanı ayaqlayırlar. Özəlliklə, inzibati məhkəmələrin İnzibati Prosessual Məcəllədən (İPM) xəbərsizliyi dəhşətdir! İPM-in 116.2 maddəsinə görə, MƏHKƏMƏ QƏRARLARININ İCRASI BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİ TƏRƏFİNDƏN TƏMİN OLUNUR! 120-Cİ MADDƏYƏ GÖRƏ, İNZİBATİ ORQAN TƏRƏFİNDƏN ONUN ÜZƏRİNƏ QOYULAN ÖHDƏLİKLƏR İCRA OLUNMADIQDA, MƏHKƏMƏ TƏRƏFLƏRİN ƏRİZƏSİNƏ ƏSASƏN VƏ YA XİDMƏTİ VƏZİFƏSİNƏ GÖRƏ İNZİBATİ ORQANA İCRA ÜÇÜN MÜDDƏT MÜƏYYƏN EDİR VƏ 50 MİN MANATA QƏDƏR CƏRİMƏ TƏTBİQ EDƏCƏYİ HAQQINDA XƏBƏRDARLIQ EDİR. ÖHDƏLİK YERİNƏ YETİRİLMƏDİKDƏ CƏRİMƏ TƏKRAR TƏTBİQ EDİLƏ BİLƏR. Bakı İnzibati Məhkəməsi isə nə Konstitusiya tanıyır, nə də Məcəllə .Tanıdığı bircə borclunun sifarişidir. Təsəvvür edin, 5-ci ildir məhkəmə ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (hazırda Sosial Xidmətlər Agentliyi ) qarşı 2-1 (81)-1095 /16 saylı 20.06.2016 tarixli qərarın icrasını təmin etməkdən imtina edir! Özü də xidməti vəzifəsi bir yana, tələbkarın yüzlərlə (!) ərizələrinə də baxılmır! Nə ali dövlət hakimiyyəti orqanları, nə Məhkəmə Hüquq Şurası, nə Ombudsman, nə Ədliyyə Nazirliyi və digər bağlantılı qurumlar Bakı İnzibati Məhkəməsini Konstitusiyaya boyun əyməyə məcbur edir! Hətta digər orqanlardan daxil olan ərizələrə də , sədr Rəşid Rzayev (hazırda Xətaiyə transfer olunub) hakimlər Şərafət Məmmədova (hazırda Bakı Apellyasiya Məhkəməsində hakimlik edir ) , Aygün Abdullayeva yox , məsləhətçilər Ramin Şükürov və İradə Hüseynova cavab verir ki, it ilində cavab verilib! (?) Özbaşınalığa baxın, tələbkar 5-ci ildir dövlətin adından çıxarılan məhkəmə qərarının məcburi icrasını tələb edir, məhkəmə isə qəbul etdiyi qərarın icrasını təmin etməkdən imtina edir! Belə məhkəmə təminatı hüququ ilə hansı pozulmuş hüquqların bərpasından danışmaq olar?" diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |