Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bir neçə mühüm postda dəyişiklik gözlənilir...
Bir neçə mühüm postda dəyişiklik gözlənilir...16-04-2020, 16:00 |
DİA.AZ: - "Bir neçə mühüm postda dəyişiklik gözlənilir". Bu barədə DİA.AZ-a hökumətdəki mənbədən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə iki rayona yeni başçı təyin olunacaq. Mənbənin diaaz.space-a söylədikləri: "Eyni zamanda PA-da və Nazirlər Kabinetinə aid daha bir neçə qurumda yeniliklər olacaq. Hələlik müzakirə aparılır. Keçən ilin ortalarından start götürən yeniləşmə siyasəti yaxın günlərdə yenidən intensiv xarakter alacaq". Mənbə konkret olaraq hansı rayonlara yeni təyinatın olacağını söyləmədi. Amma digər qaynaqlardan əldə etdiyimiz bilgilərə görə, Lənkəran və Astara rayonlarının başçılarının dəyişdirilməsi ilk plandadır. Hər halda deyiləni budur. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... Geri qayıt |