Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əlilin bələdiyyə mülkiyyətindəki torpağı satılıb...
Əlilin bələdiyyə mülkiyyətindəki torpağı satılıb...23-03-2020, 12:21 |
DİA.AZ: - "Ağsu RİH , Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsinin Qarabağ əlilinin istifadəsində olan torpaq sahəsini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək alver predmetinə çevirmələrinə hələ də hüquqi qiymət verilməyib. Ağsu RİH -in keçmiş başçısı kəndin yeganə zabit Qarabağ əlilinin 22 ildir istifadəsində olan torpaq sahəsini özünə uşaq bağçası tikməyə ayırmağı Pirhəsənli kənd icra nümayəndəliyinə və bələdiyyəsinə tapşırıb". Bu barədə DİA.AZ-a daxil olan məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Bələdiyyələrə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı - Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin isə Göyçay Regional Ədliyyə İdarəsinin rəis əvəzi Elnur Əsədova “vətəndaşa cavab verməyi ” tapşırması şablona dönüb. Sözügedən idarənin sözügedən rəis əvəzi öncə torpaqayırma qərarının qanunsuz olduğunu bildirib və ləğv edilməsini təklif edib. Sonradan “donos”u əsas tutub ki, həmin sahə ümumi istifadədə olan torpaq sahəsi olduğundan heç kimə verilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001 tarixli 160-llQ saylı Azərbaycan Respublikası Qanununun 11-ci, 16-cı maddələrini diqqətə çatdıranda isə idarə rəisi “3 dəfə “dedığım dedığdır” “əsası” ilə cavab verməkdən imtina edib. Maraqlıdır ki, Ağsu RİH-in torpaq qanunvericiliyinin tələblərinə zidd cavabı ilə Göyçay Regional Ədliyyə İdarəsinin cavabı üst-üstə düşür! Elə həmin icra hakimiyyətindən göndərilən həmin torpaq sahəsinin Qarabağ əlilinin istifadəsində olması haqqında çoxsaylı məktublardan ikisini diqqətə çatdıranda isə elə bil qurbağa gölünə daş atılıb. Hələ ki, susqunluq və tikinti işləri davam edir". diaaz.space olaraq bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |