Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Banklar niyə bankomata dollar yerləşdirmir?

Banklar niyə bankomata dollar yerləşdirmir?


17-03-2020, 15:46
Banklar niyə bankomata dollar yerləşdirmir?
DİA.AZ: - "Koronavirus təhlükəsi hökuməti canlı toxunuşlardan yayınmağa vadar edən rejimə keçməyə yönəldib. Hətta müraciətlərin, təhsilin distant metoduna keçilməsi baş verməkdədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir.

Məqalədə daha sonra deyilir: "Bircə valyuta dəyişməsində “dədə-baba metodu”na, yəni nağd ödənişə üstünlük verilməsi ciddi rahatsızlıq doğurur. Belə metodla müştərilərin virusa yoluxma təhlükəsi də artır. Maraqlıdır, banklar nəyə görə, hər müştəriyə müəyyən limit həddində bankomatların araçılığı ilə xarici valyuta dəyişməyə imkan vermirlər?

Onu da vurğulayaq ki, əvvəllər bir çox banklar bankomatlara xarici valyuta da yerləşdirib , müştərinin seçiminə hörmətlə yanaşırdılar. Əksər ölkələrdə banklar öz vətəndaşlarının rahatlığını bu yolla təmin edirlər. Bizdə niyə olmasın? Hər halda, fikirləşməyə dəyər".

diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..

Geri qayıt