Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Oba" marketdə hansı obanın qaydaları işləyir?

"Oba" marketdə hansı obanın qaydaları işləyir?


10-12-2019, 12:56
"Oba" marketdə hansı obanın qaydaları işləyir?
DİA.AZ: - "Ortalıq üç gün öncə Nizami rayonu, Çobanzadə küçəsi , “Real” şadlıq sarayının yanındakı “Oba” marketdən alış-veriş edən Qarabağ əlilinin təqaüd kartı ilə ödəniş etmək istəyi pos-terminalın olmaması səbəbindən mümkün olmayıb. 50 manatlıq əskinası isə kassir oğlan xırdası olmaması bəhanəsilə götürməyəcəyini bildirib. Halbuki digər müştərilərə belə ayrı-seçkilik sərgilənməyib. Əlil-istehlakçı pos-terminal tələb edəndə və kassada xırda pulun olmamasına görə suç daşımadığını bildirəndə, kassir istehza ilə kassadan dəstə-dəstə 5 manatlıq əskinasları nümayişkaranə şəkildə göstərib və bəlli olub ki, xırda pul var, sadəcə xidmətçi məzələnirmiş!" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "“Oba” market bütün bölgələri mağazaları ilə zəbt edib. Elə Nizami rayonunda bu marketin onlarla mağazası var . Yəni, yetərincə iri marketlər şəbəkəsi sayılır. Bəs niyə bu yekəlikdə marketdə xidmət yetərincə deyil, pos-terminal yoxdur, hələ üstəlik mallar da keyfiyyətsizdir?

Pos-terminalların olmaması vergidən yayınmaya hesablanıb. Bir neçə iri şirkəti çıxmaq şərtilə heç bir mağaza bu terminallardan yararlanmır. Təsəvvür edin, Nizami rayonu, Bəhruz Nuriyev -14 ünvanında yerləşən rayonun ən böyük kitabxanasını Mədəniyyət Nazirliyinin “xeyir-duası” ilə “qutabxana”ya döndərən “Evimiz” supermarketi hələ də pos-terminalsızdır . İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin isə bu pozuntuya hüquqi qiymət verilməsini təmin etməsi gerçəkləşmir. Eləcə də, “Oba” marketin istehlakçıların hüquqlarını pozmasına və vergidən yayınmasına illərdir göz yumulur".

diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt