Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Övladı ağır xəstə olan ata naşı həkimdən pulunu tələb edir
Övladı ağır xəstə olan ata naşı həkimdən pulunu tələb edir14-09-2016, 10:39 |
DİA.AZ: - Biləsuvar rayon Çinarlı kəndində yaşayan Quliyev Zahid Özbək oğlu bir sıra dövlət qurumlarının rəhbərlərinə və DİA.AZ saytınaşikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır: "Məlumat üçün Sizə bildirmək istəyirəm ki, oğlum Quliyev Kənan Zahid oğlu ağır yataq xəstəsidir, oğlumun müalicəsi üçün hər zaman çıxış yolu axtarırdım, 2014-cü ildə telefiziya verlişlərinin birində Sevinc Mirzəyeva adlı həkimin çıxışını izlədiyim zaman oğlumun müalicəsini edəcəyini zənn edərək telefon nömrəsini götürdüm, əlaqə saxladım və onunla görüşüm, Kənan adlı oğlumun müalicəsi üçün ilkin 5400 manat pul istədi və mən həmin pulu kredit götürüb verdim və sonradan 800 manat pulda lazım olduğunu bildirdi, mənim isə 500 manata gücüm çatacağını bildirdim, 500 manat verdim, həkim Sevinc Mirzəyeva cəmi 5400 manat pul vermişəm, bütün bu pulları ATU-nin Cərahiyyə korpusunun həyətində şəxsən qardaşım İlham Sevic xanıma vermişdim". Daha sonra diaaz.space-a daxil olan müraciətdə deyilir: "Sonradan bir müddət keçdi heç bir müalicə işi aparmadılar, mən isə məcbur qalıb Nəsimi RPİ-nə müraciət etdim ki, mənim dələduzluqla alınan pulumu qaytardırım, lakin burdada polis baş leytenentı Kənan Əliyev formal xarakterli araşdırma aparmışdır və mənə qarşı dələduzluq edən həkim Sevinc Mirzəyevaya başlanacaq cinayət işini rədd etmişdir. Araşdırma nəticəsində qərarda göründüyü kimi həkim bu pulu aldığını inkar edir, lakin bu tamamilə yalandır mən pulu Sevinc Mirzəyevaya bir neçə qohumlarımın yanında qardaşım İlham şəxsən vermişdir. Hətda qeyd etmək istəyirəm ki, 2 ildir mənə dəyən zərələ və bank ödənişləri ilə əlaqədar oğlumu müalicə etdirə bilmirəm. Sizdən xahiş edirəm ki, ərizəyə əlavə etdiyim sənətləri, oğlumun səhətini, şəkillərini nəzərə alasınız, Nəsimi RPİ-nin araşdırma qərarını rədd edəsiniz, yenidən araşdırılmasına göstəriş verəsiniz və həkim Sevinc Mirzəyeva məndən dələduzluq yolu ilə almış 5400 manat zərərin ödənilməsinə köməkdarlıq edəsiniz". diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |