Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycan Milli Məclisinin heyəti araşdırılır...
Azərbaycan Milli Məclisinin heyəti araşdırılır...30-08-2016, 11:36 |
DİA.AZ: - Qardaş Türkiyədə terrorçubaşı Fətullah Gülən tərəfdarlarının təqibinin davam etdiyi bir ərəfədə Azərbaycanda da bu istiqamətdə müəyyən dəyişikliklər nəzərə çarpmaqdadır. Elə ANS telekanalına qoyulan qadağanı, "Qafqaz" Universitetinin əl dəyişdirməsini, gülən tərəfdarlarının həbsini və digər bu kimi olayları rəsmi Bakının FETÖ-ya qarşı addımları kimi qəbul etmək olar. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, anoloji addımlar daha da geniş miqyas alacaq. Bu barədə danışan mənbənin iddialarına görə, artıq Azərbaycan Milli Məclisinin heyəti də süzgəcdən keçirilir. Mənbənin diaaz.space-a söylədikləri: "Konkret olaraq 8 millət vəkilinin Gülən terror təşkilatı ilə müəmmalı təmaslarının olduğu faktı araşdırılır. Əgər belə bir araşdırma başlanılıbsa, deməli, tədbirlər də görüləcək". Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. Həmin 8 deputatın kimliyini açıqlayacağıq... Geri qayıt |