Yardımlı səhiyyəsində pensiya maxinasiyaları - ŞİKAYƏT VAR
Tarix: 11-02-2016, 12:56 | Çap et
Artıq uzun müddətdir ki, Yardımlı rayonunun səhiyyə sahəsində yaranmış son dərəcə arzuolunmaz vəziyyətdən bəhs edən məlumatlar “Bizim Dövr”ün redaksiyasına daxil olmaqdadır. Müxtəlif mənbələrdən təqdim olunan məlumatlarda bildirilir ki, Yardımlının səhiyyə sistemi bu gün bərbad durumdadır. Bir müddət bundan əvvəl Yardımlı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi vəzifəsinə Rasim Əkbərovun təyin olunması isə, mövcud problemləri nəinki həll etmədi, əksinə onların bir qədər də dərinləşməsinə yol açmış oldu. Rayondan aldığımız məlumatlarda bildirilir ki, elə əvvəllər olduğu kimi, bu gün də sakinlərin narazılığını doğuran əsas məqamlardan biri RMX-ya dərmanların alınmasında törədilən maxinasiyalarla bağlıdır. Belə ki, dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Eyni zamanda da, xəstəxanada “ölü canlar” təcrübəsi kütləvi şəkildə tətbiq olunur. Yəni RMX-da saxta “xəstəlik tarixçələri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, bu “xəstəlik tarixçələri”nin əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılmışdır. Dünən bizimdovr.az-a ərizə ilə müraciət etmiş Ağa adlı Yardımlı rayon sakini isə, rayon mərkəzi xəstəxanasının baş həkimi və bu rayonda fəaliyyət göstərən 31 saylı TSEK-in sədri tərəfindən birgə həyata keçirilən “yeni” maxinasiyalardan bəhs edir. Ərizədə deyilir: “Yardımlı rayon mərkəzi xəstəxanasında rüşvətxorluq tuğyan edirç Bu qanunsuzluğa kim son qoyacaq, kimler bu biabriciligin qarşısını alacaq, məlum deyil. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsəanaməsinə edilən dəyişikliyə əsəasən, əliliyi olan şəxslər, boyüklər 5 ildən bir, uşaqlar isə, 3 ildən bir Tibbi Soasial Ekispert Komisyasından kecməlidir. Yardımlı səhiyyəsində isə, bu yenilikdən isdifadə edən bir qrup şəxs vətəndaşlara zəng edərək, onların təkrar komissiyadan keçmə vaxtı oldugunu və özləri ilə 350 manat pul gətirməklə, Yardımlı rayon mərkəzi xəstəxanasına gəlməli olduqlarını bildirirlər. Vətəndaşlar da xəstəxanaya gələrək, 350 manatı verirlər və kompyuterdən, Səhiyyə Nazirliyinin saytından surəti götürülərək çap olunmuş çıxarışı alırlar. Amma vətəndaşlar bilmir ki, onlar avtomatik oalraq 5 ildən bir komissiyadan keçməlidirlər və heç yerə də pul odəməli deyillər. Bu maxinasiyanın başında isə, Yarımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əkbərov Rasim Şahbaz oğlu, xəstəxananın diş həkimi Abbasov Mehman, Uşaq komissiyasının üzvü, həkim Mirəbülfəz Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 31 saylı Tibbi Sosial Ekispert Komissiyasının üzvü Verdiyev Ramin Vaqif oğlu və onun qardaşı, Yardımlı Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Ceyhun Verdiyev dururlar. Bu adları çəkilən şəxslər hərəsi bir kəndə ezam olunub, tək-tək vətənsaşların mobil telefonlarına zəng edərək deyirlər ki, təcili təkrar komissiyadan keçməsələr, pensiyaları kəsiləcək. Qrupun rəhbəri də Rasim Əkbərovdur. Görəsən cənab Səlim Müslümovun 31 saylı TSEK sədrinin bu əməllərindən xəbəri varmı? Və yaxud da cənab Oqtay Şirəliyev Yarımlı RMX-nın baş həkiminin və əməkdaşlarının bu yönümdə fəaliyyətlərindən xəbərdardırmı?” Göründüyü kimi, Yardımlı səhiyyəsinin “aparıcı” simaları bu sahəni heç də inkişafa doğru aparmaq niyyətində deyillər. Artıq kütləvi hal almağa başlamış korrupsiya halları, müxtəlif maxinasiyalar Yardımlı səhiyyəsinə rəhbərlik edən şəxslərin adi fəaliyyət göstəricilərinə çevirilməkdədir. Rayonun icra orqanlarını təmsil edən bəzi məmurlar da bu işdə onlara yardımçı olurlar.
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənmək istərdik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Bu gün, 18:16 |
|
|
|
• Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Bu gün, 18:04 |
|
|
|
• “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Bu gün, 17:52 |
|
|
|
• Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Bu gün, 17:41 |
|
|
|
• AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Bu gün, 17:31 |
|
|
|
• “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Bu gün, 17:21 |
|
|
|
• Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Bu gün, 17:15 |
|
|
|
• Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Bu gün, 17:13 |
|
|
|
• "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Bu gün, 17:06 |
|
|
|
• Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Bu gün, 17:02 |
|
|
|
• Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Bu gün, 16:57 |
|
|
|
• “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Bu gün, 16:46 |
|
|
|
• Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Bu gün, 16:43 |
|
|
|
• Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Bu gün, 16:40 |
|
|
|
• Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Bu gün, 16:37 |
|
|
|
• Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Bu gün, 16:33 |
|
|
|
• Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Bu gün, 16:30 |
|
|
|
• “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Bu gün, 16:27 |
|
|
|
• Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Bu gün, 16:22 |
|
|
|
• Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Bu gün, 16:20 |
|
|
|
• Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Bu gün, 16:01 |
|
|
|
• Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:59 |
|
|
|
• Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Bu gün, 15:57 |
|
|
|
• Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Bu gün, 15:55 |
|
|
|
• Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Bu gün, 15:51 |
|
|
|
• Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Bu gün, 15:42 |
|
|
|
• 67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Bu gün, 15:41 |
|
|
|
• Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Bu gün, 15:33 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Bu gün, 15:31 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Bu gün, 15:27 |
|
|
|
• Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Bu gün, 15:23 |
|
|
|
• Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Bu gün, 15:10 |
|
|
|
• Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi - GƏLİŞMƏ
Bu gün, 15:08 |
|
|
|
• Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır - FOTO
Bu gün, 15:05 |
|
|
|
• Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər - FOTO
Bu gün, 15:04 |
|
|
|
• 32 nəfər sağdır, vəziyyəti ağır olanlar var
Bu gün, 14:50 |
|
|
|
• Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb
Bu gün, 14:34 |
|
|
|
• Faciə ilə bağlı YEKUN RƏQƏMLƏR... - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 14:20 |
|
|
|
• Paşinyan qəza ilə bağlı başsağlığı verdi - FOTO
Bu gün, 14:16 |
|
|
|
• Makronun Azərbaycan nifrətinin əsas SƏBƏBİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan erməni cəmiyyətini çaşdırır - Belə getsə, 2028-ci ilədək sülh sazişi imzalanmayacaq
Bu gün, 14:00 |
|
|
|
• Minlərlə manat yenə havaya sovrulub - AXI NİYƏ?..
Bu gün, 13:58 |
|
|
|
• Pilot niyə təyyarəni Xəzərə endirmədi? - Üç səbəb
Bu gün, 13:11 |
|
|
|
• Bu məktəbdə Yeni il şənliyi üçün 120 manat tələb olunur - Məktəbdənsə deyirlər ki...
Bu gün, 13:07 |
|
|
|
• Trampın pis avazı, 4 ölkəyə qarşı iddia - Bu gedişlə ABŞ “dünya jandarmı” olmaq istəyəcək
Bu gün, 13:04 |
|
|
|
• AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb - DİQQƏT!
Bu gün, 13:01 |
|
|
|
• Təyyarəmiz Qroznıya Ukrayna dronlarına görə ENƏ BİLMƏYİB? - AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb - məsələlər dövlət başçısının nəzarəti altındadır
Bu gün, 12:57 |
|
|
|
|