Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı .....                     AZAL-dan MATƏM PAYLAŞIMI .....                     “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” .....                     Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ .....                     Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib .....                     "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" .....                     Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... .....                     Təyyarə qəzasından sağ çıxan şəxs: .....                     “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü .....                     Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub .....                     Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı .....                     Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR .....                     Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ .....                     Sədri dəyişən metropolitendə nə dəyişəcək? .....                     “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” .....                     Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... .....                     Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var .....                     Matəm günündə dərs olacaq? .....                     Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? .....                     Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... .....                     Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər .....                     Sabiq deputatı Fərhad Qəribov vəfat edib .....                     Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... .....                     Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir .....                     Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır .....                     67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub .....                     Dekabrın 26-da Azərbaycanda matəm elan edilib .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər .....                     Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq .....                     Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib .....                     Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır .....                     Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi .....                     Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır .....                     Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər .....                     32 nəfər sağdır, vəziyyəti ağır olanlar var .....                     Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb .....                     Faciə ilə bağlı YEKUN RƏQƏMLƏR... .....                     Paşinyan qəza ilə bağlı başsağlığı verdi .....                     Makronun Azərbaycan nifrətinin əsas SƏBƏBİ .....                     Paşinyan erməni cəmiyyətini çaşdırır .....                 

Bura bazardır, yoxsa təhsil ocağı? - ŞİKAYƏT VAR
Tarix: 3-02-2016, 11:38 | Çap et
Bura bazardır, yoxsa təhsil ocağı?
Azərbaycan Universiteti ilə bağlı gedən yazılardan sonra qeyd olunan faktlarla bağlı təkrar müraciətlər oldu.

Valideynlər, tələbələr, universitetin əməkdaşları bizə təşəkkür edir və Azərbaycan Universitetində baş vermiş və hazırkı dövrdə davam edən bir çox neqativ hallar haqda bizə əlavə məlumatlar verdilər.

Övladı universitetin tələbəsi olan valideynin ünvanladığı məktubunda göstərilir ki, Azərbaycan Universitetinin 2008-ci ildən etibarən universitetə tələbə cəlb etmək üçün geniş şəkildə reklam etdiyi bakalavr və magistr hazırlığı üzrə ABŞ-ın Corciya Universiteti ilə birgə təhsil proqramı fırıldaqçılıqdan başqa bir şey deyil. Qeyd olunan proqram “Biznesin təşkili və idarə olunması” istiqamətində “Menecment”, “Marketinq”, “Maliyyə”, “Mühasibat uçotu”, “Dünya iqtisadiyyatı” ixtisasları üzrə ingilis dilli təhsili nəzərdə tutur. 2008-ci ildə ABŞ-in Corciya Universitetinin MakRobinson Collecinin bu ixtisaslar üzrə mütəxəssis hazırlığı proqramının (Bakalavr Bizness Administration-BBA proqramı) Azərbaycanda tətbiqi və tərəfdaş universitet kimi Azərbaycan Universitetinin çıxış etməsi haqda rəsmi təsdiq edilmiş təhsil proqramına əsasən bu proqrama daxil olan ixtisaslar üzrə tam kursu keçmiş tələbələrə həm ABŞ-ın Corciya Universitetinin, həm də Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Universitetinin ikili beynəlxalq səviyyəli diplomu verilir. Bu proqram üzrə ilk məzun buraxılışı 2012-ci ildə oldu. Lakin nə bu proqramın 2012-ci ildəki ilk buraxılışının, nə də sonrakı buraxılışlarının məzunlarının heç birinə beynəlxalq səviyyəli ikili diplom verilməyib. Məzunlara təqdim edilən diplomların yalnız Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunduğunu gördükdə bir istehlakçı kimi hüquqları pozulmuş tələbələr və onların təhsil haqqı ödəyən valideynləri haqlı narazılıqlarını bildirdilər. Axı bu proqrama daxil olan eyni ixtisaslar üzrə milli diplom verilən azərbaycan və rus bölmələrində bakalavr hazırlığı üzrə Azərbaycan Universitetinin müəyyən etdiyi təhsil haqqı 500 manat azdır. Bu məsələni aydınlaşdırmaq üçün 2008-ci ildən, yəni proqramın tətbiq olunduğu tarixdən etibarən TQDK-nın rəsmi saytı və rəsmi nəşr orqanı olan “Abituriyent” jurnalının əvvəlki illərdəki saylarında Azərbaycan Universiteti barədə məlumatları araşdırmağa başladıq. Həqiqətən də məktubda qeyd olunduğu kimi Azərbaycan Universitetinin ayrı-ayrı illərdə qəbul planında nəzərdə tutulan yerlərdə ingilis dilli BBA proqramına ayrılan yerlərə görə təhsil haqqının eyni ixtisaslar üzrə azərbaycan, rus bölmələrinə ayrılan yerlərə görə təhsil haqqından daha baha olduğunu gördük. Bəlli məsələdir ki, 4-5 il və bəzən daha artıq müddət ərzində beynəlxalq səviyyəli ikili diplom almaq ümidi ilə eyni ixtisaslar üzrə daha bahalı proqramı seçmiş tələbələr və onların valideynlərinin əlavə olaraq ödədikləri təhsil haqqları külli miqdarda vəsait təşkil edir. Belə olduğu halda Azərbaycan Universiteti məzunlara ya vəd etdiyi ikili diplomu təqdim etməli, ya da əlavə ödənilən təhsil haqlarını gerı qaytarmalıdır! Bizdə olan məlumatlara əsasən hazırkı dövrdə də universitetdə bu proqram üzrə təhsil alan tələbələr var. Reklamlarda və universitetin sabiq rektoru, hazırkı dövrdə isə özəl universitetin rəsmi təsisçisi kimi qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan dövlət məmuru-Vergilər Nazirinin Müşaviri Akif Musayev tərəfindən ağız dolusu təriflənərək vəd edilmiş ikili diplomun alınmasına isə nə əvvəlki illərdəki məzunlar, nə də gələcək məzunlar üçün heç bir ümid yoxdur.

BBA tələbələrinə niyə Corciya diplomu verilmir, yaxud onlardan yüksək təhsilhaqqının alınma səbəbi nədir?

Bəs ikili doplomun verilməməsi, öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Corciya Universitetinin azərbaycanlı tələbələrə diplom təqdim etməməsinin səbəbi nədir? Hansı səbəbdən bu proqram üzrə təhsil alan tələbələr Azərbaycan Universiteti tərəfindən vəd olunduğu kimi Corciya Universitetinə təhsil almağa göndərilmirlər? Axı onlar təhsilin iki ilini Azərbaycanda iki ilini isə ABŞ-da keçməli idilər. Bu proqram üzrə daha yüksək təhsil haqqı da bu səbəbdən müəyyən edilmişdi. Corciya Universiteti isə öz növbəsində rəsmi razılaşmaya uyğun olaraq güzəştli şərtlərlə azərbaycanlı tələbələrə təhsil xidmətləri təqdim etməli idi. Bu səbəbləri üzə çıxarmaq məqsədilə aparılan araşdırmalar nəticəsində çox təzadlı və maraqlı faktlar meydana çıxdı. Azərbaycan Universitetinin bu proqram üzrə təhsil alan heç bir tələbəsi universitet tərəfindən təhsilinin iki ilini Corciya Universitetində keçmək üçün göndərilməyib. Tək-tük tələbələr bir tədris ilindən də çox qısa müddətə Corciya Universitetinə göndərilsə də onların heç biri məlum səbəbdən sertifikat belə ala bilməyib.

Araşdırmalar nəticəsində məlum olur ki, bu beynəlxalq proqram bir sıra MDB məkanı ölkələrində tətbiq olunub və bəzi hallarda müvəffəqiyyətsizliyə uğrayıb, bir sıra problemlərlə üzləşib (məsələn, qonşu Gurcustanda). Bu proqram üzrə tam kursu bitirən tələbələrə Corciya Universitetinin Mak Robinson Kollecinin verdiyi sertifikat bakalavr dərəcəsini təsdiq edən rəsmi sənəd-diplom sayıla bilərmi?! Keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Respublikada göbələk kimi meydana çixan özəl universitetlərin yaradılması və fəaliyyətinin tənzimlənməsi məsələləri ilə məşğul olan Təhsil Nazirliyinin müvafiq struktur bölməsinə elə həmən dövrlərdə uzun müddət ərzində rəhbərlik edən Akif Musayev təcrübəli təhsil işçisi olaraq ölkəmizdə texnikum və orta ixtisas təhsilinə uyğun gələn dar ixtisaslı sahə üzrə tələbələrə hətta diplom deyil, sadə kurs kimi sertifikat verən Kollec proqramının Azərbaycan Universitetinin bakalavr və magist hazırlığı proqramı ilə necə eyniləşdirərək rəsmən təsdiq etdirə bilib?

2008-ci ildə bu proqram Akif Musayevin təşəbbüsü ilə Azərbaycan Universitetində tətbiq edilməyə başlayır. Məlum səbəblərdən adının gizli qalmasını istəyən universitetin müəllimlərindən biri məktubunda daha sonra yazır: “Bir necə ildir Azərbaycan Universitetində işləyirəm. Universitetdə əvvəllər xüsusi fənn monopoliyası şəbəkəsi yaradılmışdı. Müəyyən fənnlər yalniz rəhbərliyə yaxın olan və qohum-əqrəba, dost tanışlar vasitəsilə gəbul edilən konkret müəllimlərə təhkim olunurdu. Lazım olanda müəyyən tələbələr semestr imtahanları və kəsrlərdən (akademik borclar) bu müəllimlərin vasitəsilə keçirilirdi. 2011-ci ildən sonra Universitetə yeni inzibati kadrlar və müəllimlərin gəlişi ilə bu şəbəkə universitetin daxilindəki sağlam, əvvəlki şəffaflığı bərpa etməyə çalışan qüvvələrin cəhdləri ilə dağılmağa başladı. Monopoliyada olan fənnlər universitetə yeni cəlb edilən elmi dərəcəli və müvafiq sahələr üzrə ixtisaslaşmış peşəkar kadrlara təhkim edilməyə, savadı və peşəkarlıq səviyyəsi aşağı olan, zəif biliyə malik olan tələbələrə himayədarlıq edən müəllimlər isə tədris prossesindən və universitetdən uzaqlaşdırılmağa başladı. Fənnlərin monopoliyasının dağıldığını görən şəbəkə üzvləri gəlirlərinin qarşısının kəsildiyini hiss etdikdə hər vasitə və yollarla bu tədbirlərə qarşı çıxırdılar. Fərid Əhmədov rektor təyin edildikdən sonra bu monopoliya yenidən bərpa edilməyə başladı. Yaxın günlərdə Azərbaycan Universiteti ilə bağlı mətbuatda çıxan məqalələrə cavab olaraq Fərid Əhmədov verdiyi müsahibədə qeyd edir ki, müəllimlərin ixtisaslaşması, məsuliyyətsiz və qeyri-peşəkar, işi bilməyən dekanların, inzibati işçiləri işdən uzaqlaşdırılması ilə universiteti inkişaf etdirmək istəyir.

Hörmətli redaksiya, Fərid Əhmədovun müsahibəsində qeyd etdiyi dekanlıq işini bilməyən, işdən azad etdiyi “bacarıqsız” dekanlar təhsil və elm sahəsində uzun illər təcrübəsi olan əslən Şuşalı və Qarabağ veteranı, elmlər namizədi, dosent Akif Əlizadə və 15 ildən yuxarı Azərbaycan Universitetində dekan, kafedra müdiri, prorektor vəzifələrini icra etmiş elmlər namizədi, dosent Mahir Talışlıdır.

Kəsri olan və zəif biliyə malik olan tələbələrin müəllimin “yola verməsində” marağının nədən ibarət olması maraqlı sualdır. Rektorun müəllimin bu əməllərinə şərait yaratmasının səbəbləri və əsl niyyətlərinin nədən ibarət olması isə bundan da maraqlı sualdır. Bütün bunlar “universitetdə rüşvət alan kadrları işdən uzaqlaşdıran” rektorun sözləri ilə əməlləri və əsl niyyətləri arasında çox böyük uyğunsuzluğun olduğunu göstərir. İxtisaslaşmadan, tədrisin keyfiyyətindən ağız dolusu danışan Fərid Əhmədov belə bir müəllimə ixtisasına uyğun olmayan fənni necə verib?

Keçmiş məhkəmə işçisi “cinayətləri” bilirdisə niyə susurdu?
Eyni zamanda Fərid Əhmədov öz müsahibəsində də müvəffəqiyyətlərindən xeyli danışsa da, Oksford Universitetindən fəlsəfə doktoru diplomunu alıb-almadığı haqda məlumat vermir. Müsahibəsində rəsmi olaraq etiraf etdiyi kimi, öz xoşu ilə işdən getməsi barədə ərizə yazması tələblərinə əməl etməyən və bundan sonra işdə yol verdiyi ciddi nöqsanalra görə ağır maddə ilə işdən çıxarılan dekan Elçin Rəşidovdur. İnsan hüquqları sahəsində ixtisaslaşmış hüquqşünas Fərid Əhmədovun nəzərinə çatdırırıq ki, istənilən işçiyə belə şəkildə təzyiq göstərmək özü cinayətdir. Əgər siz, hörmətli cənab rektor təşkilatınızda inzibati vəzifə tutan şəxslərin müsahibənizdə qeyd etdiyiniz kimi, işində ciddi nöqsanlar buraxdığını və hətta rüşvət alması hallarını aşkarlamısınızsa nə səbəbdən prokurorluğa müraciət edib bu şəxslərin barəsində cinayət işi qaldırmırsınız? Bu şəxslər öz ərizələrinə əsasən işdən azad olunduqda onların törətdikləri əməllərə görə kim cavab verir? Bu şəxslərin əməllərini işdən azad olma haqda ərizə yazdırmaqla ört-basdır edərək universitetdən uzaqlaşdırdığınızı KİV-də açıq şəkildə etiraf edirsiniz. Bizdə olan məlimatlara əsasən Elçin Rəşidov Amerikada təhsil almış, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri vəzifəsini icra etmiş, dünyanın aparıcı universitetləri və alimləri ilə geniş əlaqələrə malik olan istedadlı gənc ziyalıdır. Oksfordda fəlsəfə doktoru dissertasiyasını müdafiə edən ilk və yeganə azərbaycanlı, xarıcı alimlərlə əlaqələri ilə, çoxsaylı məhşur tələbələri ilə öyünən, amma nədənsə hələ də xarici fəlsəfə diplomunu təqdim edə bilməyən Fərid Əhmədovun diqqətinə təkcə bir faktı çatdırmaq istəyirik: Amerikada təhsil aldığı universitetdə Elçin Rəşidovun müəllimləri olmuş Nobel Mükafatı laureatları məhz istedadlı tələbələrinin dəvəti ilə bir neçə il əvvəl, ölkəmizin tarixində ilk dəfə olaraq onun neftindən əldə olunan gəlirlər əsasında təsis edilmiş bir fonddan aldıqları mükafatın maddi vəsaitlərinin formalaşması mənbəyinin beşiyi olan ölkəyə - Azərbaycana təcrübələrini bölüşməyə gəliblər”.

Müəllimlərlə xidməti müqavilə bağlanır...

Daha sonra universitet əməkdaşı məktubunda qeyd edir ki, müsahibəsində yarım ştat müəllimləri universitetə tam ştata işə cəlb etmək istəyən Fərid Əhmədov tam ştata uyğun illik dərs yükü olan və ərizə ilə rektora müraciət edib universitetə tam ştata gəlmək istəyən müəllimlərlə belə yanvar ayının sonunadək xidməti müqavilə bağlayıb. Digər müəllimlərin bir çoxu ilə də dərs ili 15 sentyabrda başlamasına baxmayaraq oktyabr ayının sonunda bağladığı xidməti və hətta əmək müqavilələrini yanvar ayının sonunadək bağlayıb: “Halbuki mənə və mənim müəllim həmkarlarımın əksəriyyətinə bu tədris ilinin sonu, yəni may ayının sonunadək illik rəsmi təsdiq olunmuş dərs yükü təqdim edilmişdir. Bəs bizim yanvardan iyunadək olan dərs yükümüz niyə nəzərə alınmayıb? Bunun səbəbi isə bizim yanvardan sonrakı ikinci semestrdə olan dərs yükümüzün bizdən alınıb fənn monopoliyası şəbəkəsinin müəllimlərinə, yəni “yola verən” müəllimlərə verilməsidir. Universitetdə Fərid Əhmədovun yeni təyin etdiyi işə gəlməyən, məsuliyyətsiz, “işi bilən”, rektorun cavanlaşdırma tədbirləri çərçivəsində xüsusilə etimad göstərdiyi cavan (75 yaşlı) kafedra müdirləri artıq müqavilə müddəti bitmiş, müxtəlif yollarla sıxışdırılıb işdən çıxardılan, rektor Fərid Əhmədovun maraqlarına uyğun gəlməyən obyektiv müəllimlərin fənnlərini fənn monopoliyası şəbəkəsi müəllimlərinə yenidən qaytararaq dərs ilinin ortasında qeyri-qanuni təkrar dərs bölgüsü aparırlar. Bəlli məsələdir ki, Akif Əlizadə və Mahir Talışlı kimi dekanlar öz fakultələrində belə saxta dərs yükü bölgüsünü təsdiq etməzdilər. Nəzərinizə çatdırmaq istəyirik ki, onlar universitetin tam ştat işçiləridirlər. Qeyd edək ki, Fərid Əhmədov müsahibəsində işçiləri güya tam ştata cəlb etmək məqsədilə xidməti müqaviləyə keçirdiyini desə də reallıqda onun yeni təyin etdiyi dekan və kafedra müdirləri başqa yerlərdə tam ştatdadırlar, Azərbaycan Universitetində isə yarım ştat və əvəzçıliklə məsuliyyəti kifayət qədər ağır olan inzibati vəzifələrə təyin ediliblər. Hətta bu şəxslərin bəzilərinə universitetin yarım ştat işçisi olduqları halda bir neçə inzibati vəzifənin icrası həvalə edilib. Bu isə əmək qanunvericiliyinə ziddir.

Bizim haqq səsimizi ictimaiyyətə çatdırdığınıza görə çox böyük təşəkkür edirik. Bu universitetdə təhsil alanlar bizim gələcəyimiz-azərbaycan xalqının balalarıdır. Son ümidimizi sizə bağlamışıq. “Əxlaqsızlıq” sözü cəmiyyətdə söyüş söyən, cəmiyyət üzvlərinə qarşı açıq-aşkar hörmətsizlik edən, nalayiq hərəkətlərə yol verən insanlara aiddir. Rektor bunu rəhbərlik etdiyi təhsil müəssisəsində təhsil alan və təhsil verənlərə qarşı KİV-də açıq-aşkar şəkildə işlədirsə, bu, həm müəssisəyə, həm tələbələrə, həm də müəllimlərə qarşı təhqirdir. Təhqir isə cinayətdir”.

Fəxrəddin Məhərrəmov nəyin qurbanı olub?

Daha sonra məktubda qeyd edilir ki, rektorun işçilərin hüquqlarını pozması və onun əlaltılarının kollektivdə yaratdığı qeyri-sağlam mühit, universitetdə baş verən yuxarıda qeyd olunan digər neqativ hallar barəsində Həmkarlar İttifaqı Komitəsinin sədri Fəxrəddin Məhərrəmova məlumat verilib: “Lakin onun özü işçilərin hüquqlarını müdafiə etdiyi, rektorun qanunsuz əməllərinə qarşı çıxdığından Fərid Əhmədovun və onun universitet rektoru vəzifəsinə namizədliyini irəli sürən təsisçilərdən bəzilərinin maraqlarına uyğun gəlmədiyi üçün xəstəliklə bağlı məzuniyyətdə olduğu müddətdə qanunsuz işdən çıxarılıb. Onun yerinə qeyri-qanuni təyin edilmiş, əvvəllər universitetin Həmkarlar İttifaqı Komitəsinin üzvü olmayan rektorun yaxın dostu və həmyerlisi isə qanunsuzluqları ört-basdır etməklə məşğul olur”.

Fəxrəddin Məhərrəmovla əlaqə saxladıq və o da universitet əməkdaşlarının məktublarında göstərdikləri faktları təsdiq etdi: “İşçilərin adlarının gizli saxlanilması istəklərinin səbəblərini çox yaxşı başa düşürəm. Onlar rektorun təqiblərindən ehtiyat edirlər. Əgər işçilərin hüquqlarını müdafiə edən müstəqil təşkilatın rəsmi nümayəndəsi olduğum halda mənə qarşı qərəzli mövqe tutularaq qeyri-qanuni işdən çıxarılıramsa, sadə işçılərə qarşı hansı əməllər törədildiyini təsəvvür edin. İşçilər tərəfindən sizə təqdim olunan sənəd, foto, video görüntüləri isə danılmaz faktlardır, və onların haqlı olduğunu bir daha sübut edır. Bu faktları isə heç bir şəkildə inkar etmək olmaz. Ümumiyyətlə, universitet əməkdaşları, tələbələr və valideynlərin redaksiyanıza göndərdikləri məktublarında yazdıqları orada reallıqda baş verən neqativ, qeyri-qanuni halların çox kiçik bir hissəsini əks etdirir”.

Universitetin tələbələri də redaksiyamıza fənnin keyfiyyətsiz tədrisi, dərsə gəlməməsi və məsuliyyətsizliyinə görə tələbələrin imtina etdiyi tədris hissə müdiri Ədalət Əliyevin dəyişdirilməsi haqda tələbə yoldaşlarının rəhbərliyə ünvanladıqları ərizənin surətini təqdim ediblər. (Xəzərnews )

Bura bazardır, yoxsa təhsil ocağı?
Bura bazardır, yoxsa təhsil ocağı?
Bura bazardır, yoxsa təhsil ocağı?
Bura bazardır, yoxsa təhsil ocağı?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Bu gün, 17:41
AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Bu gün, 17:31
“Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Bu gün, 17:21
Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Bu gün, 17:15
Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Bu gün, 17:13
"Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Bu gün, 17:06
Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Bu gün, 17:02
Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Bu gün, 16:57
“Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Bu gün, 16:46
Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Bu gün, 16:43
Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Bu gün, 16:40
Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Bu gün, 16:37
Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Bu gün, 16:33
Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Bu gün, 16:30
“İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Bu gün, 16:27
Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Bu gün, 16:22
Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Bu gün, 16:20
Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:19
Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Bu gün, 16:01
Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:59
Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Bu gün, 15:57
Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Bu gün, 15:55
Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Bu gün, 15:54
Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Bu gün, 15:51
Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Bu gün, 15:42
67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Bu gün, 15:41
Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Bu gün, 15:33
AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Bu gün, 15:31
Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Bu gün, 15:27
Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Bu gün, 15:23
Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Bu gün, 15:10
Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi - GƏLİŞMƏ
Bu gün, 15:08
Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır - FOTO
Bu gün, 15:05
Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər - FOTO
Bu gün, 15:04
32 nəfər sağdır, vəziyyəti ağır olanlar var
Bu gün, 14:50
Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb
Bu gün, 14:34
Faciə ilə bağlı YEKUN RƏQƏMLƏR... - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 14:20
Paşinyan qəza ilə bağlı başsağlığı verdi - FOTO
Bu gün, 14:16
Makronun Azərbaycan nifrətinin əsas SƏBƏBİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
Paşinyan erməni cəmiyyətini çaşdırır - Belə getsə, 2028-ci ilədək sülh sazişi imzalanmayacaq
Bu gün, 14:00
Minlərlə manat yenə havaya sovrulub - AXI NİYƏ?..
Bu gün, 13:58
Pilot niyə təyyarəni Xəzərə endirmədi? - Üç səbəb
Bu gün, 13:11
Bu məktəbdə Yeni il şənliyi üçün 120 manat tələb olunur - Məktəbdənsə deyirlər ki...
Bu gün, 13:07
Trampın pis avazı, 4 ölkəyə qarşı iddia - Bu gedişlə ABŞ “dünya jandarmı” olmaq istəyəcək
Bu gün, 13:04
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb - DİQQƏT!
Bu gün, 13:01
Təyyarəmiz Qroznıya Ukrayna dronlarına görə ENƏ BİLMƏYİB? - AÇIQLAMA
Bu gün, 13:00
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb - məsələlər dövlət başçısının nəzarəti altındadır
Bu gün, 12:57
AZAL sərnişinlərin siyahısını açıqladı
Bu gün, 12:55
Azərbaycanda diplomu tanınmayan universitetlərin siyahısı AÇIQLANDI
Bu gün, 12:48
Etibarsız “ELVİ.M.M. SERVİCES GROUP” MMC-yə 2,7 milyon manatı kimlər və necə etibar etdilər - İLGİNC FAKTLAR...
Bu gün, 12:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru