İcra başçıları üçün çətin mərhələ... - 6 rayonda durum acınacaqlıdır...
Tarix: 7-12-2015, 10:59 |
Çap et
DİA.AZ: - "Bir neçə rayonun icra başçısı əməlli-başlı sıxıntı içindədir". Bu barədə məlumatı DİA.AZ-a hökumətdəki mötəbər mənbə verib.
Xəbəri verən qaynağın bilgilərinə görə, konkret olaraq 6 rayonun icra hakimiyyəti rəhbəri yola salmaqda olduğumuz ilin yekin hesabatını yuxarı instansiyalara təqdim etməkdə çətinlik çəkir.
Mənbə diaaz.space-a bildirir ki, Ağsu, Gədəbəy, Ağdam, Quba, Göyçay, Beyləqan və Astara rayon başçıları daha çətin durumda olanlarıdır.
Mənbənin diaaz.space-a spylədikləri: "Həmin 6 rayonda ciddi maliyyə kəsirləri var. Ona görə də hesabat sənədlərinin hazırlanmasında ciddi problem var. Bakıda kimsə saxtakarlığa göz yummadığından başçılar əlavə yollar axtarmaqda, vəziyyətdən çıxmağa çalışmaqdadırlar. Ola bilsin ki, bu mərhələdə sərt cəzalar tətbiq olunsun.
Niyə də olmasın ki? Əgər Eldar Mahmudov, Cahangir Zeynalov, Əli Abbasov kimi oliqarxlar "vurulursa", hansısa xırda başçının şıltaqlılqlarına göz yumulmasını gözləmək doğru deyil. Dövlətin pulunu yeyənlərin hesabat vermə zamanı olduğundan həbslər belə mümkündür"...