Daha bir dövlət qurumunda nəhəng korrupsiya şübhəsi – 35-40 milyon manatlıq müəmma
Tarix: 18-11-2015, 09:06 | Çap et
Noyabrın 15-dən etibarən Azərbaycanda qış rejiminə keçid edilsə də, Bakıda mənzillərə istilik verilməsi ilə bağlı ciddi problemlər ortaya çıxıb. Hazırda paytaxtın bir neçə yerində sakinlər evlərində istiliyin olmamasından narazılıq edirlər.
Artıq vətəndaşların narazılığı KİV-ə də sızır. Son iki gündə bir çox mətbuat orqanlarında cavabdeh quruma - "Azəristiliktəchizat" ASC-yə qarşı şikayətlər yer alıb.
Qaynar.info-nun məlumatına görə, hələ 20 gün öncə "Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev qurumun qışa tam hazır olduğunu bildirib. İstilik təchizatlarının yoxlanılması prosesinin yekunlaşıb-yekunlaşmaması barədə danışarkən R.Əliyev hər şeyin qaydasında olduğunu və qış mövsümünə tam hazır olduqlarını deyib. Sitat: "Biz demək olar ki, aprelin 15-də istilik mövsümü bitərkən bütün xətlərimizi yoxlamışıq. Harada sıradan çıxan yaxud da ki, qış mövsümündə problem yarada biləcək hissələr vardısa onlarda əsaslı təmir işlərini aparıb başa çatdırmışıq. Yəni ”Azəristiliktəchizat"ın elə də bir ciddi problemi yoxdur".
Amma qış rejiminə keçidin ilk iki günündə yaranan mənzərə ASC rəsmisinin dediklərinə şübhə ilə yanaşmağa əsas verir. Eyni zamanda qarşıdakı qış aylarında Bakı sakinlərini istilik sarıdan ciddi sınaq gözlədiyinə dair ehtimalları qüvvətləndirir. Əvvəlki illərdə olduğu kimi!
Qaynar.info-nun araşdırmasına görə, təkcə 2012-ci ilin dövlət büdcəsində istilik sistemi üzrə yaranan zərərin ödənilməsi, istilik sistemi və təczihatı obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat vəsait ayrılıb. 2011-ci ildə isə bu məqsədlə ayrılan vəsait 19 milyon manat olub. 2005-2010-cu illərdə isə istilik sisteminə üst-üstə təxminən 77 milyon manat ayrılıb.
Başqa bir hesablamaya görə, 2008-2013-cü illərdə dövlət büdcəsindən istilik sisteminə 112 milyon manat vəsait ayrılıb. İnvestisiya xərclərində isə 2007-2013 illər üçün 109 milyon manat yönəldilib. Üst-üstə yaranan 220 milyon manata qədər vəsait bu sahənin inkişafı üçün böyük məbləğdir.
Son illərdə də Azərbaycanda, o cümlədən, paytaxt Bakıda istilik sisteminin yenidən qurulmasına və təmirinə on milyonlarla manat ayrılmaqda daavm edib. İstilik sisteminin bərpasına il ərzində 35-40 milyon manat yönəldilir.
Bununla belə, Bakı da daxil olmaqla, ölkə boyu vətəndaşların qış aylarında istilik sarıdan ciddi problemlər yaşaması yalnız bir ehtimalı qüvvətləndirir: "Azəristiliktəchizat” ASC-də ayrılan büdcə pullarının şəffaf şəkildə, təyinatı üzrə xərclənməsi şübhə altındadır.
Əks halda külli miqdarda dövlət vəsaitinin yönəldildiyi istilik sistemi niyə qış rejiminə keçidin ilk günündəcə vətəndaşların narazılıqlarına səbəb olsun?!
Əslində bu şübhə ötən il rəsmi təsdiqini tapmışdı: məlum olmuşdu ki, adıçəkilən ASC əhaliyə mənzillərin qızdırılması ilə bağlı normal xidmət göstərmədiyi halda, büdcədən mənimsədiyi vəsait milyonlarladır. Belə ki, Hesablama Palatasının 2013-cü il üzrə apardığı audit zamanı ASC-də 1,2 milyon manatlıq korrupsiya fakt üzə çıxarıldı. Həmin nəhəng məbləğin 35,7 min manatı ayrılan subsidiyalardan mənimsənilib. Qalan yeyinti isə təmir-tikinti xərcləmələrində baş verib.
Daha bir xatırlatma: hələ 2012-ci ilin dekabrında deputat Adil Əliyev Milli Məclisin iclasındakı çıxışında millət vəkili seçildiyi Nərimanov rayonunda 200 binanın istiliksiz qaldığını söyləmiş və əlavə etmişdi: "Bu səhər insanlar məni işə gəlməyə qoymiurdular. Onlar evlərində soyuqdan donurlar. "Azəristiliktəchizat” ASC-yə böyük həcmdə vəsait ayrılsa da, ortada iş yoxdur. Qərargahımın qarşısına insanlar toplaşırlar, ora gedə bilmirəm. Dəfələrlə rəsmi müraciət etmişəm, nəticə yoxdur. "Azəristiliktəchizat” ASC ilə bağlı Hesablama Komitəsinə də müraciət edəcəyəm. Əgər problem yeni olsaydı, susmaq olardı. Bu problem illərdir davam edir”.
O vaxt YAP-dan olan deputat Siyavuş Novruzov həmkarını dəstəkləmış, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə məsələnin araşdırılacağını bildirmişdi.
Adil Əliyev bununla da kifayətlənməmiş, Yaşar Həsənovun sədri olduğu "Azəristiliktəchizat” ASC-dən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşdığını açıqlamışdı.
Amma belə görünür, hətta Milli Məclis səviyyəsində müzakirələr də adıçəkilən ASC-nin öz fəaliyyətində müsbət dönüş yaratmasına gətirib çıxarmayıb. "Azəristilik” hələ də "korrupsiya tavasında” YANAN MİLYONLARLA MANAT sayəsində DONAN MİNLƏRLƏ AİLƏ-nin narazılıq və şikayətlərinin əsas ünvanlarından biri olaraq qalır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəlib - FOTO
Bu gün, 01:12 |
|
|
|
• "Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb..." - prezident İlham Əliyev
Bu gün, 00:44 |
|
|
|
• Mən fala baxaraq "qorxmayın" demirəm... – Yetirmişli
Dünən, 12:17 |
|
|
|
• Rusiyanın ali şamanı 2025-ci il üçün proqnoz verdi: Nə gözlənilir? - "Biz çoxlu taxıl yığacağıq..."
Dünən, 12:00 |
|
|
|
• Yunanıstan və Cənubi Kiprdən Türkiyəyə qarşı plan: - Suriya ilə bu müqavilə imzalansa...
Dünən, 11:14 |
|
|
|
• Məşhur müğənni silahdan atəş açaraq mahnı oxudu - VİDEO
Dünən, 11:01 |
|
|
|
• Bu il vəzifəyə təyin olunan və azad edilən məmurlar… - SİYAHI
Dünən, 10:57 |
|
|
|
• Aktaudakı qəza sübut edir ki, Rusiya... - Şolts
Dünən, 10:47 |
|
|
|
• Rusiyada neft bazası PUA hücumuna məruz qalıb - TASS
Dünən, 10:45 |
|
|
|
• Rusiya Paşinyanın müxalifətini niyə həbsdə saxlamadı? - İLGİNC
Dünən, 10:41 |
|
|
|
• Nə evini, nə də ödədiyi pulunu geri ala bilmir... - NARAZILIQ VAR...
Dünən, 10:37 |
|
|
|
• "Bu, siyasi iradə və xalqımıza sədaqət nümunəsi idi..." - deputat
Dünən, 10:28 |
|
|
|
• Kiyev raketlə vuruldu: - Əhaliyə çağırış
Dünən, 10:24 |
|
|
|
• Borçalıdakı soydaşlarımız AYAĞA QALXDI: Gürcü xüsusi təyinatlıları ilə toqquşma - kəndə polis YERİDİLDi
Dünən, 10:20 |
|
|
|
• Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib
Dünən, 10:18 |
|
|
|
• Rusiyanın qaçacaq yeri... YOXDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:36 |
|
|
|
• Putinin Əliyevə zəngi: 25 illik hakimiyyətində ilk dəfə bunu etdi - İNCƏLƏMƏ
Dünən, 09:32 |
|
|
|
• Sədərək gömrüyündə Qarabağ qazilərinin 300 manatına TAMAH SALDILAR - BU NƏDİ BELƏ?
Dünən, 09:30 |
|
|
|
• Azərbaycanda məktəblər 12 illik olacaq? - Müəllim, dərslik, valideyn problemi
Dünən, 09:12 |
|
|
|
• “Rusiya 2024-cü ilimizi qanqaraçılıqla yekunlaşdırdı...” - Etibar Məmmədov
Dünən, 09:04 |
|
|
|
• Hacı Qurban vergi borcundan qurtula bilmir, 200 min AZN ödəsə də... - DETALLAR
Dünən, 09:02 |
|
|
|
• "Ortada olan təkzibedilməz fakt ondan ibarətdir ki..." - deputat
Dünən, 08:58 |
|
|
|
• "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru artıq MÜDAFİƏSİZ QALIB... - Görünəni odur ki...
Dünən, 08:54 |
|
|
|
• Rusiya bu dəfə bacarmadı... - Çünki qarşısında güclü və qüdrətli dövlət var...
Dünən, 08:40 |
|
|
|
• Elçin Quliyev generalı özünə müşavir təyin etdi - ƏMR
Dünən, 08:38 |
|
|
|
• Azərbaycan Kadırovun qardaşı oğlunu beynəlxalq axtarışa verir? – Həmzəti bu cəza gözləyir
Dünən, 08:32 |
|
|
|
• Aeroportda qızılla tutulan şəxs, görün, hansı məşhur məmurun qardaşı oğlu imiş - FOTO
Dünən, 08:29 |
|
|
|
• Azərbaycanın Suriyaya yardımı... - BU, ÇOX CİDDİ HADİSƏDİR...
Dünən, 08:25 |
|
|
|
• Paşinyanın keçmiş partiyadaşları ona qarşı birləşirlər - KİV
Dünən, 08:21 |
|
|
|
• Colaninin kostyumundan sonra ayaqqabıları da gündəmdə olub - FOTO
Dünən, 00:21 |
|
|
|
• Rusiyada müvəqqəti yaşayan soydaşlarımız üçün BƏD XƏBƏR - 4 ay vaxtları var...
Dünən, 00:18 |
|
|
|
• "Putin ilin ən uğursuz adamıdır" - "Politico Playbook"
Dünən, 00:13 |
|
|
|
• Vəzifəli şəxs Bakı aeroportunda külli miqdarda qızılla tutuldu - TƏFƏRRÜAT
Dünən, 00:08 |
|
|
|
• Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür - BAYRAMIMIZ MÜBARƏK!
Dünən, 00:03 |
|
|
|
• Azərin şikayəti rədd edildi - Zəhra ev dustaqlığına buraxıldı
30-12-2024, 18:43 |
|
|
|
• Rusiya Suriyaya buğdanı bazar qiymətindən 50 faiz baha satırmış – Şirkət rəhbəri açıqladı
30-12-2024, 18:39 |
|
|
|
• Putin Bastrıkini Qroznıya göndərdi: Əsas sual budur! - GƏLİŞMƏ
30-12-2024, 18:37 |
|
|
|
• Bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi müddəti başa çatıb - DİQQƏT
30-12-2024, 18:35 |
|
|
|
• Təyyarə qəzasında həlak olan ekipay üzvlərinin qəhrəmanlığına layiqli qiymət verildi - İsrafil Kərimovun yazısı
30-12-2024, 15:44 |
|
|
|
• “Ermənistanın varlığı təhlükə altındadır” - Abramyan
30-12-2024, 13:22 |
|
|
|
• Tanınmış aktyor Türkiyədən Azərbaycana ekstazi keçirilməsini təşkil etməkdə şübhəli bilinir - TƏFƏRRÜAT
30-12-2024, 13:13 |
|
|
|
• AZAL Bakı-Aktau reysi ilə bağlı açıqlama yayıb - DİQQƏT
30-12-2024, 13:12 |
|
|
|
• Cənubi Koreya təyyarəsində sərnişinin son mesajı: - SON SÖZLƏRİMDİR...
30-12-2024, 12:38 |
|
|
|
• Qroznıdan olan dispetçer AZAL təyyarəsinin qəzası barədə danışıb - açıq SƏRSƏMLƏMƏ
30-12-2024, 12:35 |
|
|
|
• "Ukrayna" dairəsində əvvəlkindən daha çox tıxac var - "Qaş düzəldərkən göz çıxarmaq"...
30-12-2024, 11:26 |
|
|
|
• Hakim Elnur Rzayev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib - NARAZILIQ VAR...
30-12-2024, 11:20 |
|
|
|
• 2024-cü ildə Rusiya 2800 kv.km ərazini işğal etdi: - Yeni ərazilər üç Kiyev şəhərinə bərabərdir
30-12-2024, 11:13 |
|
|
|
• Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib - FOTO
30-12-2024, 10:47 |
|
|
|
• AZAL xüsusi məlumat YAYDI - DİQQƏT
30-12-2024, 10:40 |
|
|
|
• Əmrullayevin BOŞ BURAXDIĞI SAHƏ: "3 ay ərzində ingilis dilini öyrədirik" adıyla fırıldaq... - Daha bir xanımın pulunu "ələ keçiriblər"
30-12-2024, 10:36 |
|
|
|
|