Baydendən növbəti əfv qərarı .....                     4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında .....                     “Xəstəliyində yanında olmadığım üçün peşmanam” .....                     “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" .....                     Vəzifəli şəxs hamamda yıxılıb öldü .....                     Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? .....                     Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? .....                     Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin .....                     Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb .....                     Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? .....                     Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq .....                     Əmək pensiyasının minimum məbləği .....                     Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib .....                     Müharibə və qırğınlar dayanmayacaq… .....                     Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: .....                     “Benzində su olmur axı...” .....                     Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: .....                     Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... .....                     Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi .....                     Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət .....                     "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum" .....                     Əsədi devirən “türk” MOSSAD agentidir? .....                     Ərinin öldürdüyü plastik cərrahla bağlı .....                     Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... .....                     Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… .....                     Cənubi Qafqazda yeni savaş təhlükəsi .....                     Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR .....                     Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? .....                     İran Azərbaycanı təbrik etdi: .....                     Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər .....                     “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi .....                     Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” .....                     Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb .....                     AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır .....                     “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” .....                     ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib .....                     Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib .....                     “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! .....                     “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” .....                     Putin yenə darıxmağa başlayarsa... .....                 

Heydər Əsədovun işi çətindir: Hətta baytarlıq xidmətinin rəisini belə dəyişə bilmir - KTN-də ikitirəlik...
Tarix: 6-03-2015, 15:33 | Çap et
Heydər Əsədovun işi çətindir: Hətta baytarlıq xidmətinin rəisini belə dəyişə bilmir
Ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsinə göstərilən diqqət və qayğı göz qabağındadır. Dövlət büdcəsindən hər il Kənd Təsərrüfatı Nazirliyinə (KTN) ayrılan irihəcmli vəsaitlər bunun bariz nümunəsidir. Dövlət bölgələrdə kənd təsərrüfatı sektorunun inkişaf etməsində və fermerlərin rahat şəkildə fəaliyyət göstərməsində maraqlıdır. Kənd təsərrüfatı sahəsinə ayrılan böyük diqqət baytarlıq tədbirlərinin həyata keçirilməsində də aydın şəkildə nəzərə çarpır. Belə ki, dövlət büdcəsindən hər il baytarlıq tədbirlərinin, yəni heyvanlar arasında xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə dövlət büdcəsindən KTN yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) külli miqdarda vəsait ayrılır.

Xidmətin illik xərcləri isə təxminən, 20-30 milyon arasında dəyişir. Ki, bu da kifayət qədər böyük rəqəmdir. Dövlətin göstərdiyi qayğıya baxmayaraq, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Siyalə Rüstəmova və qurumun yerli idarələrində rəhbər vəzifə tutan şəxslər işlərinə lazımi səviyyədə məsuliyyət göstərmirlər. Bu gün xidmətin yerli idarələrinin bir çoxunda qanunsuzluq baş alıb gedir, baytar həkimlər mal-qara təsərrüfatı ilə məşğul olan, habelə ət kəsimi məntəqəsi işlədən şəxslərə süni problemlər yaradırlar. Xatırladaq ki, Siyalə Rüstəmova zona müşavirələrindən birində bu sahədə mövcud olan saxtakarlıq hallarını özü də etiraf edib. O qeyd edib ki, son vaxtlar regionlardan mərkəzə bir sıra şikayətlər daxil olub: "Bu isə müəyyən boşluqların olmasına dəlalət edir. Məhz bu problemlərin həlli istiqamətində yeni komissiya yaradılacaq. Bizə məlumdur ki, yerlərdə bəzi baytar həkimlər müəyyən saxtakarlıqlara yol verir. Bütün bu faktları araşdıracağıq və lazımi nəticə çıxarılacaq". Xidmət rəisi bu halların araşdırılacağını bildirsə də, bu sahədə hələ ki, heç bir irəliləyiş əldə olunmayıb. Əksinə, bölgələrdə iribuynuzlu və xırdabuynuzlu mal-qara arasında xəstəliyə yoluxma halları xeyli artıb. Məlumatlı şəxslərin redaksiyamıza ötürdüyü informasiyaya görə, Siyalə Rüstəmova və yerlərdəki kadrlarının özbaşına hərəkətləri nəticəsində regionların fermer təsərrüfatına ciddi ölçüdə ziyan dəyib: "Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin açıqladığı məlumata görə, son illər xırda və iribuynuzlu heyvanlar arasında qarayara xəstəliyinin yayılmaması üçün 6 ml doza vaksin alınıb. Ümumilikdə isə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə quduzluq, brusellyoz, vərəm və digər virusların yayılmaması istiqamətində yerlərdəki baytarlıq idarələrinin lazımi dərman preparatları ilə tam təmin edildiyi vurğulanıb. Lakin dərman preparatları, vaksinlər mal-qara sahiblərinə pulla satılır. Yerli idarə rəisləri heyvandarlıq təsərrüfatı ilə məşğul olan insanlara açıq şəkildə deyirlər ki, pulunu ver dərman preparatlarını al. Halbuki, həmin vaksin və dərmanlar dövlət büdcəsinin vəsaitləri hesabına alınıb. Bununla bağlı yerlərdən xidmət rəhbərliyinə, şəxsən Siyalə Rüstəmovaya çoxsaylı şikayətlər edilir. Amma xidmət rəhbəri vəzifəsindən sui-istifadə edən idarə rəislərini cəzalandırmır. Çünki həmin idarələrin rəhbər işçiləri yığdıqlarının bir hissəsini məhz xidmət rəisinə çatdırırlar. Buna görə də Siyalə xanım vətəndaşların şikayətini qulaqardına vurur". Qeyd edək ki, hazırda infeksiya törədicilərini yayan əsas amillərdən başlıcası idxal-ixrac olunan heyvan, quş, balıq və bitki mənşəli yeyinti məhsulları və xammaldır. Çünki ölkəmizə xaricdən gətirilən və ya respublika ərazisində istehsal olunan məhsullar əksər hallarda baytar-sanitar müayinəsindən keçmədən satışa buraxılır: "Bütün bazarlarda ət, süd, onlardan hazırlanan məhsulların, bitki mənşəli ərzaqların satışı demək olar ki, baytar-sanitariya nəzarətindən çıxıb. Daha doğrusu, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin işçiləri bu məhsulların satışını aparan şəxslərdən nəsə alıb nöqsanlara üz çevirirlər. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir kimi şəhərlərdə, eləcə də rayonlarda baytar-sanitar qaydalarına ciddi riayət olunmur. Şəhər və rayon bazarlarında dəhşətli antisanitariya mövcuddur, sanitar-gigiyena qaydalarına riayət edilmir, zibilliklər gəmiricilərin çoxalmasına əlverişli şərait yaradır. Nəticədə insanlar arasında yoluxma və ölüm halları, eləcə də toksikoinfeksiyalar və toksikozlar baş verir. Ölkədə ət məhsullarının satışı bərbad vəziyyətdədir. İstər xarici ölkələrdən, xüsusilə Rusiyadan gətirilən, istərsə də ölkəmizdə istehsal olunan ət məhsullarının bir qismi baytar-sanitar müayinəsindən lazımi qaydada keçmədən mağazalara verilir". Bizə çatan məlumatlara görə, son vaxtlar Biləsuvar, Ucar, Cəlilabad, Ağdaş, Bərdə və Zərdabda mal-qara arasında nodulyar dermatit virus xəstəliyi sürətlə yayılmağa başlayıb: "Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri sözügedən rayonlarda heç bir profilaktiki tədbirlər görmür. Heyvanlar arasında qan parazitar və digər qansoran həşəratlar vasitəsilə yayılan xəstəliklərə qarşı dezinseksiya işləri aparılmır. Belə də xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalmasına, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Bunun birbaşa səbəbkarı isə heç şübhəsiz ki, Siyalə Rüstəmovadır. Çünki o bu sahəyə istənilən səviyyədə nəzarət edə bilmir". Mətbuat nümayəndəsi olaraq bizim borcumuz DBNX-də mövcud olan neqativ halları işıqlandırmaqdır. Bundan sonrası isə nazir Heydər Əsədovun səlahiyyətinə aid olan işdir. Əgər o baytarlıq tədbirlərinin daha kompleks şəkildə həyata keçirilməsini və büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsini istəyirsə, onda Siyalə Rüstəmovanı tutduğu vəzifədən uzaqlaşdırmalıdır. Yalnız bundan sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətində müsbət dəyişikliklərə ümid bəsləmək olar.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baydendən növbəti əfv qərarı
Bu gün, 17:51
4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 17:47
“Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Bu gün, 17:45
“Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Bu gün, 17:38
Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Bu gün, 17:35
Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Bu gün, 17:26
Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Bu gün, 17:19
Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 17:14
Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Bu gün, 17:11
Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04
Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58
Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57
Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52
Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47
“Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39
Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34
Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28
Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25
Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21
"17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19
Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14
Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08
Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00
Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57
Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37
İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32
“Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30
Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10
ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01
“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00
Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58
Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12
KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10
Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08
Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01
“Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55
"Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru