Ölkədə ilk dəfə - Azercell şirkəti Abunəçi Loyallığı İndeksini təyin edir
Tarix: 3-06-2014, 16:28 | Çap et
 Göstərilən xidmət növündən asılı olmayaraq istifadəçilərin bu xidmətlərdən məmnun qalması və şirkətin məhsullarına qarşı loyallığı istehlakçılarla münasibətlərin daha dayanıqlı modelinin qurulmasında müstəsna əhəmiyyət daşıyır. Məhz bu səbəbdən Azərbaycanın mobil telekommunikasiya bazarının lider şirkəti Azercell yarandığı gündən etibarən müştəri xidmətləri üzrə ölkədə innovativ metodları həyata keçirməkdə davam edir. Şirkət öz istifadəçilərinin müxtəlif tələbatlarını daha dərindən öyrənmək məqsədilə abunəçilərə göstərilən xidmətlərin ölçülməsi istiqamətində geniş sayda metodikalar işləyib hazırlamışdır. Bu sahədə dövlət qurumları və özəl şirkətlərlə uzun illər paylaşdığı qabaqcıl təcrübə ilə bərabər, Azercell müştəti məmnunluğu üzrə ölkədə daha əvvəl tətbiq olunmayan yeni üsullar üzərində də çalışır. Beləcə, artıq iki ay bundan əvvəl Azercell dünyada NPS (Net Promoter Score) - Abunəçi Loyallığı İndeksi kimi tanınan göstəricini təyin etməyə imkan verən innovativ sistemi Azərbaycanda ilk dəfə tətbiq etməyə başlamışdır. Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını (xidmətlərini tövsiyə etmək hazırlığını) məyyən edir. İstehlakçılara belə bir suala cavab vermək təklif olunur: "Şirkət/məhsul/brendi öz dost/tanış/həmkarlarınıza tövsiyə edərdinizmi?". Abunəçinin Azercell Telefon Mərkəzi və yaxud Müştəri Xidmətləri, eləcə də, Ekspres ofisləri də daxil olmaqla şirkətlə bilavasitə təmasından sonra ona sorğuda iştirak etmək dəvəti ilə SMS göndərilir. Abunəçi razı olduğu təqdirdə, ona 3-dən 5-ə qədər sual göndərilir. Bu halda, yalnız ilk sual NPS göstəricisini qiymətləndirir, digər suallar isə müştəri xidmətlərində çalışan əməkdaşlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti ilə bağlıdır ki, bu suallar da problemlərin həlli üçün sərf olunan vaxtı və xidmətin göstərilmə prosesini qiymətləndirməyə imkan verir. Qeyd edək ki, SMS cavablandırmada iştirak abunəçilər üçün pulsuzdur. Beləliklə, bu sorğu Azercell-ə yalnız NPS göstəricisini deyil, eyni zamanda istehlakçılarla münasibətlərin digər vacib aspektlərini də qiymətləndirməyə imkan yaradır. Sorğunun son SMS-ni alan abunəçi şirkətə şərh formasında öz müraciəti və ya təklifini göndərmək üçün unikal imkana malik olur ki, bu da mobil operatora istifadəçilərin istəkləri üzrə məlumat bazasının toplanmasına, sonrakı təhlil və təkliflərinin tətbiqinə şərait yaradır.Müştərilər tərəfindən bu cür təklif və müraciətlərin nəticəsində Azercell şirkəti öz mövcud xidmətlərini daha da təkmilləşdirmişdir ki, bu da bilavasitə müştəri məmnunluğu səviyyəsinə və abunə xidmətinə müraciətlərin sayına müsbət təsir göstərmişdir. Şirkətdə bu yenilik şirkətin özünün və ümumən bazarın gələcək inkişafını təyin etməyə şərait yaradan abunəçi ilə mobil operator arasında dialoqun daha da möhkəmləndirliməsi imkanı kimi dəyərləndirilir. Hal-hazırda sorğunun ilkin qiymətləndirimləsinə əsasən müştəri xidmətlərindən məmnunluq səviyyəsi 79% təşkil edir ki, bu da NPS sistemi üzrə çox yüksək göstəricidir. Bu unikal imkanın tətbiqinə start verməklə Azercell ölkədə hər zaman uğurlu təcrübənin bariz nümunəsi hesab olunan özünün müştəri xidmətləri sahəsində liderliyini bir daha təsdiq etmişdir. İstifadəçilərin bağlılığının qiymətləndirilməsi üzrə bu yenilikçi modelin tətbiqi Azercell-ə öz müştərilərinin ehtiyacını daha dərindən anlamağa və gələcək fəaliyyətini onların istəklərinə uyğun istiqamətləndirməyə imkan verəcək. Azercell səmimiyyətlə bütün abunəçilərini bu əhəmiyyətli prosesdə iştirak etməyə dəvət edir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
• Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11 |
|
|
|
• Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07 |
|
|
|
• "Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02 |
|
|
|
• 32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
• Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34 |
|
|
|
• "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29 |
|
|
|
• Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25 |
|
|
|
• “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22 |
|
|
|
• ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19 |
|
|
|
• "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15 |
|
|
|
• Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12 |
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
|