
Ötən il "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) əsas rəhbərliyinə ödəniş 27 milyon 195 min manat təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat bankın illik hesabatında yer alıb.
Qeyd edək ki, bu məbləğ əvvəlki illə müqayisədə 8 milyon 759 min manat və ya 47,5 % çoxdur.
Onu da bildirək ki, hazırda bankın əsas rəhbərliyinə İdarə Heyətinin üzvləri (7 nəfər), icraçı direktorlar və departament direktorları (4 nəfər) daxildir.