"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                 

"Bu tələblərimiz qarşısında Azərbaycana təzyiq edildi" - deputat
Tarix: 7-03-2025, 08:38 | Çap et
"Bu tələblərimiz qarşısında Azərbaycana təzyiq edildi"
Mülki təyyarəmizin vurulmasından sonrakı bir aydan artıq müddətdə Rusiya-Azərbaycan münasibətlərində soyuqluq qismən yerini müsbət tendensiyaya verməkdədir. Son günlər bu istiqamətdə baş vermiş müsbət hadisələrdən biri Rusiyanın “Alfa Sığorta” şirkətinin təyyarə qəzası ilə bağlı sığorta ödənişlərini tam şəkildə həyata keçirməsini xatırlamaq olar. Bildirilib ki, şirkət həmçinin sərnişinlərə də dəyən zərərə görə ödənişləri həyata keçirməyə başlayıb.

Bu arada Moskvada Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsi qoyulacağı ilə bağlı Moskva hökumətinin hərəkətə keçməsi də diqqət çəkməyə bilməz. Abidə Azərbaycanın Moskvadakı səfirliyinin yaxınlığındakı bağda yerləşəcək. “Yeni Müsavat” qeyd edir ki, təntənəli mərasimdə Rusiya yüksək səviyyədə təmsil olunub: Moskva meri Sergey Sobyanin, Rusiya baş nazirinin müavini Vitali Savelyev tədbirdə iştirak və çıxış ediblər. O da faktdır ki, Rusiyanın mərkəzi telekanalları və rəsmi agentlikləri bu mövzuya xüsusi diqqət ayırıblar. “Rusiya Azərbaycanla mədəni əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir”, - Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova belə deyib. “Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıq möhkəm ənənələrə və çoxillik qarşılıqlı fəaliyyətə əsaslanır. Biz mədəniyyət müəssisələrimiz və yaradıcı kollektivlərimiz arasında əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirərək, onu daha da inkişaf etdirməyə çalışırıq”, - Lyubimova bildirib.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Novruz bayramı ərəfəsi Azərbaycana səfər edəcəyi xəbəri də bu qəbildəndir. Çünki məlum qəzadan sonra Matviyenko Azərbaycana səfər edəcək ən yüksək vəzifəli şəxs olacaq. Məlumata görə, Rusiya parlamentinin yuxarı palatasının sədri, ölkənin siyasi iyerarxiyasında təmsil olunan Matviyenko Bakıda Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparacaq. Matviyenko Rusiyanın təcrübəli dövlət xadimlərindən biridir, 2011-ci ildən də Rusiya Federasiya Şurasının sədridir. Matviyenkonun Azərbaycanla münasibətləri hər zaman normal olub və güman ki, onun gözlənilən səfəri də münasibətlərdəki soyuqluğu aradan qaldırmağa köməyi olacaq.

Doğrudur, onun İrəvana da səfəri nəzərdə tutulub. Hətta bu gediş “Rusiya-Ermənistan münasibətlərinin inkişafına təkan vermək məqsədi daşıyır”, - deyə xarakterizə olunub. Habelə, Federasiya Şurasının sədrinin Türkiyə səfərini qeyd etmək olar. Lakin bu siyasi marşruta baxmayaraq, Matviyenkonun Azərbaycana gəlişi xüsusi əhəmiyyətə malikdir. Yuxarıda da deyildiyi kimi, mülki təyyarənin vurulmasından sonra Rusiyadan ölkəmizə gələn ən yüksək ranqlı rəsmi şəxs olacaq. Buna qədər də bəzi addımların atılması müşahidə edilirdi. Misal üçün, Çeçenistan liderinin təyyarədə rəşadət göstərənləri təltif etməsindən, rəsmi Moskva adından danışan Mariya Zaxarovanın və Kreml sözçüsü Dmitri Peskovun yumşaq diplomatiya ritorikasından hiss olunurdu ki, Rusiya Azərbaycanla yaranmış gərginliyi daha da dərinləşdirməyə həvəsli görünmür. Sözsüz ki, Bakının tələbləri qalır - Rusiyanın özünün təzminat ödəməsi və atəş açanların, əmri verənlərin məsuliyyətə cəlb edilməsi. Lakin bu tələblərdən ziyadə sadalanan addımların atılması göstərir ki, Moskva Bakı ilə “buzları əridir”. Matviyenkonun səfərinin isə münasibətlərdə nə kimi təsir oyadacağı növbəti addımlarda bilinəcək.

Münasibətlərdə gərginliyin əlamətlərindən biri də Rusiyaya məxsus informasiya-mədəniyyət mərkəzi - Azərbaycandakı “Rossotrudniçestvo” nümayəndəliyi olan “Rus evi”nin hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyi və Azərbaycanın qanunvericiliyini pozduğu barədə Rusiya tərəfi məlumatlandırıldıqdan sonra, 3 fevral 2025-ci ildə Rusiya tərəfinə “Rus evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı nota göndərilməsi idi. Daha sonra “Rossiya Seqodnya” (Sputnik) agentliyinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilərlər. Bundan əlavə, Azərbaycan əleyhinə çağırışlar Rusiya mediasında başlasa da, daha sonra rusiyalı deputatlar və ekspertlər də “xor”a qoşulmuşdular. Son bir aydan artıq müddətdə isə Rusiya rəsmiləri loyal bəyanatlar verməklə diqqət çəkirdilər.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Musayev “Yeni Müsavat”a dedi ki, Azərbaycan təyyarəsinin vurulmasından dövlət rəhbərliyinin və ictimaiyyətin mövqeyi qətiyyətli, haqlı idi. Deputatın sözlərinə görə, Azərbaycan kompensasiya ödənilməsini, günahkarların cəzalandırılmasını tələb edib: “Bu tələblərimiz qarşısında Azərbaycana təzyiq edildi. Ancaq geri çəkilmədik və haqlı mövqeyimizi müdafiə etdik. Bizim Rusiya ilə gərginlikdə heç zaman marağımız olmayıb. Sadəcə, problemin üzərinə getdik. İndi isə Matviyenkonun səfəri və digər addımların atılması ondan irəli gəlir ki, Rusiya Azərbaycanla gərginliyin dərinləşməsində maraqlı deyil. Bunun da bir sıra siyasi-iqtisadi səbəbləri var. Bunun davamını gözləyirik və təyyarəni vuranların məsuliyyətə cəlb edilməsi mütləqdir”. E.Musayev bildirdi ki, Azərbaycan-Rusiya əlaqələrində təyyarənin vurulmasına qədər dinamik inkişaf müşahidə edilirdi, indi bu əlaqələrin qaldığı yerdən davam etməsi üçün rəsmi Moskva tələbləri tam icra etməlidir.

Deputat Arzuxan Əlizadə də “Yeni Müsavat”a bildirdi ki, iki ölkə arasında gərginliyin ən pik dövründə belə Rusiyanın Azərbaycana yönəlik bəzi jestlər edəcəyini proqnozlaşdırmışdı: “Çünki Rusiya Qərblə müharibə vəziyyətindədir. Hazırkı şəraitin nə zaman normallaşacağı qeyri-müəyyəndir. Ukraynada gedən müharibə Avropa ilə Rusiyanın əlaqələrini pozub. Bu kontekstdə Türkiyə və Azərbaycan Rusiya üçün nəfəslik rolu oynayır. Rusiya da heç zaman bu nəfəsliyi bağlamaq istəməz. Ona görə də münasibətlərdə yumşalmaya gedəcəyi gözlənilən idi”. Deputat əlavə etdi ki, Azərbaycanın haqlı tələbləri gec-tez yerinə yetirilməlidir: “Ona görə həm Matviyenkonun səfəri, həm sığorta ödənişi, həm mərhum Heydər Əliyevə Moskvada abidə qoyulması Rusiyanın əlaqələri yumşaltmaq istiqamətində atdığı addımların bir hissəsidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru