
"Keçmişdə bir xanım nikahdankənar münasibətini gizlədərdi. Kimsə desəydi ki, beləsən, daş atıb başını tutar, inkar edərdi".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O, tanınmışların efirdə evli kişilərlə münasibətdə olmasını açıq danışmasını tənqid edib:
"Bir xanım var idi. Efirə gələndə sual verdim ki, həyatında kimsə var? Dedi, var, 2 ay bir yerdə olduq, sonra yola saldım. Ona ad dedilər ki, İlyas. Cavab verdi, onu yola salmışam. İndi həyatımda başqasıdır. Elə bildim zarafat edir, sonra gördüm düz danışırmış.
Bir bəy evlidirsə, balaları varsa, onu çəkib gətirmək, özünə yar etmək, pulundan istifadə etmək... Həmin bəylər başa düşsün ki, qara qaşına, gözünə aşiq olmayıblar".