Həbsdəki general əmlaklarının üzərinə qoyulan həbsin götürülərək satılmasını istəyir
Tarix: 18-02-2025, 13:03 | Çap et
 Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
“Report” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə öz vəkilindən imtina edən Vüsal Əlizadəyə dövlət hesabına müdafiəçi təyin edilib.
Bundan sonra isə Cəlal Kazımova dövlət hesabına təyin edilmiş vəkil təqdim edilib. Lakin Cəlal Kazımov isə vəkilin müdafiəsindən imtina edib. O, ümumilikdə məhkəmədə vəkilə ehtiyacı olmadığını bildirib.
Hakim isə təqsirləndirilən şəxsə izah edib ki, xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxsin vəkillə təmin olunması məcburidir. O, isə yenə də vəkilə ehtiyacı olmadığını deyib.
Hakim isə onun etirazının qəbul edilmədiyini bildirib.
Daha sonra Vüsal Əlizadənin vəkili apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı ilə baxılmasını istəyib. Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə qeyd edib ki, Bakı Hərbi Məhkəməsində ziyanın ödənilməsi üçün üzərinə həbs qoyulan əmlakların üzərindən həbsin götürülməsi, həmin əmlakların satılması, əldə olunan məbləğin ziyanın ödənilməsinə yönəldilməsi barədə vəsatət versələr də, onların bu vəsatəti təmin olunmayıb. Hakimlər vəsatətləri təmin etməyib. Apellyasiya şikayətlərinin məhkəmə istintaqı aparılmadan məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Məhkəmə baxışı martın 10-na təyin olunub.
Qeyd edək ki, general Nizami Məmmədovun vəkilləri tərəfindən apellyasiya şikayəti verilib. Vəkillər onun cəzasının yüngülləşdirilməsini istəyiblər. Vəkillər Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarıdan çoxunun ödənilməsinin nəzərə alınmasını qeyd ediblər.
Bundan başqa, digər təqsirləndirilən şəxslərin də vəkilləri apellyasiya şikayəti veriblər.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib.
Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır. Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Bu gün, 19:02 |
|
|
|
• Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Bu gün, 19:00 |
|
|
|
• Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Bu gün, 18:58 |
|
|
|
• “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Bu gün, 18:03 |
|
|
|
• Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Bu gün, 18:01 |
|
|
|
• Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Bu gün, 18:00 |
|
|
|
• Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Bu gün, 17:54 |
|
|
|
• Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Bu gün, 17:50 |
|
|
|
• “Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Bu gün, 17:45 |
|
|
|
• Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Bu gün, 17:40 |
|
|
|
• Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Bu gün, 17:34 |
|
|
|
• "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Bu gün, 17:32 |
|
|
|
• Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Bu gün, 17:30 |
|
|
|
• Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Bu gün, 17:28 |
|
|
|
• Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Bu gün, 17:23 |
|
|
|
• İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Bu gün, 17:22 |
|
|
|
• Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Bu gün, 17:18 |
|
|
|
• Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Bu gün, 17:17 |
|
|
|
• İrəvan NƏ ETSİN? - AKTUAL
Bu gün, 17:15 |
|
|
|
• Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Bu gün, 17:10 |
|
|
|
• XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Bu gün, 17:07 |
|
|
|
• Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Bu gün, 17:02 |
|
|
|
• Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Bu gün, 16:58 |
|
|
|
• Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:24 |
|
|
|
• Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Bu gün, 16:22 |
|
|
|
• Naxçıvanda 8 şirkət birləşir
Bu gün, 16:18 |
|
|
|
• Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Bu gün, 16:16 |
|
|
|
• Aİ liderləri Ukraynaya səfər edəcək
Bu gün, 16:15 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son qiymət
Bu gün, 16:12 |
|
|
|
• Nübar Ərbil AzTV-dən getdi - FOTO
Bu gün, 16:09 |
|
|
|
• Qayıqla İrandan 11 kq narkotik gətirdi, 4 butulka arağa dəyişib qaçdı CİNAYƏT İŞİ
Bu gün, 16:03 |
|
|
|
• Hakerlər kimlərdir? – “Qara papaqlı” və “Ağ papaqlı”ların FƏRQİ
Bu gün, 15:52 |
|
|
|
• Baş Prokurorluqda YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 15:43 |
|
|
|
• “Bravo”ya silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib - TƏFƏRRÜAT
Bu gün, 15:36 |
|
|
|
• SOCAR-da MAAŞ MƏSƏLƏSİ VƏ..: Qəlizdir... - İşçilər CANA DOYUB...
Bu gün, 15:35 |
|
|
|
• Kütləvi kiber hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür - MEDİA
Bu gün, 15:21 |
|
|
|
• Ermənistanın yeni konstitusiyasının mətni gələn il parlament seçkilərinədək hazır olacaq
Bu gün, 15:12 |
|
|
|
• Qazaxda icra başçısı sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində olub
Bu gün, 15:07 |
|
|
|
• "Araz" supermarketlər şəbəkəsi 7-ci “Brand Award Azerbaijan”nın qalibi olub
Bu gün, 15:06 |
|
|
|
• Alıcılar “Kontakt Home”un məhsullarından da, servisindən də narazıdır - FOTO
Bu gün, 14:00 |
|
|
|
• Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı
Bu gün, 13:58 |
|
|
|
• Deputatlardan bələdiyyələrə SƏRT TƏNQİD: - “Törətdikləri cinayətlərə görə...”
Bu gün, 13:10 |
|
|
|
• Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir - “Bir neçə nəfər stress keçirib və ölüb”
Bu gün, 13:06 |
|
|
|
• Şeyx Əbdül BSU-nun tələbəsi olan nəvəsinin təcrübəyə göndərilməməsindən şikayətləndi – Universitet aydınlıq gətirdi
Bu gün, 13:04 |
|
|
|
• Dəniz piyada bölmələri ilə təlim keçirilib - VİDEO
Bu gün, 12:58 |
|
|
|
• "Bu, məni çox həyəcanlandırır" - VİDEO
Bu gün, 12:56 |
|
|
|
• “Hamısı gəlib qulağıma çatır” – Nanə kimə SÖZ ATDI?
Bu gün, 12:51 |
|
|
|
• Lotu Quli ilə birgə ittiham olunmuşdu, məhkəməsi başlayır
Bu gün, 12:40 |
|
|
|
• "Global" Media Qrupuna haker hücumu olub - HƏDƏ YOLLADILAR...
Bu gün, 12:34 |
|
|
|
|