
“107 kilo çəkim var idi. 39 kilo atdım, hazırda 68 kilo çəkidəyəm”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib.
Aktrisa köklükdən və çəki artıqlığı nəticəsində səhhətində yaranan xəstəliklərdən əziyyət çəkdiyini bildirib:
“Çəki artıqlığı nəticəsində səhhətimdə narahatlıqlar yarandı, xəstəliklərim baş qalırdı, qan təzyiqi məni öldürürdü. 190-120-yə qalxan təzyiqdən çox əziyyət çəkirdim. Bəzilərinə elə gəlir ki, yeməkdən belə olmuşdum, xeyr, yaşadığım ağır stresslər məni bu hala gətirib çıxardı. Bu stresslərin nəticəsi olaraq məndə insulin dirənci yarandı. Buna görə də təzyiq yüksəlirdi, üstümə təcili yardım çağırılırdı. Axırda arıqlamaq məcburiyyətində qaldım”.