
Gürcüstanın sabiq prezidenti Salome Zurabişviliyə Münxen Təhlükəsizlik Konfransından qayıtdıqdan sonra Tbilisi aeroportunda yumurta atılıb.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Ötən gün, həmçinin sabiq baş nazir, müxalifətçi "Gürcüstan Naminə Qaxariya" partiyasının lideri Georgi Qaxariya da yumurta atəşinə tutulub.