
Uzun illərdən sonra ilk dəfə Ər-Riyadda ABŞ və Rusiya rəsmiləri arasında danışıqlar başlayıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin sözlərinə görə, iki ölkə arasında danışıqlarda irəliləyiş yaxın 2-3 ayda mümkündür.
Görüş ilk növbədə Rusiya-ABŞ münasibətlərinin bərpasına həsr olunacaq.
Bundan əlavə, danışıqlar zamanı Ukrayna nizamlanması ilə bağlı məsələ də müzakirə ediləcək.
Danışıqlarda Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edir. ABŞ komandasına dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff, milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts və xüsusi elçi Stiv Uitkoff daxildir.