
Bakıda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsi 48 ünvanında yerləşən “Padişah” hamamında qeydə alınıb.
Hamamın qazanxanasında asılmış kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin orada nəzarətçi işləyən, Neftçala rayon sakini 32 yaşlı İsfəndiyar Məlik oğlu Abdullayev olması müəyyən edilib.
İntiharın səbəbləri məlum deyil.