Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Tarix: 13-02-2025, 18:58 | Çap et
 Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımız addımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq. İqtisadiyyatın diversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsi bu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcəkdir. Bu fikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində yer alıb. Bu prosesdə vergi siyasətinin və vergi təşviq alətlərinin də böyük rolu olduğu vurğulanan müraciətdə, həmçinin qeyd edilir: “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün uzunmüddətli vergi və gömrük güzəştləri müəyyən edilib. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi xarici investorların da ölkəmizə marağını artırır. Uzun illərdir Azərbaycanda müsbət sərmayə iqlimi mövcuddur, investisiyaların adambaşına düşən həcminə görə biz qabaqcıl ölkələr sırasındayıq. Bununla belə, regionda iqtisadi dayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin daha da genişlənməsi üçün biz daha cəlbedici biznes və vergi mühiti yaratmalıyıq. Sahibkarlara güclü dəstək verilməlidir, süni maneələr aradan qaldırılmalıdır. Dövlətin tənzimləyici qurumlarının əsas vəzifəsi ölkədə biznesin genişlənməsinə, büdcəyə vergi ödəyən güclü orta və iri sahibkarlar təbəqəsinin formalaşmasına istiqamətlənməlidir. Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır”.
Milli Məclisin deputatı Naqif Həmzəyev "Sherg.az"a deyib ki, uzun illər Qarabağ, Şərqi Zəngəzur Ermənistan və erməni separatçıları tərəfindən işğal altında saxlanıldı:
"Azərbaycanın ən münbit əraziləri və fayda götürə biləcəyimiz torpaqlar məhz bu ərazilərdə yerləşirdi. Bu torpaqların da Azərbaycanın nəzarətində olmaması iqtisadiyyata çox böyük ziyan vurdu. Nəticə etibarilə 1 milyon məcburi köçkün olması da dəymiş zərəri qat-qat artırdı. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı sahəsi ilə bağlı xeyli potensialın olsa da, biz bunu istifadə edə bilmirdik. Eyni zamanda fabrik və zavodların da tamamilə dağıdılması və Azərbaycan iqtisadiyyatına heç bir fayda verməməsi də göz önündə idi. Lakin torpaqlarımızı işğaldan azad etdikdən sonra ən qısa zamanda mövcud iqtisadiyyata inteqrasiya etməsi üçün lazımi tədbirlər həyata keçirildi və indi də davam edir. Bu gün Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu üçün vacib olan bütün yolların qurulması, enerji xətlərinin çəkilməsi, xüsusi nəqliyyat şəbəkələrinin formalaşdırılmasını reallaşdırdıq. Zəngilan və Füzuli hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq hava limanının isə açılışı həyata keçiriləcək".
Deputat əlavə edib ki, sözügedən ərazilərdə iqlim şəraitinin ağırlığı bizim işimizi çətinləşdirsə də, isti havalarda belə hərəkətin mümkünlüyünü təmin edəcək və dünyada ən müasir yollar inşa edilib: "İlk növbədə meşə massivinin inşası, müasir tələblərə cavab verən fermer təsərrüfatlarının yaradılması, həmçinin zamanında hansı sahə üzrə ixtisaslaşmış ərazilərdə ənənəyə uyğun qalaraq fabrik və zavodların inşası reallaşacaq. İşğaldan azad olunmuş torpaqlarda müəyyən müddətlik vergidən azad edilmiş texnoparkların əsasının qoyuldu. Bütün bunlar növbəti onillikdə həm bu ərazilərin, həm də Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatını tamamilə möhkəmləndirəcək. Nəticədə Azərbaycan iqtisadiyyatının gücünə güc qatılacaq. Məhz 3 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərən fermerlərin, iribuynuzlu və xırdabuynuzlu heyvanların, arıçılığın həmin bölgələrə köçürülməsinə şahidlik edirik. Həmçinin mərhələli şəkildə keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışı ilə bərabər, həm də məşğulluğu dövlət tərəfindən təmin olunacaq. Bir sözlə, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır, o cümlədən təxirəsalınmaz tədbirlər keçirilir".
SHERG.az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Premium Bank"ın aktivlərində 45 mln. manatlıq azalma - İFLAS?
Bu gün, 12:09 |
|
|
|
• Azərbaycanda Dubay şirkətinin külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
Bu gün, 12:06 |
|
|
|
• Restoranlardan İLGİNC FIRILDAQ - görün, nə edirlər...
Bu gün, 11:59 |
|
|
|
• Qabil Məmmədov Baş Prokurorluğa çağırıldı: 24 maddə ilə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 11:54 |
|
|
|
• Bakı üçün yazılan məktub rezonans doğurdu: - İsraildən gözlənilməz qərar
Bu gün, 11:51 |
|
|
|
• Trampın xüsusi elçisinin Bakıya sirli gəlişi, yaxud Yəmənlə savaşın pərdəarxası - GƏLİŞMƏ
Bu gün, 11:47 |
|
|
|
• Çin də Ukraynanı seçdi
Bu gün, 11:00 |
|
|
|
• "Bəs başqa rayonlarda yaşayanlar? - Onlar baxmasın? Nə etsinlər?
Bu gün, 10:54 |
|
|
|
• O böyük adamın doğum günüdür... - ANIM
Bu gün, 10:50 |
|
|
|
• Kredit və depozitlər üzrə faiz dərəcələri artıb – Diqqət banklara
Bu gün, 10:45 |
|
|
|
• İlham Əliyevdən “İsgəndər M”-lə bağlı sual: Rusiya 5 ildir bu suala cavab verə bilmir... - FAKT BUDUR!
Bu gün, 10:32 |
|
|
|
• İranın yeni pulunun üstündə QARABAĞ ATI... - FOTO
Bu gün, 10:28 |
|
|
|
• Kreml danışıqları pozmaq məqsədilə Ukrayna ordusunu Kursk vilayətində hərbi cinayətdə suçlayacaq
Bu gün, 10:22 |
|
|
|
• Şəmkirdə şəhid atasını incidirlər - GİLEY
Bu gün, 10:21 |
|
|
|
• Tramp Güney Azərbaycana azadlıq verəcək? - "Gözləmək əbəsdir"
Bu gün, 10:11 |
|
|
|
• “Aftandil deyirdi ki, Gövhər, səninlə fəxr edirəm, heç birimiz not bilmirdik”
Bu gün, 10:07 |
|
|
|
• General Sırski Donbasda: əsir düşə bilər - “Haber Qlobal”
Bu gün, 10:01 |
|
|
|
• Sevindik Hətəmovun işçiləri qanunları BELƏ POZUR - AXI NİYƏ?..
Bu gün, 09:58 |
|
|
|
• Vətən çağırdı.. o getdi: İNDİ DƏ... - Keçmiş döyüşçü işsiz qalıb...
Bu gün, 09:54 |
|
|
|
• Ağcabədidə təhsil işçiləri etiraz edir - BUNA GÖRƏ
Bu gün, 09:43 |
|
|
|
• "Aktrisa üçün bundan böyük sevinc və xoşbəxtlik ola bilərmi?"
Bu gün, 09:37 |
|
|
|
• Trampın üç ərazi planında fiasko: Rusiyaya ehtiyac var - NƏ BAŞ VERİR?
Bu gün, 09:33 |
|
|
|
• Putinin iki liderlə birgə Əliyevə zənginin iki səbəbi... - Görünəni odur ki...
Bu gün, 09:30 |
|
|
|
• Qulu Məhərrəmli televiziyaları “yıxıb-sürüdü” - “Etik normaların pozulması...”
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda neft hasilatı bir az da azalıb: - Proqnozlar yenə özünü doğrultmaya bilər
Bu gün, 00:43 |
|
|
|
• Sülhün bircə addımlığında: Hər şey həll olundumu? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• “ABŞ Kiyevə yardımı dayandırsa, Rusiyanın hərbi cinayətlərinə şərik olacaq” – SAMUS
Bu gün, 00:36 |
|
|
|
• “Sülh bəyanatları verməklə silahlanma bir araya sığmır” - deputat
Bu gün, 00:32 |
|
|
|
• "Məncə, qadının ən böyük silahı..." - FOTO
Bu gün, 00:26 |
|
|
|
• Ukrayna “Long Neptun” raketini sınaqdan keçirib - Zelenski özü açıqladı
Bu gün, 00:18 |
|
|
|
• MSK üzvü vəfat etdi
Bu gün, 00:17 |
|
|
|
• Bakıda motosikleti insanların üzərinə sürən şəxs həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 00:13 |
|
|
|
• Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib - DETALLAR
Dünən, 19:20 |
|
|
|
• Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı cinayət işi başlanıb, həbslər var
Dünən, 19:19 |
|
|
|
• “Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı müraciəti sürətləndirməlidir”
Dünən, 17:49 |
|
|
|
• “Mən hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” - Fuad Ələsgərov
Dünən, 17:46 |
|
|
|
• Bu günkü iməclikdə Bakının 551 küçəsi yuyuldu - FOTO
Dünən, 17:31 |
|
|
|
• Sülhə yaxınlaşma və: yenə də erməni hiyləsi - NƏ BAŞ VERİR?
Dünən, 14:02 |
|
|
|
• "Sülhün imzalanması üçün əsas şərt Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir"
Dünən, 14:00 |
|
|
|
• Tiflisdə “qanuni oğru”nun qardaşını öldürüdlər: - Lənkəranskini bıçaqlamışdı
Dünən, 13:06 |
|
|
|
• İndi xəbər ŞAHİN ucalığındadır...
Dünən, 13:02 |
|
|
|
• Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirilib - FOTO
Dünən, 12:51 |
|
|
|
• "DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Dünən, 12:41 |
|
|
|
• Əməkdar artist ONLARI QINADI: - “Qalmaqal sənət adamını...”
Dünən, 12:25 |
|
|
|
• Aşıq Əli 35 kiloqram arıqladı - FOTO
Dünən, 12:24 |
|
|
|
• Azərbaycanda iki yüksək vəzifəyə TƏYİNAT - FOTO
Dünən, 12:18 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması bu il gözlənilmir - ÇÜNKİ...
Dünən, 12:13 |
|
|
|
• “Bakı Köçəryan və Sərkisyanı tələb edir” - Erməni nəşri
Dünən, 12:10 |
|
|
|
• "Mən də bir ravvin olaraq bu sənədə imzamı atmaq istərdim" - AZƏRBAYCAN NAMİNƏ
Dünən, 12:09 |
|
|
|
• Xəzər Universitetinə rektor əvəzi təyin olunub - BUNDAN SONRA...
Dünən, 12:07 |
|
|
|
|