"Premium Bank"ın aktivlərində 45 mln. manatlıq azalma .....                     Azərbaycanda Dubay şirkətinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Restoranlardan İLGİNC FIRILDAQ .....                     Qabil Məmmədov Baş Prokurorluğa çağırıldı: 24 maddə ilə ittiham edilir .....                     Bakı üçün yazılan məktub rezonans doğurdu: .....                     Trampın xüsusi elçisinin Bakıya sirli gəlişi, yaxud Yəmənlə savaşın pərdəarxası .....                     Çin də Ukraynanı seçdi .....                     "Bəs başqa rayonlarda yaşayanlar? .....                     O böyük adamın doğum günüdür... .....                     Kredit və depozitlər üzrə faiz dərəcələri artıb .....                     İlham Əliyevdən “İsgəndər M”-lə bağlı sual: Rusiya 5 ildir bu suala cavab verə bilmir... .....                     İranın yeni pulunun üstündə QARABAĞ ATI... .....                     Kreml danışıqları pozmaq məqsədilə Ukrayna ordusunu Kursk vilayətində hərbi cinayətdə suçlayacaq .....                     Şəmkirdə şəhid atasını incidirlər .....                     Tramp Güney Azərbaycana azadlıq verəcək? .....                     “Aftandil deyirdi ki, Gövhər, səninlə fəxr edirəm, heç birimiz not bilmirdik” .....                     General Sırski Donbasda: əsir düşə bilər .....                     Sevindik Hətəmovun işçiləri qanunları BELƏ POZUR .....                     Vətən çağırdı.. o getdi: İNDİ DƏ... .....                     Ağcabədidə təhsil işçiləri etiraz edir .....                     "Aktrisa üçün bundan böyük sevinc və xoşbəxtlik ola bilərmi?" .....                     Trampın üç ərazi planında fiasko: Rusiyaya ehtiyac var .....                     Putinin iki liderlə birgə Əliyevə zənginin iki səbəbi... .....                     Qulu Məhərrəmli televiziyaları “yıxıb-sürüdü” .....                     Azərbaycanda neft hasilatı bir az da azalıb: .....                     Sülhün bircə addımlığında: Hər şey həll olundumu? .....                     “ABŞ Kiyevə yardımı dayandırsa, Rusiyanın hərbi cinayətlərinə şərik olacaq” .....                     “Sülh bəyanatları verməklə silahlanma bir araya sığmır” .....                     "Məncə, qadının ən böyük silahı..." .....                     Ukrayna “Long Neptun” raketini sınaqdan keçirib .....                     MSK üzvü vəfat etdi .....                     Bakıda motosikleti insanların üzərinə sürən şəxs həbs edildi .....                     Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib .....                     Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı cinayət işi başlanıb, .....                     “Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı müraciəti sürətləndirməlidir” .....                     “Mən hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” .....                     Bu günkü iməclikdə Bakının 551 küçəsi yuyuldu .....                     Sülhə yaxınlaşma və: yenə də erməni hiyləsi .....                     "Sülhün imzalanması üçün əsas şərt Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir" .....                     Tiflisdə “qanuni oğru”nun qardaşını öldürüdlər: .....                 

Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Tarix: 13-02-2025, 15:40 | Çap et
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı
Xəbər verdiyimiz kimi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Fransa vətəndaşı olan Konstantin Kuçerlə Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Sonuncu proses vəkillərdən biri iştirak etmədiyinə görə təxirə salınıb.

İş üzrə Konstantin Kuçer xuliqanlıq və külli miqdarda dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur. İş üzrə zərərçəkən statusunda isə ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapçast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur.

Valeriy Zaxarenkov Rusiya Federal Təhlükəsizlik Xidmətinin yüksək çinli zabitdir. Müttəhim Konstantin Kuçerə qarşı “Aviazapçast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti adından isə 5 milyon 184 min manatlıq iddia qaldırıb. Valeriy Zaxarenkov Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir. Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb.

Ötən prosesdə Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırıb. Dələduzluq epizodu ilə bağlı sualları cavablandırarkən deyib ki, zərərçəkmiş Valeriy Zaxarenkova məxsus şirkətlərlə mülki aviasiya avadanlıqlarının, hissələrinin alqı-satqısı ilə bağlı müqaviləsi olub. O, bu işlə 2017-ci ildə Fransada yaşadığı zamanlardan məşğul olduğunu bildirib. Deyib ki, İspaniyada həyat yoldaşının adına olan şirkət üzərindən aviasiya avadanlıqlarının, hissələrinin alqı-satqısı biznesi ilə məşğul olub. Ukrayna və digər ölkələrdən aviaavadanlıqlar, hissələr alaraq digər ölkələrə satıb. 2019-cü ildə isə Valeriy Zaxarenkova məxsus “Aviazapçast” və “Promyshlennye Postavkı Kazakhstan”la müqavilələr bağlayıb. Onlara sifariş etdikləri aviahissələri tədarük edib. İttihamı qəbul etməyən Konstantin Kuçer dövlət ittihamçısının suallarını cavablandırarkən deyib ki, qarşı tərəf ABŞ sanksiyaları altına düşdüyündən onların sifariş etdikləri aviahissələri çatdırmaqla bağlı logistik problemlər yaranıb. Dövlət ittihamçısı konkret hansı aviahissələrdən söhbət getdiyini xəbər alıb. Konstantin Kuçerin vəkili bu sualın ittihama aidiyyəti olmadığını deməklə hakimdən çıxarılmasını xahiş edib. Hakim isə sualı çıxarmadan Konstantin Kuçerə cavablandırmasını tapşırıb. Kuçer deyib ki, Rusiya tərəfi əsasən təyyarələr üçün naviqasiya sistemlərini sifariş edib. Dövlət ittihamçısının həmin sistemlərin hərbi təyinatlı olub-olmamasına dair sualına Konstantin Kuçer mülki təyinatlı olmasını bildirib. Dövlət ittihamçısı növbəti dəfə dəqiqləşdirici sual verib və sifariş olunan naviqasiya sistemlərinin hərbi təyyarələrdə istifadəsinin mümkünlüyünü xəbər alıb. Konstantin Kuçerin vəkili növbəti dəfə suala etiraz edib, işin mahiyyətinə aidiyyəti olmadığını deyib. Hakim sualı çıxarmadan Konstantin Kuçerdən cavablandırılmasını istəyib. Kuçer deyib ki, həmin sistemlər əsasən “AN-132” təyyarələrində istifadə olunur. Həmin təyyarələr isə mülki təyinatlıdır. Onun sözlərindən bəlli olub ki, 2024-cü ilin iyulunda Valeriy Zaxarenkov barəsində hüquq-mühafizə orqanlarına şikayət edənə qədər münasibətləri normal olub. Zaxarenkov və onun şirkətlərinin nümayəndələri hər dəfə Bakıya gəlməzdən öncə onunla əlaqə saxlayıblar. O da hava limanına Valeriy Zaxarenkov və onun şirkətlərinin nümayəndələrini qarşılamaq üçün maşın göndərib, Bakıda qalmaları üçün hotel rezervasiya edib. Hadisə baş verən gün isə Valeriy Zaxarenkov ona zəng edib Bakıda olduğunu dedikdə buna təəccüb edib. Qəfil gəlişin səbəbi ona görüş zamanı bəlli olub. Konstantin Kuçer deyib ki, görüşdə Oleq Bakinskini Valeriy Zaxarenkov və digərləri ilə birgə görəndə bir daha təəccüblənib. Bakinskinin “Aviazapçast” rəsmiləri ilə tanışlığının olmasından bixəbər olmasını onun özünə də deyib. Bildirib ki, Oleq Bakinskini əvvəldən tanıyır. Rusiyadan gələnlər isə heç zaman Oleqlə tanış olduqlarını bildirməyiblər. Söhbət əsnasında Valeriy Zaxarenkov Konstantin Kuçerə ya pulları qaytaracağını, ya da sifarişlər üzrə malları çatdıracağını bildirib. Kuçer isə malların İspaniyada ABŞ sanksiyaları səbəbindən müsadirə edildiyini, pulların isə “Günay Bank”dakı hesablarda olduğunu, bankın da 2023-cü ildə bağlandığını, bu səbəbdən pulları çıxara bilmədiyini deyib. Valeriy Zaxarenkovu dediklərinə inandırmaq üçün o, ofisdən kənarda olan, aviahissələrin sifariş olunmasına dair sənədləri, qəbzləri gətirmək üçün çıxıb. 5-10 dəqiqə sonra qayıtdıqda isə Zaxarenkovu orada görməyib. Dövlət ittihamçısının suallarını cavablandıran Konstantin Kuçer deyib ki, o, ofisə qayıdandan sonra orada hər hansı bir qarışıqlıq görməyib deyə Valeriy Zaxarenkovla Oleq Bakinski arasında hər hansı bir mübahisənin olmasını da bilməyib. Bundan sonra Valeriy Zaxarenkov sərbəst ifadə verib.

Deyib ki, 2019-cü ildə Konstantin Kuçer onun şirkətinə rəsmi qaydada müraciət edərək əməkdaşlıq təklif edib. Qısa araşdırmalardan sonra onunla əməkdaşlıq edib sifarişlər veriblər. İlk sifarişlər yerinə yetirilsə də, sonradan Konstantin Kuçer müxtəlif bəhanələrlə sifarişləri yerinə yetirməyib. Buna görə də “Aviazapçast” nümayəndələri, hüquqşünasları bir neçə dəfə Bakıya gəlib burada Konstantin Kuçerlə görüşüblər. Lakin Kuçer hər dəfə bir bəhanə edib və sifarişləri yerinə yetirməyib. Sifarişlərə görə onun şirkətinin hesabına köçürülən pulları da geri qaytarmayıb. Buna görə də onun özü məsələni araşdırmaq üçün Bakıya gəlib və Konstantin Kuçerlə görüşə gedib. Görüşdə Kuçer Oleq Bakinskini ona özünün şəriki kimi təqdim edib. Söhbəti onunla aparmalı olduğunu deyib. Valeriy Zaxarenkovun bu sözləri Oleq Bakinskinin kəskin etirazına səbəb olub. Deyib ki, görüşə Valeriy Zaxarenkovun istəyi ilə onunla birgə gedib. Hakim Oleq Bakinskiyə yerindən danışdığına görə xəbərdarlıq edib, Valeriy Zaxarenkova isə ifadəsini davam etdirməsini tapşırıb. Zaxarenkovun sözlərindən məlum olub ki, orada Oleq Bakinski onu söyüb-təhqir edib, onunla sekslə məğul olacağını bildirib. Bundan sonra isə stolun üstündəki su butulkalarını götürərək onun başına tərəf atıb. Həmin vaxt Konstantin Kuçer də su butulkalarını onun baş nahiyəsinə tərəf tullayıb. Əlləri ilə bir neçə butulkanı başına dəyməkdən yayındırsa da, biri alnına dəyib. Zərbənin təsirindən başı yarılıb deyə Sergey Styopin onu otaqdan çıxarıb.

Sonra xəstəxanaya gedib, orada alnına tikiş qoyulub. Oleq Bakinski Valeriy Zaxarenkovu yalan danışmaqda ittiham edib. Bildirib ki, ofisdə görüş zamanı Valeriy Zaxarenkov Konstantin Kuçerin ünvanına nalayiq söyüşlər işlədib. Həmin vaxt Kuçer ofisdə olmadığından o, Valeriy Zaxarenkovdan söyüş söyməməsini istəyib. O isə yenidən və daha kəskin söyüşlər söyüb və ayağa qalxaraq üzərinə yeriyəndə ayağı stola ilişib və yıxılaraq başından xəsarət alıb. Bundan sonra Sergey Styopin şahid qismində ifadə verib. Bildirib ki, məlum görüş çıx qısa bir müddətdə olub. Görüş zamanı Konstantin Kuçerlə Oleq Bakinski Valeriy Zaxarenkovun başına butulka ilə xəsarət yetiriblər. O, Bakıya Konstantin Kuçerdən hesabına ödədikləri pulları almaq üçün gəldiklərini, bu alınmadıqda isə məhkəməyə müraciət etmək niyyətində olduqlarını bildirib. Deyib ki, ofisdə məlum insident yaşandıqdan sonra məhkəməyə müraciət etməyiblər.

Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Premium Bank"ın aktivlərində 45 mln. manatlıq azalma - İFLAS?
Bu gün, 12:09
Azərbaycanda Dubay şirkətinin külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
Bu gün, 12:06
Restoranlardan İLGİNC FIRILDAQ - görün, nə edirlər...
Bu gün, 11:59
Qabil Məmmədov Baş Prokurorluğa çağırıldı: 24 maddə ilə ittiham edilir - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakı üçün yazılan məktub rezonans doğurdu: - İsraildən gözlənilməz qərar
Bu gün, 11:51
Trampın xüsusi elçisinin Bakıya sirli gəlişi, yaxud Yəmənlə savaşın pərdəarxası - GƏLİŞMƏ
Bu gün, 11:47
Çin də Ukraynanı seçdi
Bu gün, 11:00
"Bəs başqa rayonlarda yaşayanlar? - Onlar baxmasın? Nə etsinlər?
Bu gün, 10:54
O böyük adamın doğum günüdür... - ANIM
Bu gün, 10:50
Kredit və depozitlər üzrə faiz dərəcələri artıb – Diqqət banklara
Bu gün, 10:45
İlham Əliyevdən “İsgəndər M”-lə bağlı sual: Rusiya 5 ildir bu suala cavab verə bilmir... - FAKT BUDUR!
Bu gün, 10:32
İranın yeni pulunun üstündə QARABAĞ ATI... - FOTO
Bu gün, 10:28
Kreml danışıqları pozmaq məqsədilə Ukrayna ordusunu Kursk vilayətində hərbi cinayətdə suçlayacaq
Bu gün, 10:22
Şəmkirdə şəhid atasını incidirlər - GİLEY
Bu gün, 10:21
Tramp Güney Azərbaycana azadlıq verəcək? - "Gözləmək əbəsdir"
Bu gün, 10:11
“Aftandil deyirdi ki, Gövhər, səninlə fəxr edirəm, heç birimiz not bilmirdik”
Bu gün, 10:07
General Sırski Donbasda: əsir düşə bilər - “Haber Qlobal”
Bu gün, 10:01
Sevindik Hətəmovun işçiləri qanunları BELƏ POZUR - AXI NİYƏ?..
Bu gün, 09:58
Vətən çağırdı.. o getdi: İNDİ DƏ... - Keçmiş döyüşçü işsiz qalıb...
Bu gün, 09:54
Ağcabədidə təhsil işçiləri etiraz edir - BUNA GÖRƏ
Bu gün, 09:43
"Aktrisa üçün bundan böyük sevinc və xoşbəxtlik ola bilərmi?"
Bu gün, 09:37
Trampın üç ərazi planında fiasko: Rusiyaya ehtiyac var - NƏ BAŞ VERİR?
Bu gün, 09:33
Putinin iki liderlə birgə Əliyevə zənginin iki səbəbi... - Görünəni odur ki...
Bu gün, 09:30
Qulu Məhərrəmli televiziyaları “yıxıb-sürüdü” - “Etik normaların pozulması...”
Bu gün, 00:49
Azərbaycanda neft hasilatı bir az da azalıb: - Proqnozlar yenə özünü doğrultmaya bilər
Bu gün, 00:43
Sülhün bircə addımlığında: Hər şey həll olundumu? - AKTUAL
Bu gün, 00:38
“ABŞ Kiyevə yardımı dayandırsa, Rusiyanın hərbi cinayətlərinə şərik olacaq” – SAMUS
Bu gün, 00:36
“Sülh bəyanatları verməklə silahlanma bir araya sığmır” - deputat
Bu gün, 00:32
"Məncə, qadının ən böyük silahı..." - FOTO
Bu gün, 00:26
Ukrayna “Long Neptun” raketini sınaqdan keçirib - Zelenski özü açıqladı
Bu gün, 00:18
MSK üzvü vəfat etdi
Bu gün, 00:17
Bakıda motosikleti insanların üzərinə sürən şəxs həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 00:13
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib - DETALLAR
Dünən, 19:20
Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı cinayət işi başlanıb, həbslər var
Dünən, 19:19
“Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı müraciəti sürətləndirməlidir”
Dünən, 17:49
“Mən hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” - Fuad Ələsgərov
Dünən, 17:46
Bu günkü iməclikdə Bakının 551 küçəsi yuyuldu - FOTO
Dünən, 17:31
Sülhə yaxınlaşma və: yenə də erməni hiyləsi - NƏ BAŞ VERİR?
Dünən, 14:02
"Sülhün imzalanması üçün əsas şərt Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir"
Dünən, 14:00
Tiflisdə “qanuni oğru”nun qardaşını öldürüdlər: - Lənkəranskini bıçaqlamışdı
Dünən, 13:06
İndi xəbər ŞAHİN ucalığındadır...
Dünən, 13:02
Bakıda növbəti ağacəkmə aksiyası və iməclik keçirilib - FOTO
Dünən, 12:51
"DOST" 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Dünən, 12:41
Əməkdar artist ONLARI QINADI: - “Qalmaqal sənət adamını...”
Dünən, 12:25
Aşıq Əli 35 kiloqram arıqladı - FOTO
Dünən, 12:24
Azərbaycanda iki yüksək vəzifəyə TƏYİNAT - FOTO
Dünən, 12:18
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması bu il gözlənilmir - ÇÜNKİ...
Dünən, 12:13
“Bakı Köçəryan və Sərkisyanı tələb edir” - Erməni nəşri
Dünən, 12:10
"Mən də bir ravvin olaraq bu sənədə imzamı atmaq istərdim" - AZƏRBAYCAN NAMİNƏ
Dünən, 12:09
Xəzər Universitetinə rektor əvəzi təyin olunub - BUNDAN SONRA...
Dünən, 12:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru