Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                 

"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Tarix: 13-02-2025, 00:43 | Çap et
"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər"
Azərbaycanla Rusiya arasında münasibətlərdə çatlar dərinləşir. Azərbaycan əleyhinə çağırışlar Rusiya mediasında başlasa da, daha sonra rusiyalı deputatlar və ekspertlər də bu "xor"a qoşulublar. Maraqlıdır ki, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın raketi ilə vurulması nəticəsində qəzaya uğraması nəticəsində yaşanan faciədən sonra Rusiya dairələri təəccüblü halda əvvəlcə inkaretmə, daha sonra isə hadisəni ört-basdır etmə yolunu tutdular.

Prezident İlham Əliyevin davamlı israrından sonra hadisə ilə bağlı üzrxahlıq edilsə də, ardınca Azərbaycana qarşı qara piar, hətta hədə-təhdid kampaniyasına başlanıldı. Rusiyada miqrantlara qarşı qaydaların sərtləşdirilməsi ilə daha çox bu ölkədə yaşayan azərbaycanlılara qarşı təzyiqlər artmağa başladı. Hətta bəzi hallarda Rusiya vətəndaşı olan azərbaycanlılar da hədəfə çevrilir. Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov dost və müttəfiq münasibətlərinə zərər vuran bəyanatları yolverilməz hesab edib. Markov deyib ki, Rusiyanın məsuliyyətli dövlət xadimləri, ictimai xadimləri və deputatları Azərbaycanla yaxşı münasibətlərin korlanmaması üçün belə məsuliyyətsiz bəyanatlar verilməməsinə çağırış edir. Onun sözlərinə görə, Rusiyada kifayət qədər nüfuzlu türkəfob, o cümlədən azərbaycanafob qüvvələr var: "Onlar münasibətlərin indiki dövründən istifadə edib, Rusiya ilə Azərbaycan arasında mümkün qədər çox münaqişə yaratmağa çalışırlar. Onlar həmçinin, Rusiya ilə Türkiyə arasında münaqişə yaratmağı arzulayırlar".

Xalq şairi, keçmiş millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı "Sherg.az"a deyib ki, bu məsələlər barədə ciddi düşünmək lazımdır. Partiya rəhbəri qeyd edib ki, Rusiyanın son illərdə Azərbaycana xoş münasibəti, iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsi bir sıra xarici ölkələrdə, o cümlədən Ermənistanda böyük qıcıq doğururdu:

"Erməni lobbisinin Rusiyadakı təsir gücünü, hətta rus familiyası ilə yaşayan ermənilərin gizli fəaliyyətini nəzərə alsaq, Moskva-Bakı gərginliyində erməni barmağının olması inkarediməzdir. Bu məsələdə ermənilərin ciddi marağı var. Çalışırlar ki, Azərbaycanla Rusiyanın münasibəti pozulsun. Rusiyanı tanıyırıq. Çar dönəmindən bu yana Rusiyanın Azərbaycanla bağlı apardığı siyasəti, xırda xalqları əzmək və assimilyasiya siyasətini çox yaxşı bilirik. Bunlar haqqında dəfələrlə yazılıb, deyilib. Amma indi Rusiya və Azərbaycan ayrı-ayrı müstəqil dövlətlərdir. Dövlətlər də insanlar kimi daha çox dost tutmağa çalışmalıdır, hətta düşməni də özünə dost etməlidir. Heç bir düşməni zəif görmək olmaz. Düzdür, Rusiya hazırda müharibə edir, dünya üstünə gəlir. Buna baxmayaraq, qonşumuzdur. Nə İranla, nə də Rusiya ilə münasibətlərin gərginləşməsi Azərbaycana xeyir vermir. Bu mənim şəxsi düşüncəmdir. Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər və s. Bu şəkildə yazılar Azərbaycana xeyir gətirmir. Naşılıqdan, iş bilməməkdən irəli gəlir. Azərbaycan hökuməti balanslı və təmkinli siyasət aparır və bunu davam etdirməlidir".

S.Rüstəmxanlı vurğulayıb ki, Rusiyada milyonlarla soydaşımız yaşayır:

"Sıx əməkdaşlığımız var, iqtisadi cəhətdən bir-birimizə bağlıyıq. Ona görə də Rusiya ilə münasibətləri qızışdırmaq, orada yaşayanlarımız üçün yeni problemlər yaratmaq yolverilməzdir. Problemlərimiz ortada ikən bu məsələlər bizə ziyan verər. Nəzərə alaq ki, Ermənistanı bütün Qərb dünyası, o cümlədən Hindistan kimi ölkələr silahlandırır. Ermənistanı yeni revanşa, müharibəyə hazırlayırlar. İranın da Ermənistanı müdafiə etdiyini nəzərə almalıyıq. Belə məqamda Rusiyanın da üzünü o yana çevirsək, Azərbaycan üçün yaxşı olmaz. Rusiya ilə münasibətləri normal saxlamaq lazımdır. Rusiyada Azərbaycan əleyhinə səslənən fikirlər Putin administrasiyasından daha çox gizli erməni dairələrinin mövqeyidir. Rus məktəbləri ilə bağlı da uzun illər öz fikrimi demişəm. Amma indi Rusiya-Azərbaycan münasibətlərinə bunun dəxli yoxdur. Dövlətin milli dil siyasəti ayrı məsələdir. Onu bu məsələyə qarışdırmaq olmaz".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru