Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                 

“Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Tarix: 30-01-2025, 09:16 | Çap et
 “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur”
Bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı növbəti dəfə hücuma keçiblər. “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” və onların yedək qurumları ard-arda bəyanatlar yayırlar.

İnsan hüquqlarını pozmaqda suçlamalarında ən dəhşətli məqam ermənilərlə bağlıdır.

“Human Rights Watch” təşkilatı antiterror əməliyyatından sonra ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsini ortaya atıb.

Bu cür ittihamların arxasında nə dayanır? Bir mənası olacaqmı?

Qeyd edək ki, Qərbi Azərbaycan İcması məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: "Özünü insan hüquqlarının müdafiəçisi adlandıran “Human Rights Watch” təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabat dərc edib. Hesabatın Azərbaycana dair hissəsində çoxsaylı böhtanlarla yanaşı ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin, Ermənistana dair hissədə oradan qovulmuş azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir.

Hesab edirik ki, bu, “Human Rights Watch” təşkilatı tərəfindən Azərbaycan xalqına etnik və dini əsasda ayrı-seçkilikdir. İrqi ayrı-seçkilik hər bir halda qəbuledilməzdir. Bu ayrı-seçkiliyi özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən təşkilatların həyata keçirməsi isə insan hüquqlarına ikiqat ağır zərbə vurur. Ələlxüsus, xatırladaq ki, bu hesabatın dərc edilməsindən az əvvəl, keçmiş prezident Levon Ter-Petrosyanın Ermənistanın qərbi azərbaycanlılara qarşı etnik təmizləməsinin dövlət siyasəti olduğunu təsdiq edən çıxışı yayılmış və biz bu barədə “Human Rights Watch”a xüsusi müraciət ünvanlamışdıq.

Biz “Human Rights Watch” təşkilatı və onun arxasında duran qüvvələrdən insan hüquqlarından siyasi alət kimi istifadə etməyi, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi və Ermənistanın etnik təmizləmə siyasətinə dəstəyini dayandırmağı tələb edirik".

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb. Hüquq müdafiəçisi qeyd edib ki, beynəlxalq insan haqları təşkilatları, o cümlədən “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” və bu kimi digər qurumlar artıq müstəqil və bitərəf təşkilatlar kimi fəaliyyət göstərmirlər: “Onlar siyasiləşmiş strukturlara çevriliblər və müəyyən dövlətlərin siyasi hakimiyyətlərinə, eləcə də bu hakimiyyətlər tərəfindən yaradılan bəzi qurumlara tabe olurlar.

Bu təşkilatların maliyyələşmə mənbəyi haradandırsa, sifarişlər də oradan gəlir. Təəssüf ki, onları maliyyələşdirən dövlətlər uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləyiblər. Bu, təkcə 30 illik işğal dövründə deyil, həm də torpaqlarımızı işğaldan azad etdiyimiz və antiterror tədbirləri həyata keçirdiyimiz dövrlərdə də müşahidə olunub.

Həmin dövlətlər və təşkilatlar Azərbaycana qarşı yalnız qərəzli bəyanatlarla kifayətlənməyib, eyni zamanda bu məsələləri BMT Təhlükəsizlik Şurasının gündəliyinə salmağa da cəhd ediblər. Bu prosesin əsas təşəbbüskarlarından biri isə məhz Fransa olub və bu kampaniyanın təşkilində bilavasitə iştirak edib.

Və ona görə də bu cür təşkilatların Azərbaycana qarşı mövqeyi birmənalı olaraq qərəzli hesab olunmalıdır. Çünki onların haqq və ədalətdən danışmağa nə mənəvi, nə də hüquqi haqları var. Şəhərlərimiz raketlərlə vurulanda, dinc insanlar yatdığı yerdə binalar başlarına uçanda, Gəncə, Bərdə, Goranboy, Tərtər kimi şəhərlərdə evlər dağılanda, mülki şəxslər məhv ediləndə, Arayıq Arutunyan kimi şəxslər “Bəli, bu əmri mən vermişəm” deyən zaman səs çıxarmayanlar, indi həmin canilərin azadlığa buraxılması üçün əllərindən gələni edirlər, bəyanatlar verirlər, onları siyasi məhbus kimi təqdim etməyə və əsir kimi qiymətləndirməyə çalışırlar. Lakin onların törətdikləri cinayətlərin toplusuna baxanda görünür ki, onlar Azərbaycan qanunvericiliyinin təxminən 20-yə yaxın maddəsi üzrə cinayət törətmişlər.

Həmçinin beynəlxalq hüquqla qadağan olunmuş cinayətlər törətmişlər. Bura müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, milli və dini zəmində ayrı-seçkiliyin salınması, insanların deportasiya edilməsi və ən ağır cinayətlərin törədilməsi daxildir. Bu gün isə həmin şəxsləri azadlığa buraxmağa çalışırlar. Niyə? Çünki sifariş onlara belə verilib.

Və qaldı ki Azərbaycanla bağlı, onlar Azərbaycandan köçüb getmiş ermənilərin geri qaytarılması məsələsini qaldırırlar. Amma bilməlidirlər və bilirlər ki, onları heç kim Azərbaycandan qovmayıb. Onların burada yaşamaq üçün nə mənəvi, nə də hüquqi haqları olub. Çünki oradan köçüb gedən insanlar separatizmə dəstək vermiş şəxslərin ailə üzvləri və yaxınlarıdır. Köçüb gedənlərin övladları, ərləri, qardaşları separatçı ordunun sıralarında 20-30 ildən artıq Azərbaycan xalqına qarşı terror törədiblər, xalqımıza qarşı silahdan istifadə ediblər, insanları kəndlərdən qovublar, kəndləri yandırıblar. Ona görə də gedənlər düşündülər ki, artıq onların xalqımızın arasında yaşamağa nə hüquqi, nə də mənəvi haqları yoxdur və könüllü şəkildə köçüb getdilər. Amma Azərbaycan dövləti elə o andan bəyan edir ki, biz mülki əhalinin getməsinin əleyhinəyik və onların qalıb yaşaya biləcəyini bildiririk. Amma o ermənilər ki, 1987-ci ildən bu ərazilərdə yaşayıblar, qalanlar da indi Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan qanunlarına tabe olacaqlarsa, burada qala bilərlər. Bunu da etmək istəməyənlər köçüb getdilər. Bir dövlətin ərazisində başqa bir dövlətin vətəndaşı kimi yaşamaq qeyri-mümkündür. Amma geri qayıtmaq niyyətləri varsa, buyursunlar gəlsinlər. Lakin eyni zamanda unutmasınlar ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın geri dönüşü üçün də təhlükəsiz şərait yaradılmalı və zəmanət verilməlidir ki, onlar da geri dönüb yaşaya bilsinlər. Bu proses paralel şəkildə həyata keçirilməlidir. Gəlmək və burada yaşamaq istəyən ermənilər, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər varsa, buyursunlar. Amma eyni zamanda Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın da geri dönüşü üçün şərait yaradılmalıdır.

Qaldı ki, bu cür təşkilatlara, onların bəyanatlarına əhəmiyyət vermək lazım deyil. Çünki onlar, qeyd etdiyim kimi, Ermənistan və ermənilər bizim kəndlərimizi, şəhərlərimizi raket atəşinə tutanda, mülki insanları məhv edəndə həmişə susmağa üstünlük veriblər. İndi isə dilləri açılıb, Azərbaycana təzyiq göstərmək üçün ağıllarına gələn bəyanatları səsləndirirlər.

Hesab edirəm ki, bu bəyanatların Azərbaycan üçün heç iki qəpiklik dəyəri yoxdur".

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan müstəqilliyini qazandıqdan bu yana müxtəlif beynəlxalq qurumların hücumları ilə üz-üzədir: “1990-cı illərin əvvəllərində torpaqlarımız işğal olundu, yüzminlərlə insanımız qaçqına çevrildi, soyqırımlarla üzləşdik. O illərdə hansı beynəlxalq insan haqları təşkilatı ermənilərin hərəkətini qınadı? Və ya ABŞ Konqresi Azərbaycan əleyhinə ədalətsiz 907-ci düzəlişi qəbul etdi. Buna etiraz edən oldumu? Təzyiqlərin əksəriyyəti Azərbaycanın torpaqlarını azad etməsi və suverenliyini bərpa etməsi ilə bağlıdır. Bunu həzm edə bilmirlər. Eyni zamanda Azərbaycanda hüquqi və məhkəmə islahatlarının dərinləşməsinə də ehtiyac var. Hüquqi islahatlar nəticəsində müstəqil məhkəmə sistemi formalaşmalıdır ki, hansısa beynəlxalq təşkilat Azərbaycana qarşı ittiham irəli sürə bilməsin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru