Çimnaz Sultanovanın ölüm şəhadətnaməsində nələr yazılıb: "Onları bağışlamıram..." - Atası
Tarix: 28-01-2025, 13:05 | Çap et
Mərhum aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Qızınız Çimnaz Sultanova yanvarın 15-də bağırsaq xərçəngindən vəfat etdi. Onun ölüm haqqında şəhadətnaməsini xəstəxanadan götürmüsünüzmü? Həmin sənəddə nə yazılıb?
- Bəli, qızımın ölümü haqqında şəhadətnaməsini xəstəxanadan götürmüşəm. Orada yazılıb ki, qızım guya böyrək çatışmazlığından əziyyət çəkib. Amma ekiprizdə (müalicә başa çatdıqda, yaxud onun müәyyәn mәrhәlәsindә xәstәnin vәziyyәti, xәstәliyin başvermә sәbәblәri vә inkişafı, müalicәnin әsaslandırılması vә nәticәsi haqqında yazılı qәrar, vacib tibbi uçot sәnәdi-red.) qeyd edilir ki, bağırsaq xərçəngindən əziyyət çəkib. Bağırsaqlarında şiş metastaz verib.
Qızımın səhhəti çox pis idi. Hansı xəstəxanaya üz tutduq, qəbul etmədilər. Nəhayət, "Zəfəran” Hospitalına müraciət etdik, sağ olsunlar, qəbul elədilər. O zaman Çimnazın səhhəti çox pisləşmişdi, özündə deyildi. Axşam özü mənə zəng etdi ki, ata, indi yaxşıyam. Amma səhər vəziyyəti pisləşdi.
Qızımı reanimasiyaya yerləşdirmişdilər. Həkim dedi ki, gec gətirmisiniz, vəziyyəti çox ağırdır. Bakı Sağlamlıq Mərkəzindən "Zəfəran" Hospitalına ağır vəziyyətdə aparmışdıq. Mən heç kimin adını çəkmək istəmirəm...
- Qızınızın ölümündə həkimin məsuliyyətsizliyini iddia edirsiniz. Bununla barışmısınızmı?
- Həkimin məsuliyyətsizliyi ilə barışmıram. Qızım birinci dəfə əməliyyat ediləndə həkimdən soruşdum ki, nəticə necə olacaq? Mənə cavab verdi ki, ən azı bir aydan sonra yaraları sağalacaq. Amma 21 gündən sonra qızımı təkrar əməliyyata çağırdılar, xəstəxanaya depozit də qoyduq. Qızımı öldürdülər, sonra ayağa qaldırdılar. 17 saat əməliyyat aparıldı. Yarası sağalmırdı, vəziyyəti pisləşmişdi, on gün reanimasiyada qalmalı oldu.
Mənə bir çox cərrahlar dedilər ki, əməliyyatdan sonra xəstəxanadan tez çıxarılmalı deyildi, iki-üç ay orada qalmalı idi. Yəni əməliyyatından 21 gün sonra xəstəxanadan çıxmalı deyildi.
Az öncə qeyd etdiyim kimi, heç kimin adını çəkmək istəmirəm, Allah onların bəlasını versin! Məni necə çətinliyə saldılar, qızımın ağrılarını gördüm! Özləri də əziyyət çəksinlər. Çimnazın ağrılarını görmək mənə çox böyük stress yaşatdı. Çox əziyyət çəkirdi, ağrıkəsicilər belə təsir etmirdi. Bu haqda danışa bilmirəm (kövrəlir).
- Həkimlərə qarşı rəsmi qurumlar qarşısında hər hansı iddia qaldırmağı düşünürsünüzmü?
- Xeyr, iddia qaldırmaq istəmirəm. 21 gündən sonra ikinci əməliyyat zamanı öz ayağı ilə xəstəxanaya apardım, sonra hərəkəti məhdudlaşdı. Onları Allaha tapşırıram.
- Neçə övladınız var?
- İki qızım, iki nəvəm var. Qızım Çimnazın oğlu Almaniyada yaşayır.
- Çimnaz Sultanovanın oğlu anasının dəfn mərasiminə gəldi?
- Xeyr, anasının dəfn mərasimində iştirak edə bilmədi. İmkan tapsa, 40 mərasiminə gələcək.
- Qızınızın qəbirüstü abidəsi hazırlanırmı?
- Beş-altı aydan sonra qəbirüstü abidəsi hazır olacaq. Mart ayından etibarən qəbirüstü abidəsi üçün hazırlıq başlayacaq.
- Çimnaz Sultanovanın ən böyük arzusu nə idi?
- Mənə deyirdi ki, ata, səhhətim düzəlsin, Almaniyaya gedək. Arzusu Almaniyaya köçmək, orada müalicə almaq idi.
- Siz də Almaniyada yaşayırsınız?
- Xeyr, mən Bakıdayam. Qızımın keçmiş həyat yoldaşı və oğlu orada yaşayırlar.
- Çimnaz Sultanova xəstəliyini bu müddət ərzində necə gizlətdi? Bunun səbəbi nə idi?
- Düzdü, xəstəliyini hamıdan gizlədirdi. Mənə tapşırmışdı ki, ata, xahiş edirəm, xəstəliyim haqqında nə anam, nə də bacım xəbər tutsun. Həmişə özünü gülərüzlü aparırdı və problemini heç kimə bildirdirmirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir - NƏ BAŞ VERİR?
Bu gün, 02:41 |
|
|
|
• "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:39 |
|
|
|
• "Atamın bir əli işləmir" - Ənvər Həsənovun qızı
Bu gün, 02:36 |
|
|
|
• Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi - İDDİA
Bu gün, 02:33 |
|
|
|
• Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... - AKTUAL
Bu gün, 02:30 |
|
|
|
• Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 01:50 |
|
|
|
• Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib - KİV
Bu gün, 01:43 |
|
|
|
• Türkiyə şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda şirkət nizamnamə kapitalını - 1,5 MLN. MANAT AZALTDI
Bu gün, 00:02 |
|
|
|
• Zəngəzur dəhlizində “Sülh kəsişməsi” - Yenə də erməni məntiqsizliyi
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın iradəsi olmadan... bölgədə heç bir layihə reallaşa bilməz!
Dünən, 18:58 |
|
|
|
• Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, bu, keyfiyyətin yüksəlməsində mühüm rol oynayacaq
Dünən, 18:07 |
|
|
|
• Eks-nazir Paşinyanı devirməyə çağırdı
Dünən, 18:05 |
|
|
|
• Ermənistan hərbi ritorikanı artırdı – Paşinyan orduya göstəriş verdi
Dünən, 18:04 |
|
|
|
• Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
Dünən, 18:02 |
|
|
|
• Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi - GÜNÜN FOTOSU
Dünən, 18:01 |
|
|
|
• Onlar erməni xalqını aldadırlar - Overçuk
Dünən, 18:00 |
|
|
|
• AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
Dünən, 17:57 |
|
|
|
• Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi - Dustağa telefon aparıb
Dünən, 17:56 |
|
|
|
• Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: - "Bəşər Əsədi ver"
Dünən, 17:54 |
|
|
|
• "Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:53 |
|
|
|
• “Paşinyan “Pandoranın qutusu”nu açıb” - Marukyan
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”
Dünən, 17:14 |
|
|
|
• İran polisi milli azlığı güllələyib öldürdü - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 17:13 |
|
|
|
• Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, biz bilmirik
Dünən, 17:07 |
|
|
|
• "Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" - deputat
Dünən, 17:01 |
|
|
|
• Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? - GƏLİŞMƏ
Dünən, 16:58 |
|
|
|
• ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır - KİV
Dünən, 16:55 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat artacaq? - AÇIQLAMA
Dünən, 16:54 |
|
|
|
• Niyam Salaminin 500 minlik qalmaqalı: - Müğənni saxta sənədlərlə aldadıldığını iddia edir
Dünən, 16:51 |
|
|
|
• "Rusiya əzilməli, məhv edilməlidir" - Simonyandan NET MÖVQE
Dünən, 16:50 |
|
|
|
• "Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır - MƏHKƏMƏ İŞİ
Dünən, 16:48 |
|
|
|
• Gürcüstan Baş naziri sabah Ermənistana səfər edəcək - "ArmenPress"
Dünən, 16:42 |
|
|
|
• “MƏNƏ BORCLU OLDUĞU 58 MİN MANATI VERMİR” - “Uğur İnşaat”ın rəhbəri rektordan şikayətçidir
Dünən, 16:40 |
|
|
|
• Səfir tərəfindən döyüldüyü iddia olunan Rəhman Şahhüseynlidöən AÇIQLAMA - “Keçmiş qohumlar işimi hədəf alırdılar”
Dünən, 16:34 |
|
|
|
• Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? - NARAZILIQ VAR...
Dünən, 16:31 |
|
|
|
• Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib
Dünən, 16:06 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Dünən, 16:03 |
|
|
|
• Fərid Qayıbovun müavini də Komitədən UZAQLAŞDIRILDI
Dünən, 15:58 |
|
|
|
• KAPTAL BANK-ın hər türü problemlidir... - AXI NİYƏ?..
Dünən, 15:54 |
|
|
|
• AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR... - Rusiyadan gələcək böyük köçə hazırıqmı?
Dünən, 15:42 |
|
|
|
• Trampın fərmanı azərbaycanlılardan da yan keçməyib
Dünən, 15:39 |
|
|
|
• "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır"
Dünən, 15:31 |
|
|
|
• Naxçıvanda torpaq sahələrini suvarmaq üçün 28 milyon manatlıq su xətti çəkilir - QALİB ŞİRKƏT
Dünən, 15:24 |
|
|
|
• Karslon düşünüb ki, Donald Tramp... - AKTUAL
Dünən, 15:15 |
|
|
|
• Balaəli məşhur geyim markasının adını səhv dedi, LAĞA QOYULDU - VİDEO
Dünən, 15:12 |
|
|
|
• Dalana dirənmiş “MTN işi” davam etdiriləcək – zərərçəkənin şikayəti
Dünən, 15:11 |
|
|
|
• Paşinyan “at gedişi” etmək istədi, lakin özünü elə bir çuxura saldı ki... - GƏLİŞMƏ
Dünən, 14:02 |
|
|
|
• Kartlardan oğurluğa son qoyulacaq?! - ARAŞDIRMA
Dünən, 14:00 |
|
|
|
• Cavanşir Feyziyevin dərman firmasına daha bir cərimə - DETALLAR
Dünən, 13:58 |
|
|
|
|