Həbsdə olan tanınmış bəstəkar Tural Bayraməliyev yeni kompozisiya bəstələyib.
“Yeni Sabah” xəbər verir ki, “Ritorika” adlı musiqi ədalətsizliyə qarşı mübarizəyə həsr olunub. Bəstəkar bildirib ki, dünyada ədalətsizlik, haqsızlıq və insan haqlarının tapdalanması hallarına hər zaman rast gəlinib və bu hazırda da davam edir. Özünün də haqsızlığa uğradığını bildirən T. Bayraməliyev notları ilə bu ədalətsizliyə öz etirazını bildirdiyini qeyd edib.
Qeyd edək ki, T. Bayraməliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O artıq 7 ildir həbsdədir.