Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçilər"i yenidən fəallaşıb.
Bununla bağlı “Trend”ə yeni görüntülər daxil olub.
Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı avtomobildə "müşahidəçilər" Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq Qazax istiqamətində ərazilərimizi izləməyə başlayıblar.
"Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilərdə onların fəaliyyətlərini diqqətlə izləyirlər.
Trend "müşahidəçilərin" ərazilərimizi izləməsinin görüntülərini təqdim edir: