Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir .....                     "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" .....                     "Atamın bir əli işləmir" .....                     Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi .....                     Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... .....                     Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? .....                     Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib .....                     Türkiyə şirkəti Azərbaycan bazarından gedir .....                     Azərbaycanda şirkət nizamnamə kapitalını .....                     Zəngəzur dəhlizində “Sülh kəsişməsi” .....                     Azərbaycanın iradəsi olmadan... .....                     Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, .....                     Eks-nazir Paşinyanı devirməyə çağırdı .....                     Ermənistan hərbi ritorikanı artırdı .....                     Tramp prezidentliyinin doqquz günü ərzində .....                     Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi .....                     Onlar erməni xalqını aldadırlar .....                     AZAL-ın 6 təyyarəsi girov qoyulub .....                     Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi .....                     Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: .....                     "Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" .....                     “Paşinyan “Pandoranın qutusu”nu açıb” .....                     Azərbaycan 4 günlük iş rejiminə keçir? .....                     İran polisi milli azlığı güllələyib öldürdü .....                     Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, .....                     "Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" .....                     Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? .....                     ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır .....                     Müharibə veteranlarına verilən 80 manat artacaq? .....                     Niyam Salaminin 500 minlik qalmaqalı: .....                     "Rusiya əzilməli, məhv edilməlidir" .....                     "Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır .....                     Gürcüstan Baş naziri sabah Ermənistana səfər edəcək .....                     “MƏNƏ BORCLU OLDUĞU 58 MİN MANATI VERMİR” .....                     Səfir tərəfindən döyüldüyü iddia olunan Rəhman Şahhüseynlidöən AÇIQLAMA .....                     Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? .....                     Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     Fərid Qayıbovun müavini də .....                     KAPTAL BANK-ın hər türü problemlidir... .....                 

Paşinyan özünü DƏLİLİYƏ vurub? - Elçin Alıoğlu yazır...
Tarix: 28-01-2025, 12:15 | Çap et
Paşinyan özünü DƏLİLİYƏ vurub?
Ermənistanın baş naziri Nikol Paşinyanın İsveçrənin Sürix şəhərində erməni diasporasının nümayəndələri qarşısında çıxışı Ermənistanın milli kimliyinə ciddi çağırış və İrəvanda geniş rezonans doğuran kəskin tənqidlərə səbəb oldu. Paşinyan öz çıxışında erməni xalqı üçün ən ağrılı mövzulardan biri olan - Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı qondarma “soyqırım” məsələsinə toxundu.

Paşinyan iddia etdi ki, artıq bir əsrdən çoxdur səsləndirilən qondarma “soyqırım” ittihamları soyuq müharibə şəraitində Moskvanın təşəbbüsü ilə ortaya atılmış siyasi konstruksiya ola bilər. Ermənilərin şikəst "milli yaddaş"ının və saxtakar "kimliyin" fundamental aspektlərinə toxunan bu cür bəyanat mövcud narrativə meydan oxumaq kimi səsləndi.

"1939-cu ildə "erməni soyqırımı" gündəmi niyə yox idi? 1950-ci ildə bu gündəm niyə ortaya çıxdı? Niyə belə oldu? Biz bunu başa düşməliyik, yoxsa yox? Biz bu mövzularla bağlı mövqe tutmalıyıq, yoxsa yox? Biz öz kimliyimizi idarə edirik, yoxsa yox? Bunlar haqqında danışmaq lazım olan suallardır. Bunlar bizim problemləri həll etmək üçün anlamalı olduğumuz fundamental suallardır. Biz tariximizi başa düşməliyik, kimliyimizi anlamalıyıq", - deyə Paşinyan bildirib.

N.Paşinyanın Sürixdə erməni diasporası qarşısında çıxışı sadəcə növbəti siyasi bəyanat deyildi. Onun açıqlaması Ermənistanın milli kimliyinin təməl prinsiplərinə çağırış, 1915-ci il hadisələri ilə bağlı uzun illər formalaşmış tarixi narrativlərə zərbə idi. Paşinyanın “soyqırım” konsepsiyasının Moskvanın geosiyasi aləti ola biləcəyi barədə dedikləri təsadüfi bəyanatdırmı? Əsla - ermənilərin son 111 ildə vurnuxduqları mifoloji tələdən çıxmaq cəhdi idi.

Əsrlər boyu "qurban" narrativi ilə bəslənən ermənilər bu gün müqəddəs hesab edilən mövzunu açıq şəkildə sorğulayan bir baş nazir ilə qarşı-qarşıyadır. Onun bu cür çağırışı təkcə keçmişin tənqidi deyil, milli siyasətin mərkəzində qurulmuş bir mifin məhv edilməsi kimi hesab edirlər.

Paşinyanın dediyinə görə, soyqırım diskursu II Dünya müharibəsindən sonra Moskvanın təşəbbüsü ilə yaranıb. Bununla da o, erməni faciəsini onun müstəqil mənasından məhrum edərək soyuq müharibənin alətinə çevrilmiş bir hadisə kimi təqdim edir. Bundan əlavə, o, çar Rusiyasının saxta vədlərlə erməniləri taleyin ümidinə buraxıb, onları öz siyasi oyunlarının qurbanına çevirdiyini iddia edir.

Fəqət erməniləri ən çox qəzəbləndirən bunlar deyildi. Onun 1915-ci il hadisələri ilə bağlı müasir Türkiyənin məsuliyyət daşımadığı barədə dedikləri, bu faciəni erməni kimliyinin mərkəzi hesab edənlər üçün açıq-aşkar bir zərbə oldu. Ankarayla münasibətləri normallaşdırmağa çalışan Paşinyanın belə bəyanatları, təslimiyyət aktı kimi qəbul edilir.

Çünki Ermənistanda ilk dəfədir ki, lider bu qədər cəsarətlə onilliklər boyu erməni siyasi gündəmini müəyyənləşdirən "müqəddəs" miflərə meydan oxudu. Onun qondarma “erməni soyqırımı” konsepsiyasının Moskvanın geosiyasi oyunlarının bir hissəsi olduğunu deməsi, təkcə erməni cəmiyyətini silkələdi, həm də Ermənistanın keçmiş mifologiyaya əsaslanan mövcud strategiyasını şübhə altına aldı.

Həmişə populist ritorikası ilə tanınan Paşinyan bu dəfə öz tənqidçilərinin belə gözlədiyindən daha irəli getdi. Öz bəyanatlarında o, 1915-ci il faciəsini yenidən şərh edərək, onu böyük güclərin, o cümlədən çar Rusiyasının manipulyasiyalarının nəticəsi kimi təqdim etdi. Bundan əlavə, o, Türkiyəyə qarşı uzun illər davam edən ərazi iddialarını, xüsusən Ağrı dağına yönəlmiş iddiaları Ermənistanın modernləşməsi və hərbi müdafiə gücünün möhkəmlənməsi qarşısında əsas maneə kimi göstərdi.

Paşinyan bəhs etdiyimiz məqamlarla kifayətlənməyib. Paşinyan müasir Türkiyəyə qarşı iddiaların köhnəldiyini qeyd edərək, keçmiş faciələrin Ankara ilə münasibətlərin normallaşdırılmasına mane olmamalı olduğunu bildirdi. Ermənistanın iqtisadi təcridi getdikcə daha çox hiss olunduğu bir şəraitdə bu addım praqmatik görünə bilər. Lakin erməni diasporası və cəmiyyətin əksər hissəsi üçün bu bəyanatlar açıq bir xəyanət kimi səsləndi.

Bir çox erməni üçün Ağrı dağı sadəcə coğrafi obyekt deyil. Bu, onilliklər boyu ərazi iddialarının əsası kimi istifadə olunan saxta, şikəst "milli kimlik simvolu"dur. Nikol Paşinyan ilk dəfə olaraq bu simvolun "müqəddəs" mənasını şübhə altına aldı və bəyan etdi ki, bu cür ritorik narrativlər Ermənistanın müasir dövlət quruculuğuna mane olur.

Paşinyan burada yeni yanaşma nümayiş etdirərək açıq şəkildə bildirir ki, tarixi mifologiya Ermənistana faydadan çox ziyan vurur. Onun “keçmişdən əl çəkmək” çağırışı ölkədəki dərinləşən böhrandan diqqəti yayındırmaq və diskursu gələcəyin perspektivlərinə yönəltmək cəhdidir. Lakin kimliyini “böyük itkilər” mifləri üzərində qurmuş bir cəmiyyətdə bu strategiya nə dərəcədə həyata keçirilə bilər?

Paşinyanın daha çox sarsıdıcı bəyanatı isə ermənilərin uydurma “soyqırımı” mövzusunun 1950-ci illərdə Moskva tərəfindən Türkiyəyə təzyiq göstərmək üçün beynəlxalq gündəmə daxil edildiyi barədə oldu. Bu bəyanat Ermənistanın onilliklər boyu dünya ictimaiyyətində möhkəmləndirməyə çalışdığı diplomatik səylərə böyük bir zərbə oldu.

Paşinyanın sözləri Ermənistanın xarici siyasətinin əsasını təşkil edən tarixi faciə diskursunu faktiki olaraq sarsıdır. Daha da irəli gedərək, o, Türkiyə ilə danışıqlar çərçivəsində İrəvanın ermənilər üçün ən ağrılı mövzuları belə siyasi kompromis naminə müzakirə etməyə hazır olduğunu açıq şəkildə ifadə edir.

Di gəl, məzkur praqmatizm ölkə daxilində ciddi narazılıq doğurur. Müxalifət Paşinyanı milli maraqları satmaqda ittiham edir. Diaspora onu ermənilərin tarixi kimliyini əlindən almaq cəhdində günahlandırır. Radikal millətçilər isə onun istefasını tələb edərək bu addımları “qurbanların xatirəsinə hörmətsizlik” kimi qiymətləndirirlər.

Bu daxili sarsıntıların fonunda Türkiyə və Azərbaycan strateji susqunluqlarını qoruyurlar. Ankara Paşinyanın kompromislərə hazır olduğunu görərək onunla dialoqu davam etdirməkdə maraqlıdır. Lakin Türkiyənin əsas şərti Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalamasıdır.

Azərbaycan isə İrəvana təzyiqi artıraraq revanşist ambisiyalardan tamamilə imtina etməsini tələb edir. Paşinyanın siyasəti kompromisə hazırlığı nümayiş etdirir, lakin o, daxili müqavimətlə necə mübarizə aparacaq? Axı, ölkə daxilindəki radikallar onun Qarabağ məsələsindən əl çəkməsinə və ya Türkiyənin mövcud sərhədlərini tanımasına asanlıqla imkan verməyəcəklər.

Paşinyanın Sürixdəki çıxışı onun ümumi ritorikasının yalnız bir hissəsidir. Son günlərdə onun bəyanatları təkcə narazılıq deyil, həm də ciddi narahatlıq doğurur. Ermənistan İctimai Televiziyasının efirində Azərbaycanın guya “separatçı məhbuslara psixotrop dərmanlarla təzyiq göstərdiyi” iddiası absurddur və məğlubiyyətin qarşısında bəhanə kimi görünür.

Bu hücumların səbəbi nədir? Cavab sadədir: Paşinyan ifşalardan qorxur. O, Azərbaycanda keçiriləcək məhkəmə proseslərinin erməni silahlı qüvvələrinin cinayətlərini – şəhərlərin atəşə tutulmasından kütləvi qətllərə qədər – üzə çıxara biləcəyini bilir. Bu faktlar İrəvanın beynəlxalq dəstəyinin son qalıqlarını da məhv edə bilər. Nəticədə Paşinyan özünü çıxılmaz vəziyyətdə hiss edərək ittihamlarla çıxış edir, bu isə gücdən daha çox zəifliyi nümayiş etdirir.

Paşinyanın çıxışlarında başqa bir mövzu isə “real Ermənistan” konsepsiyasıdır. O, keçmişin romantikləşdirilməsi üzərində qurulmuş “mifik Ermənistan”la əlaqəni kəsməyə çalışır. Lakin bu cəhdlər bıçaq tiyəsi üzərində balanslaşdırmaq kimidir. O, praqmatik bir dövlət qurmaq istəyir, lakin dərk edir ki, ermənilər üçün miflər onların sahib olduğu yeganə dəyərdir.

Paşinyan Ermənistanın real dövlətçiliyini möhkəmləndirməyə fokuslanmalı olduğunu dedikdə, dolayısı ilə etiraf edir ki, müasir Ermənistan xarici qüvvələrin məhsuludur. Tarixi azərbaycanlı torpaqlarının ötürülməsi, SSRİ-nin dəstəyi - bütün bunlar müasir Ermənistanın təməli olub. Amma bunu açıq şəkildə etiraf etmək, son illüziyaları məhv etmədən necə mümkün ola bilər?

Paşinyanın çıxışları təkcə onun şəxsiyyətindəki böhran deyil, eyni zamanda Ermənistanın özünün böhranıdır.

Ermənistan seçim qarşısındadır: ya miflərlə yaşamağa davam edəcək, ya da nəhayət reallıqla üz-üzə gələcək və gerçəklərlə barışacaq. Fəqət erməni cəmiyyəti buna hazırdırmı?

Daha önəmli olan isə odur ki, siyasi qazanc naminə ölkənin onilliklər boyu dayandığı irqçilik, şofinizm, nasizm sütunlarını dağıtmağa Paşinyan hazırdır?

Paşinyan dəyişikliklərin zəruriliyini qismən də olsa, anlayır. İqtisadi blokada, ərazi problemləri və ənənəvi müttəfiqlərlə münasibətlərin pisləşməsi arasında sıxışdırılmış Ermənistan üçün qonşularla münasibətlərin normallaşdırılması və modernləşməyə yönəlmiş kurs təkcə seçim deyil, həm də yaşamaq üçün yeganə şansdır. Ölkədaxili dəstəkdən məhrum olan bu yanaşma barıt çəlləyində kibritlə oynamağa bənzəyir.

Dəqiq plan olmadan, Konstitusiyanı dəyişmədən, ərazi iddialarından birdəfəlik əl çəkmədən və “qurban” ritorikasından imtina etmədən Paşinyanın bütün səyləri boş demoqogiya kimi qalacaq. Əgər o, mifləri dağıtmağa davam edib əvəzində dəqiq və anlaşılan gələcək strategiyasını təklif etməzsə, islahatçı olmaq əvəzinə Qərbin qarşısında "islahatçı" kimi görünməyə çalışan siyasi kloun kimi yadda qalacaq.

Ermənistan uçurumun kənarındadır. Ermənilər ya uçurumun dibinə vasil olmamaq üçün geri addım atılmalı və reallıqlar qəbul olunmalı, ya da keçmişin girovluğunda qalaraq daha da dərin təcridə məhkum olmalı və uçuruma yuvarlanmalıdır. Tarix dəyişiklikdən qorxanları bağışlamır, lakin dəyişiklikləri həyata keçirərkən nəticələri nəzərə almadan hər şeyi dağıdanlara qarşı daha da amansız olur.

Paşinyan böhranı fürsətə çevirməyi bacaran lider olacaq, yoxsa siyasi volüntarist və buffonada istəkli birisi kimi qalacaq?

Buna yalnız zaman cavab verəcək. Amma bu gün risklər heç vaxt olmadığı qədər böyükdür və səhv qərarın dəyəri Ermənistan üçün fəlakətli ola bilər.

İllah da ki, şovinist ruhlu bəyanatlar və "Bakıdakı psixotrop təsir"lə bağlı marazmlar davam edərsə...

Elçin Alıoğlu - TREND










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir - NƏ BAŞ VERİR?
Bu gün, 02:41
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:39
"Atamın bir əli işləmir" - Ənvər Həsənovun qızı
Bu gün, 02:36
Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi - İDDİA
Bu gün, 02:33
Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... - AKTUAL
Bu gün, 02:30
Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 01:50
Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib - KİV
Bu gün, 01:43
Türkiyə şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05
Azərbaycanda şirkət nizamnamə kapitalını - 1,5 MLN. MANAT AZALTDI
Bu gün, 00:02
Zəngəzur dəhlizində “Sülh kəsişməsi” - Yenə də erməni məntiqsizliyi
Dünən, 19:00
Azərbaycanın iradəsi olmadan... bölgədə heç bir layihə reallaşa bilməz!
Dünən, 18:58
Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, bu, keyfiyyətin yüksəlməsində mühüm rol oynayacaq
Dünən, 18:07
Eks-nazir Paşinyanı devirməyə çağırdı
Dünən, 18:05
Ermənistan hərbi ritorikanı artırdı – Paşinyan orduya göstəriş verdi
Dünən, 18:04
Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
Dünən, 18:02
Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi - GÜNÜN FOTOSU
Dünən, 18:01
Onlar erməni xalqını aldadırlar - Overçuk
Dünən, 18:00
AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
Dünən, 17:57
Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi - Dustağa telefon aparıb
Dünən, 17:56
Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: - "Bəşər Əsədi ver"
Dünən, 17:54
"Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:53
“Paşinyan “Pandoranın qutusu”nu açıb” - Marukyan
Dünən, 17:51
Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”
Dünən, 17:14
İran polisi milli azlığı güllələyib öldürdü - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 17:13
Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, biz bilmirik
Dünən, 17:07
"Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" - deputat
Dünən, 17:01
Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? - GƏLİŞMƏ
Dünən, 16:58
ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır - KİV
Dünən, 16:55
Müharibə veteranlarına verilən 80 manat artacaq? - AÇIQLAMA
Dünən, 16:54
Niyam Salaminin 500 minlik qalmaqalı: - Müğənni saxta sənədlərlə aldadıldığını iddia edir
Dünən, 16:51
"Rusiya əzilməli, məhv edilməlidir" - Simonyandan NET MÖVQE
Dünən, 16:50
"Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır - MƏHKƏMƏ İŞİ
Dünən, 16:48
Gürcüstan Baş naziri sabah Ermənistana səfər edəcək - "ArmenPress"
Dünən, 16:42
“MƏNƏ BORCLU OLDUĞU 58 MİN MANATI VERMİR” - “Uğur İnşaat”ın rəhbəri rektordan şikayətçidir
Dünən, 16:40
Səfir tərəfindən döyüldüyü iddia olunan Rəhman Şahhüseynlidöən AÇIQLAMA - “Keçmiş qohumlar işimi hədəf alırdılar”
Dünən, 16:34
Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? - NARAZILIQ VAR...
Dünən, 16:31
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib
Dünən, 16:06
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Dünən, 16:03
Fərid Qayıbovun müavini də Komitədən UZAQLAŞDIRILDI
Dünən, 15:58
KAPTAL BANK-ın hər türü problemlidir... - AXI NİYƏ?..
Dünən, 15:54
AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR... - Rusiyadan gələcək böyük köçə hazırıqmı?
Dünən, 15:42
Trampın fərmanı azərbaycanlılardan da yan keçməyib
Dünən, 15:39
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır"
Dünən, 15:31
Naxçıvanda torpaq sahələrini suvarmaq üçün 28 milyon manatlıq su xətti çəkilir - QALİB ŞİRKƏT
Dünən, 15:24
Karslon düşünüb ki, Donald Tramp... - AKTUAL
Dünən, 15:15
Balaəli məşhur geyim markasının adını səhv dedi, LAĞA QOYULDU - VİDEO
Dünən, 15:12
Dalana dirənmiş “MTN işi” davam etdiriləcək – zərərçəkənin şikayəti
Dünən, 15:11
Paşinyan “at gedişi” etmək istədi, lakin özünü elə bir çuxura saldı ki... - GƏLİŞMƏ
Dünən, 14:02
Kartlardan oğurluğa son qoyulacaq?! - ARAŞDIRMA
Dünən, 14:00
Cavanşir Feyziyevin dərman firmasına daha bir cərimə - DETALLAR
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru