Sumqayıt Narkoloji Dispanserinin baş həkimi Kamil Əmirxan oğlu Mehdiyev vəfat edib. Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Bildirilib ki, 2000-ci ildən Sumqayıt Narkoloji Dispanserinə rəhbərlik edən baş həkim uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, K. Mehdiyev həm də Birinci Qarabağ müharibəsi qazisidir. Müharibə zamanı o, zabit və bölmə komandiri olub. K. Mehdiyevin müharibədə “Spartak” ləqəbi ilə tanındığı bildirilir.