Zəngəzur dəhlizi açılacaq, İrəvana köç başlayacaq - Danielyan
Tarix: 28-01-2025, 11:52 |
Çap et
Rusiya artıq Ermənistanın indiki hakimiyyətinə daha dözməyəcəyinə dair qərar verib.
Ölkə.Az xəbər verir ki, bunu politoloq Stepan Danielyan deyib.
“Belarus prezidentinin bəyanatlarında bizim üçün yeni heç nə yox idi. Məsələ ondadır ki, o, niyə belə bəyanatlar verərəkən Rusiya prezidentinə istinad edir.
Moskva bununla da bəyan edir ki, Ermənistanın indiki hakimiyyəti artıq Avropa və ABŞ-yə arxalana bilməz. O, tək qalıb, yeganə ümidi Türkiyə və Azərbaycandır”, - ekspert əlavə edib.
Onun sözlərinə görə, növbəti tələb Zəngəzur dəhlizinin açılması, daha sonra azərbaycanlıların Ermənistana köçürülməsi olacaq.