Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir .....                     "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" .....                     "Atamın bir əli işləmir" .....                     Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi .....                     Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... .....                     Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? .....                     Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib .....                     Türkiyə şirkəti Azərbaycan bazarından gedir .....                     Azərbaycanda şirkət nizamnamə kapitalını .....                     Zəngəzur dəhlizində “Sülh kəsişməsi” .....                     Azərbaycanın iradəsi olmadan... .....                     Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, .....                     Eks-nazir Paşinyanı devirməyə çağırdı .....                     Ermənistan hərbi ritorikanı artırdı .....                     Tramp prezidentliyinin doqquz günü ərzində .....                     Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi .....                     Onlar erməni xalqını aldadırlar .....                     AZAL-ın 6 təyyarəsi girov qoyulub .....                     Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi .....                     Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: .....                     "Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" .....                     “Paşinyan “Pandoranın qutusu”nu açıb” .....                     Azərbaycan 4 günlük iş rejiminə keçir? .....                     İran polisi milli azlığı güllələyib öldürdü .....                     Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, .....                     "Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" .....                     Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? .....                     ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır .....                     Müharibə veteranlarına verilən 80 manat artacaq? .....                     Niyam Salaminin 500 minlik qalmaqalı: .....                     "Rusiya əzilməli, məhv edilməlidir" .....                     "Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır .....                     Gürcüstan Baş naziri sabah Ermənistana səfər edəcək .....                     “MƏNƏ BORCLU OLDUĞU 58 MİN MANATI VERMİR” .....                     Səfir tərəfindən döyüldüyü iddia olunan Rəhman Şahhüseynlidöən AÇIQLAMA .....                     Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? .....                     Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     Fərid Qayıbovun müavini də .....                     KAPTAL BANK-ın hər türü problemlidir... .....                 

İşğalçı Ermənistan üçün “ləyaqətli sülh” istəyi absurdu - ABŞ onu necə təsəvvür edir?
Tarix: 28-01-2025, 11:24 | Çap et
İşğalçı Ermənistan üçün “ləyaqətli sülh” istəyi absurdu
Ötən həftəsonu Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-ın dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Söhbət zamanı Azərbaycan-Ermənistan sülh danışıqları da diqqət mərkəzində saxlanılıb. Rubio ölkəsinin Azərbaycanla Ermənistan arasında “dayanıqlı və ləyaqətli sülh” istədiyini vurğulayıb.

İşğalçı Ermənistan üçün ləyaqətli sülh. Bu nə demək? Həqiqət belədir ki, beynəlxalq hüquqa əsaslanan dayanıqlı və ləyaqətli sülh müqaviləsinin imzalanmasını məhz rəsmi İrəvan ləngidir. İlk növbədə də öz konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaları çıxarmaq istəməməsi ilə. Bunsuz ABŞ-ın yeni administrasiyası Bakı və İrəvanı barışdırmağı, görəsən, necə təsəvvür edir? Yeni hökumət Ermənistana öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmağın vacibliyini başa sala biləcəkmi?

Rubionun sözlərini şərh edən erməni türkoloq Ruben Safrastyanın iddiasına görə, ABŞ çalışır ki, Azərbaycanla sülh müqaviləsi imzalayarkən Ermənistan özünü məğlub kimi hiss etməsin. “Düşünürəm ki, bu çox vacib bir məqamdır. ABŞ-ın bu mövqeyinin hansı nəticəyə gətirib çıxaracağını deyə bilmərəm, amma hər halda, biz bunu diqqətə almalıyıq. Bölgəmizdə bir neçə mühüm proses gedir, o cümlədən Qərblə Rusiya arasında region uğrunda mübarizə davam edir. Eyni zamanda Türkiyə, İran və Rusiya regiona ortaq yanaşmalar formalaşdırmağa çalışır. Cənubi Qafqaz geostrateji inkişafın yeni mərhələsinə qədəm qoyub”, - deyə o vurğulayıb.

Safrastyan hesab edir ki, ABŞ hələ də İran və Rusiyadan yan keçməklə Ermənistan üzərindən Orta dəhliz təşəbbüsündə maraqlıdır: “Düşünürəm ki, amerikalıları layiqli sülhlə bağlı ritorikadan istifadə etməyə məcbur edən məhz budur”.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın yeni hakimiyyətinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında həqiqətən maraqlı olduğunu söyləmək hələ tezdir: “Donald Tramp prezident fəaliyyətinə cəmi bir həftədir başlayıb. Təyinatlar həyata keçirilir, yeni administrasiya formalaşdırılır. Təyinatlarda qatı ermənipərəst fiqurların da yüksək vəzifələrə sahibləndirildiyi müşahidə edilir. Əgər Tramp hakimiyyəti doğrudan da Ermənistanla Azərbaycan arasında ədalətli sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, o zaman ilk növbədə İrəvana təsir etməlidir. Çünki sülh sazişinin imzalanmasından yayınan Ermənistandır. Paşinyan hökuməti sözdə sülh sazişini istədiklərini bəyan etsə də sülh sazişinin imzalanması üçün praktiki addımlar atmaqdan ən müxtəli bəhanələrə yayınır. Uzun müddətdir məhz bu cür taktikanı seçiblər. Sülh müqaviləsi üçün əsas əngəl Ermənistan Konstitusiyanın preambula hissəsində Azərbaycana qarşı ərazi iddiasını əks etdirən müddəadır. Bu müddəa ləğv edilməlidir. Ermənistan hakimiyyəti isə onu ləğv etməmək üçün müxtəlif əsassız bəhanələr irəli sürməkdə davam edir. Azərbaycan təbii ki, ləyaqətli sülh müqaviləsinin tərəfdarıdır. Ermənistanın ləyaqətini, ərazi bütövlüyünü pozacaq sülh müqaviləsini istədiyimizi heç zaman dilə gətirməmişik. Çünki bizim mövqeyimiz bəllidir. ABŞ-dan qarşıdakı dövrdə İrəvana sülh müqaviləsinin imzalanması üçün real təzyiqlər olmasa, bu, demək olacaq ki, Tramp administrasiyası da Bayden administrasiyası kimi sülh müqaviləsinin imzalanmasında əslində maraqlı deyil. Bayden Ermənistana konstitusiyanı dəyişmək üçün heç bir təsir göstərmədi. Əksinə, Ermənistanı açıq müdafiə siyasəti yürütməklə Paşinyan iqtidarını arxayınlaşdırdı. Paşinyan iqtidarı ABŞ, Fransaya arxalanaraq sülh müqaviləsini imzalamadı. Tram da eyni yolu seçəcəksə, Ermənistan yenə sülhdən uzaqlaşacaq”.

Politoloq qeyd etdi ki, Azərbaycanla sülh müqaviləsi imzalanmadan Ermənistanın böyük layihələrdə iştirak etməsi asan deyil. Bunu ABŞ artıq başa düşməlidir. ABŞ uzun müddətdir ki, İran və Rusiyadan yan keçməklə Ermənistan üzərindən Orta dəhliz layihəsinin reallaşdırılmasında maraqlı olduğunu nümayiş etdirir. Lakin arzularını gerçəkləşdirə bilmir. Nə qədər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamayıb, Türkiyə ilə münasibətlərini normal vəziyyətə gətirməyib, dalan dövlət olaraq qalacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir - NƏ BAŞ VERİR?
Bu gün, 02:41
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:39
"Atamın bir əli işləmir" - Ənvər Həsənovun qızı
Bu gün, 02:36
Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi - İDDİA
Bu gün, 02:33
Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... - AKTUAL
Bu gün, 02:30
Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 01:50
Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib - KİV
Bu gün, 01:43
Türkiyə şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05
Azərbaycanda şirkət nizamnamə kapitalını - 1,5 MLN. MANAT AZALTDI
Bu gün, 00:02
Zəngəzur dəhlizində “Sülh kəsişməsi” - Yenə də erməni məntiqsizliyi
Dünən, 19:00
Azərbaycanın iradəsi olmadan... bölgədə heç bir layihə reallaşa bilməz!
Dünən, 18:58
Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, bu, keyfiyyətin yüksəlməsində mühüm rol oynayacaq
Dünən, 18:07
Eks-nazir Paşinyanı devirməyə çağırdı
Dünən, 18:05
Ermənistan hərbi ritorikanı artırdı – Paşinyan orduya göstəriş verdi
Dünən, 18:04
Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
Dünən, 18:02
Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi - GÜNÜN FOTOSU
Dünən, 18:01
Onlar erməni xalqını aldadırlar - Overçuk
Dünən, 18:00
AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
Dünən, 17:57
Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi - Dustağa telefon aparıb
Dünən, 17:56
Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: - "Bəşər Əsədi ver"
Dünən, 17:54
"Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:53
“Paşinyan “Pandoranın qutusu”nu açıb” - Marukyan
Dünən, 17:51
Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”
Dünən, 17:14
İran polisi milli azlığı güllələyib öldürdü - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 17:13
Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, biz bilmirik
Dünən, 17:07
"Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" - deputat
Dünən, 17:01
Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? - GƏLİŞMƏ
Dünən, 16:58
ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır - KİV
Dünən, 16:55
Müharibə veteranlarına verilən 80 manat artacaq? - AÇIQLAMA
Dünən, 16:54
Niyam Salaminin 500 minlik qalmaqalı: - Müğənni saxta sənədlərlə aldadıldığını iddia edir
Dünən, 16:51
"Rusiya əzilməli, məhv edilməlidir" - Simonyandan NET MÖVQE
Dünən, 16:50
"Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır - MƏHKƏMƏ İŞİ
Dünən, 16:48
Gürcüstan Baş naziri sabah Ermənistana səfər edəcək - "ArmenPress"
Dünən, 16:42
“MƏNƏ BORCLU OLDUĞU 58 MİN MANATI VERMİR” - “Uğur İnşaat”ın rəhbəri rektordan şikayətçidir
Dünən, 16:40
Səfir tərəfindən döyüldüyü iddia olunan Rəhman Şahhüseynlidöən AÇIQLAMA - “Keçmiş qohumlar işimi hədəf alırdılar”
Dünən, 16:34
Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? - NARAZILIQ VAR...
Dünən, 16:31
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib
Dünən, 16:06
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Dünən, 16:03
Fərid Qayıbovun müavini də Komitədən UZAQLAŞDIRILDI
Dünən, 15:58
KAPTAL BANK-ın hər türü problemlidir... - AXI NİYƏ?..
Dünən, 15:54
AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR... - Rusiyadan gələcək böyük köçə hazırıqmı?
Dünən, 15:42
Trampın fərmanı azərbaycanlılardan da yan keçməyib
Dünən, 15:39
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır"
Dünən, 15:31
Naxçıvanda torpaq sahələrini suvarmaq üçün 28 milyon manatlıq su xətti çəkilir - QALİB ŞİRKƏT
Dünən, 15:24
Karslon düşünüb ki, Donald Tramp... - AKTUAL
Dünən, 15:15
Balaəli məşhur geyim markasının adını səhv dedi, LAĞA QOYULDU - VİDEO
Dünən, 15:12
Dalana dirənmiş “MTN işi” davam etdiriləcək – zərərçəkənin şikayəti
Dünən, 15:11
Paşinyan “at gedişi” etmək istədi, lakin özünü elə bir çuxura saldı ki... - GƏLİŞMƏ
Dünən, 14:02
Kartlardan oğurluğa son qoyulacaq?! - ARAŞDIRMA
Dünən, 14:00
Cavanşir Feyziyevin dərman firmasına daha bir cərimə - DETALLAR
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru