ABŞ Putini öldürmək istəyirdi - Karlsondan şok
Tarix: 28-01-2025, 09:58 |
Çap et
Amerikalı jurnalist Taker Karlson Co Bayden administrasiyasının Rusiya lideri Vladimir Putini öldürməyə cəhd etdiyini iddia edib.
Axar.az xəbər verir ki, o, bu barədə həmkarı Met Taibbi ilə söhbətində deyib.
“Bayden administrasiyası Putini öldürməyə çalışıb. Bu, sadəcə dəlilikdir”, - o bildirib.
Karlson bu iddiası ilə bağlı heç bir təfərrüat açıqlamayıb və ya arqument təqdim etməyib.
Onun sözlərinə görə, Dövlət katibi Entoni Blinken səlahiyyətlərinin son iki ayında ABŞ və Rusiya arasında müharibəni sürətləndirmək üçün mümkün olan hər şeyi edib.