Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                 

“Ya insanlar özləri etməlidir, ya da inzibati yolla həll olunmalıdır” - deputat
Tarix: 28-01-2025, 08:40 | Çap et
“Ya insanlar özləri etməlidir, ya da inzibati yolla həll olunmalıdır”
İsmayıllı rayonu və kəndlərində yas mərasimlərində cümə axşamlarının ləğv olunduğu haqda xəbər yayılıb. Lakin məsələ ilə bağlı Oxu.az-un İsmayıllı Rayon İcra Hakimiyyətinə (İH) göndərdiyi sorğuya cavab olaraq, İH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlara işin təşkilatçısı Nəsimi Teymurov açıqlamasında bildirib ki, cümə axşamlarının ləğv olunması ilə bağlı söylənilənlər həqiqəti əks etdirmir.

“İsmayıllı rayonunun ağsaqqalları, ziyalıları yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı icra hakimiyyətinə müraciət ediblər. Onların müraciətləri nəzərə alınaraq rayon sakinlərinə tövsiyələr verilib. Bu tövsiyələr yas mərasimlərinin şəriət qaydalarına uyğun olaraq sadə formada keçirilməsi ilə bağlıdır. Burada əsas məsələ imkanlı və imkansız ailələr arasında fərqin aradan qaldırılması, yas sahibi olan ailənin əlavə maddi yükdən azad edilməsidir. Əhaliyə yas mərasimlərində vahid tərzdə çadır qurulması, yas süfrəsində yalnız çayın verilməsi tövsiyə edilir. Bu tövsiyə dini dəyərlərə uyğun olaraq israfın qarşısını almağa, cəmiyyət arasında sosial həmrəyliyi artırmağa yönəlib və sosial ədalət prinsipi daşıyır. Məqsəd həmrəy olmaq, qarşılıqlı hörməti artırmaqdır. Bizim bu tövsiyə xarakterli istəyimizi insanlar rəğbətlə qarşılayır, yas mərasimlərini dini dəyərlərə uyğun keçirirlər”.

Ancaq gerçək belədir ki, zaman-zaman edilən çağırışlara baxmayaraq, hələ də Azərbaycanın əksər bölgələrində, paytaxt Bakıda dəbdəbəli yas mərasimləri keçirilir. Halbuki nə qonşu Türkiyədə, nə də İranda belə ifrata və israfa rast gəlmək mümkünsüzdür. Allah isə ifrata varanları, israfçıları sevməz.

Bəs niyə toylardakı kimi, yaslarda da dəbdəbədən, ifratdan qaça bilmirik? Səbəb nədir? Mentalitet, yas biznesi, yoxsa nə? Bəlkə Naxçıvandakı kimi inzibati qadağa qoymağın vaxtı çatıb?

Yeri gəlmişkən, Füzuli rayonunda ictimaiyyətin, rayon ağsaqqallarının, din xadimlərinin, ziyalıların birgə təşəbbüsünə əsasən artıq 11 ilə yaxındır ki, yas mərasimləri israfçılıqdan, təmtəraqdan uzaq və sadə şəkildə təşkil olunur. Füzulidə ehsan süfrələri halva, xurma, limon, qənd, çay, su və yuxa olmaqla yeddi əsas predmetlə açılır. Füzuli Rayon İcra Hakimiyyətinin məlumatına görə, son 11 ildə yas yerlərinin tam sadələşdirilmiş formada təşkil olunması nəticəsində rayon əhalisi təxminən 19.1 milyona qədər vəsaitə qənaət edib. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 10-15 min AZN xərcləməli olurdusa, hazırda sadələşdirilmiş ehsan məclislərinə dəfn xərcləri də daxil olmaqla, orta hesabla 3000 AZN-ə qədər vəsait tələb olunur. Rayon sakinləri qənaət etdikləri vəsaiti digər sosial problemlərinin həllinə sərf edirlər.

1 yanvar 2025-ci il tarixdən etibarən ziyalıların və Füzuli ictimaiyyətinin birgə təşəbbüsü, eləcə də səyyar qəbullarda səsləndirilən vətəndaş müraciətləri əsasında, cümə axşamları (bir cümə axşamı saxlanılmaqla) həyata keçirilmir. Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini təşkil edir, həm də mərhumun dəfn oluması, qəbirüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər.

Yada salaq ki, bənzər qərar Naxçıvanda da qəbul olunmuşdu. Naxçıvan MR Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib.

İlahiyyatçılar yas məclislərinin dəbdəbəli keçirilməsinin İslam dəyərlərinə uyğun olmadığını vurğulayır. Qeyd edilir ki, yas məclislərinin əsas məqsədi mərhuma dua etmək, ailəsinin yanında olmaq və mənəvi dəstək göstərməkdir. Lakin hazırda yas məclislərinin dəbdəbəli şəkildə təşkili, böyük ziyafətlər verilməsi və həddindən artıq xərc çəkilməsi bu təməl məqsədləri kölgədə qoyur.

İslam dini israfçılığa qarşıdır və hər hansı mərasimin sadə şəkildə keçirilməsini tövsiyə edir. Quran və hədislərdə dəfələrlə israfın qadağan edildiyi vurğulanır: “Həqiqətən, israf edənlər şeytanın qardaşlarıdır...” (Quran, İsra surəsi, 27-ci ayə). Peyğəmbər (s.ə.s.) hədislərində bildirilib ki, yas üç gündən artıq davam etməməlidir. Bu müddət kədərlə başsağlığı üçün kifayətdir. Daha uzun və israfçı mərasimlər dinin mahiyyətindən uzaqdır.

İlahiyyatçılar vurğulayır ki, mərhum üçün edilən dualar və onun ruhu üçün edilən yaxşılıqlar (sədəqə vermək, ehtiyacı olanlara yardım etmək) daha dəyərlidir. Yemək-içmək və böyük məclislərin təşkili mərhumun ruhuna heç bir fayda gətirmir. Yas məclislərində israfçılığın qarşısını almaq üçün din xadimlərinin cəmiyyəti bu mövzularda marifləndirməsi vacibdir. İnsanlara bu mövzunun dini və iqtisadi tərəfləri izah edilməli, dinin həqiqi məzmunu çatdırılmalıdır.

İlahiyyatçılar həmçinin təklif edirlər ki, yas məclislərində sərf edilən böyük xərclər imkansız ailələrə, tələbələrə və ya digər xeyirxah işlərə yönəldilsin. Bu həm mərhum üçün savab qazandırar, həm də cəmiyyət üçün daha faydalı olar.

İlahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Bir neçə gün əvvəl Füzuli rayonunda da belə bir hadisə baş vermişdi və bununla bağlı müzakirələr başladı. Məlum oldu ki, bir neçə il ərzində 19 milyon vəsaitə qənaət edilib. Bu gün Azərbaycanda keçirilən dəbdəbəli yas məclislərinin İslamla heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, İslamda üç gündən artıq yas saxlamaq yoxdur. "Cümə axşamı", “40 məclisi” və digər bu kimi ənənələrin heç bir dini əsası yoxdur. Bunlar sonradan formalaşmış adətlərdir. Təəssüf ki, bu gün Azərbaycanda yas məclislərində ciddi israfçılığın baş verdiyi açıq şəkildə müşahidə olunur və bu israfçılıq cəmiyyəti ciddi şəkildə narahat edir. Ona görə hesab edirəm ki, vahid bir normanın tətbiq edilməsi, yas məclislərinin dinə uyğun keçirilməsi, israfçılığın qarşısının alınması məqsədi bu gün nəzərdə saxlanmalıdır. Bu, əsasən iki yolla tənzimlənə bilər. Birincisi, vətəndaşlar özləri bunu etməkdə maraqlı olurlar. İkinci isə inzibatı qaydada bu məsələyə baxılır. Yaxşı olar ki, bunu insanlar özləri etsin. İnsanların doğmaları dünyasını dəyişdikdə bilmirlər ki, doğmalarının itkisinə görə kədərlənsinlər, hüzn yaşasınlar, yoxsa yer axtarsınlar ki, gedib orada yas məclislərini keçirsinlər. Yəni bu, həqiqətən də cəmiyyət üçün narahatlıq doğuran məsələdir. Bu gün cəmiyyətdə də geniş müzakirə olunur. İnsanlar bəzən bunun üçün kredit, borc götürürlər. Bizə də bununla bağlı çoxlu müraciətlər daxil olur. Dünyasını dəyişən insanın yaxınına bir yas mərasimi bəzən 5 min, 10 min, 15 min, 20 min, hətta 50 min manata qədər vəsaitə başa gəlir. Bu, böyük bir vəsaitdir və açıq şəkildə israfçılıqdır. Bu şəkildə keçirmək düzgün deyil. Daha səmərəli və məqbul metodların tətbiq olunması vacibdir ki, həm insanların yükü azalsın, həm də dini qaydalar qorunsun".

Yas mərasimləri zamanı vəsaitin səmərəsiz xərcləndiyini deyən deputat qeyd edib ki, bu vəsaiti imkansız insanlara, qızların təhsilinə yönəldə bilərik, məktəb tikə bilərik: “Fikrimcə, yanaşmamızda bu istiqamətlər nəzərə alınmalıdır. Çünki bu gün cəmiyyətimizdə bununla bağlı ciddi müzakirələr aparılır və ciddi narazılıqlar var. Bütün bunları nəzərə alaraq insanları artıq yükdən, artıq xərclərdən azad etməliyik. Bu artıq zamanın və dövrün tələbidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru